Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə102/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   98   99   100   101   102   103   104   105   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
 20. 
Hekayət 
 
 
Həmədan qazısı haqqında danışırlar ki, o bir nalbənd oğluna 
bənd olmuş, qəlbinin nalını oda qoymuşdu, bir müddət dərdilə 
kədərlənmiş, bir müddət  ətrafında hərlənmiş, gah dalınca düşüb 
gedərmiş, gah haqqında danışıb, şer deyərmiş. 
 
Şer 
 
Gözümə göründü o sərv qamət, 
Qəlbimi qaparaq saldı ayağa. 
Ürəyi kəməndə salan bil, gözdür, 
Qəlbi qorumaqçın gözünü bağla. 
 
 Deyirlər ki, bir dəfə yoldan gecərkən oğlan qazının yolunu kəsdi, 
özü haqqında deyilən bəzi sözləri eşitdiyinə və bərk incidiyinə görə, 
qazını söyməyə başladı, ürəyi soyumadı, sonra onu daşladı, ağzına 
gələni dedi, olmazın hörmətsizliklər etdi. 
 Qazı əhvalatı müşahidə edən, onunla birlikdə gedən üləmalardan 
birinə demişdi: 
 
Beyt 
 
 
179
Gözəlin acığı nazə bərabər, 
Üzünü turşutsa şirin dad verər. 
 
 
Ərəb ölkələrində belə bir məsəl var, deyərlər: –«Sevgilinin söyü-
şü şirin kişmiş kimidir». 
 
Beyt 
 
Sənin gül əlindən yumruq yesəm mən, 
Xoşdur öz əlimlə çörək yeməkdən. 
 
 
 Qara–qışqırıq salır, demək razılıq iyi gəlir. 
 
Beyt 
 
Üzüm qora çağı turş olar yəqin, 
Üç-dörd gün səbr elə ki, olsun şirin. 
 
 Qazı bunu deyib geri döndü, gəlib qəzavət kürsüsündə oturdu. 
Onun xidmətində olan mənsəb sahiblərindən bir neçəsi baş  əyib 
təzim etdilər, yeri öpüb belə dedilər: 
 
–Ədəb xaricində olsa da, icazə verin sizə bir sual verək. 
Böyüklər deyiblər: 
 
Beyt 
 
Hər bir sözə irad tutmaq bil, deyildir, məsləhət, 
Böyüklərə qələt tutmaq özü sayılar qələt. 
 
 
Lakin bütün ömrümüz boyu sizdən mərhəmət görüb, ənam 
aldığımız üçün, bildiyimiz məsləhəti deməsək, xəyanət etmiş olarıq. 
Yaxşısı budur ki, sən bu nalbənd oğlundan əl çəkib öz ehtiras süfrəni 
yığışdırasan, pak qəzavət kürsüsünü belə çirkin işlərlə  kəsafətə 
bulaşdırmayasan. Hərifin kim olduğunu kördünüz, hərfin nə 
olduğunu eşitdiniz. 
 
 Şer 
 


 
180
Biri həyasızlığa etmişsə adət, 
Özgə həyasına verərmi qiymət? 
Çox olmuş əlli il yaxşı qalan ad 
Bir çirkin iş ilə olmuşdur bərbad! 
 
 Qazı dostlarının fikrini bəyəndi, onların xeyrxahlığına qarşı 
təşəkkür etdi, və dedi: – Mənim haqqımda əziz dosqlarımın dedikləri 
tamamilə düzdür, ona etiraz ola bilməz, çünki doğru sözdur, lakin: 
 
Beyt 
 
Nə qədər kefindir elə məzəmmət 
Zəncini yumaqla ağarmaz əlbət. 
 
181
Beyt 
Bu dünyada səni mənə unutduran iş varmı
Başı qopmuş bir ilanam, qıvrılmasam olarmı
 
 
Bunu deyib onu yola gətirmək üçün adam saldı, mal tökdü, pul 
xərclədi, hədiyyə aldı. Demişlər ki, kimin qızılı qovluğundadır, onun 
gücü də öz qolundadır; kimin dünyada kisəsi boşdur, onun da 
dünyada heç kəsi yoxdur. 
 
Beyt 
 
Qızılı kim görsə ona baş əyər 
Dəmirqol tərəzi olsa da əgər. 
 
 Müxtəsər, bir gecə aranı xəlvət eləmişdilər ki, darğaya da xəbər 
çatdı. Qazı bütün gecəni  şərab içir, sevgilisinin gah sağına, gah 
soluna keçir, məhəbbətin şiddətindən belə zümzümə edirdi: 
 
Şer 
 
Ey kaş xoruz banlamasın bu səhər erkən, 
Aşiqlər hələ doymadı məşuqələrindən 
Yatdıqda yarın sən oyaq ol, fürsəti vermə, 
Bu ömrü, amandır, belə bivayə keçirmə. 
Məsciddən azan səsləri yüksəlsə də hər an, 
Ya təbl sasi qalxsa Atabəy sarayından. 
Sən açma xoruz gözləri tək ləbləri zinhar, 
Əfsanə demə, etmə sən ez sirrini izhar. 
 
 Qazı bu vəziyyətdə idi ki, yaxın adamlarından biri gəlib dedi: – 
Nə oturmusan qalx, nə  qədər bacarırsan tez qaç! Paxılların sənə 
həsəd aparıb xəbərçilik etmişlər, bəlkə də haqq demişlər. Nə qədər ki, 
fitnə odu alovlanmayıb, bəlkə onu tədbir suyu ilə söndürək, sabaha 
qalsa güclənib yanğına çevrilər, yayılıb dünyanı bürüyər. 
 Qazı gülümsəyərək ona baxdı və dedi: 
 
Şer 
 


 
182
Şirlər ov üstünə pəncə açanda,  
Nə fayda itlərin hürüşməsindən. 
Yarınla üz–üzə söhbət elə, qoy 
Əlinin dalını çeynəsin düşmən. 
 
 O 
gecə  şaha da məlumat verdilər ki, sənin ölkəndə belə bir 
murdar hadisə baş vermişdir, əmrin nədir? 
 
Şah dedi: – Mən onu əsrimizin görkəmli alimi, misilsiz qazısı 
kimi tanıyıram, ola bilər düşmənləri bu hadisəni onun haqqında 
uydurmuş olalar, bu məsələni yoxlamayınca mən ona inana 
bilmərəm. Ağıllı adamlar deyiblər: 
 
Şer 
 
Hirslənib qılınca tezcə əl atsan, 
Sonra peşmançılıq baş verər inan. 
 
 Qazının yanına gəldi. Gördü şam yanır, oğlan oturub, şərab 
dağılıb, qədəh sındırılıb, qazı isə özündən getmiş, dünyadan bixəbər, 
məst, sərxoş, bihuş, mədhuş bir halda yatır.  Şah ehmalCa qazını 
oyadaraq ahəstə dedi: – Dur, günəş çıxmışdır. 
 Qazı işin nə yerdə olduğunu başa düşüb soruşdu: 
 – 
Hansı tərəfdən çıxmışdır? 
 Dedi: 
–Hər gün çıxdığı tərəfdən, məşriqdən. 
 Dedi: 
–Allaha 
şükür olsun ki, tövbə qapıları hələ açıqdır, hədisdə 
deyilib: «Tövbə qapıları o zaman bağlanar ki, günəş məğribdən çıx-
s
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin