Diyarbəkrdə bir qocaya qonaq oldum. Onun çoxlu malı və gözəl
bir oğlu var idi. Bir gecə qoca dedi:
–Ömrümdə bundan başqa övladım olmayıbdır. Bu vadidə
ziyarətgah deyən bir ağac vardır ki, adamlar dilədiklərini almaq üçün
ora gedirlər. Mən həmən ağacın altında uzun gecələr oturub ağlamış
və çoxlu dua etdikdən sonra allah bunu mənə əta etmişdir.