Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə99/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   95   96   97   98   99   100   101   102   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
 17. 
Hekayət 
 
 
Məhəmməd Xarəzmşah
99
 Çin ilə  əlverişli sülh bağladığı ildə 
mən Kaşğər
100
 şəhərinə gəlmişdim. Orada olduqca gözəl və yaraşıqlı 
bir oğlan uşağı gördüm. Onun kimilər haqqında belə deyirlər: 
 
Şer 
 
Müəllimin sənə hər bir ədanı öyrətdi, 
Bu nazü qəmzəni, zülmü cəfanı öyrətdi. 
Bu hüsndə, bu gözəllikdə görmədim insan, 
Mələkmi yoxsa sənə bu liqanı öyrətdi? 
 
 O, 
Zəməxşərinin
101
 «Müqəddimeyi-Nəhv» kitabını əlində tutaraq 
oxuyurdu: «Zeyd Əmri vurdu...». Dedim: – Ay oğlan, Xarəzm ilə Çin 
sülh bağladılar, Zeydlə Əmrin
102
 düşmənçiliyi hələ də davam edir. 
 Güldü, 
haralı olduqumu soruşdu. 
 Dedim: 
– 
Şiraz torpağındanam. 
 
Dedi: – Sədinin sözlərindən nə bilirsən? 
 
Ərəbcə dedim: 
 
Şer 
 
Dilçi bir alimə rast gəldim bu gün 
Zeyd Əmrə baxan tək baxdı üzümə. 
«Kəsrə» tək başını aşağı saldı


 
174
«Zəmmə» tək hücuma keçdi üstümə. 
 
Bir az fikrə getdikdən sonra dedi: – Sədinin  şerlərinin çoxunu 
burada farsca oxuyurlar, sən də bu dildə desən daha tez anlaşılar
*

Adamla onun biliyinə görə danışarlar. 
 Dedim: 
 
Şer 
 
Nəhvə qarışdı başın ey yar bu gün, 
Səbrimizi məhv elədin büsbütün. 
Aşiqinin qəlbi əsirin ikən, 
Zeyd ilə Əmr oldu sənin məşğələn. 
 
 Ertəsi gun səhər tezdən səfərə  çıxmağa hazırlaşarkən, ona 
dedilər ki, filankəs Sədidir. Qaça–qaça gəlib çox üzrxahlıq etdi və 
sonra gileylənib dedi: – Nə üçün demədiniz ki, Sədiyəm, lazım olan 
xidməti edəm?! 
 
Dedim: – Səni gerdükdə nitqim tutuldu. 
 
Dedi: – Nə olar bir neçə gün burada qalıb dincələsən, biz də 
sizin söhbətinizdən feyzyab olaq. 
 
Dedim: – Aşaqıdakı hekayətə görə qala bilmərəm. 
 
Şer 
 
Mən dağlarda rast gəldim bir alimə, 
Yaşayırdı mağarada yalqız, tək, 
Dedim: neçin gəlməyirsən şəhərə 
Ömr edəsən gözəl həyat sürərək? 
Dedi: axı, şəhərdə çox gözəl var, 
Fil sürüşər yerdə çox olsa çiçək! 
 
 
Bunu dedim, bir–birimizlə öpüşüb vidalaşdıq. 
 
Şer 
 
Belə öpüşmənin nə mənası var, 
                                                           
*
 Сяди йухарыдакы шери яряб дилиндя демишдир (мцтяръим). 
 
175
Ki öpüb tez yola salasan yarı
Elə bil alma da yardan ayrılmış, 
Bir üzü al olmuş, bir üzü sarı
 
Beyt 
 
Can verməsəm dostumla vidalaşan dəmdə mən, 
Xəbərsizəm deməli sədaqətdən, diləkdən. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin