Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə104/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   100   101   102   103   104   105   106   107   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
Məvzum hekayət 
 
Gülərüz bir gözəl, xoşsifət cavan 
Gəmidə olmuşdu yarla mehriban. 
Belə oxumuşam, ümmanda bir gün, 
Girdabə düşdülər bəxtləri küskün. 
Gəmiçi atıldı dəryaya həmən 
Cavanı qurtarsın bəlkə ölümdən. 
O isə dalğada əl-qol ataraq, 
Deyirdi yarımı xilas et ancaq, 
Bu sözü deyincə qaraldı gözü, 
Bu oldu cavanın sonuncu sözü. 
Eşqə sadiq sanma hər riyakarı
Ki, bərk gündə ata yarı ilğarı
Sevənlər bax belə yaşadı, bil sən, 
Bir söz də gəl dinlə, qoca Sədidən 
Sədi bilir eşqin hər dəlilini, 
Bağdadlı bilən tək ərəb dilini. 
Könül veribsənsə bir canana sən, 
Gərək göz yumasan bu cahana sən, 
Leylinin Məcnunu dirilsə əgər, 
Eşqin hədisini burdan öyrənər. 
 
185
 
VI FƏSİL 
 
ZƏİFLİK VƏ QOCALIQ HAQQINDA 
 
 1. 
Hekayət 
 
 
Dəməşq məscidində bir neçə alimlə mübahisə edirdik. Bu zaman 
bir gənc məscidə girib soruşdu: 
 –Sizlərdən fars dilini bilən varmı?  
 Hamı məni göstərdi, mən ondan soruşdum: 
 –Nə sözün var?  
 Dedi: 
 –Yüz 
əlli yaşında bir qoca can üstdədir. O, fars dilində  nə isə 
danışır, biz isə başa düşmürük, mərhəmət göstərib qocanın yanına 
getmək zəhmətini qəbul etsəniz savab olar, bəlkə vəsiyyət edir. 
 
Mən qocanın başı üstə çatan zaman o, bu şeri oxuyurdu: 
 
Şer 
 
Bir zaman dedim ki, kamə çataram, 
Bilmədim bu arzu boş bir həvəsdir.  
Təəssüf ki, ömrün bol süfrəsindən,  
Bir tikə götürdük, dedilər, bəsdir. 
 
 Beytin 
mənasını şamlılara ərəbcə dedim. Onlar qocanın ömrünün 
uzunluğuna, eləcə  də  həyatın vəfasızlığına etdiyi təəssüfə  təəccüb-
ləndilər. Mən qocadan soruşdum: 
 –Özünü 
necə hiss edirsən? Cavab verdi: 
 –Nə deyim? 
 
Şer 
 
Bilmirsənmi bir adamın çıxarsalar dişini, 
Kefi necə pozular və halı olar pərişan? 
İndi özün hesab elə necə olar əhvalı
O kəsin ki, bədənindən çıxıb gedə əziz can 
 


 
186
 Dedim: 
 
–Ölüm fikrini başından çıxart. Özünü qorxutma, çünki yunan fi-
losofları demişlər: – Bədən nə qədər sağlam olsa, onun həmişə belə 
qalacağına ümid bağlamaq olmaz, xəstəlik nə  qədər ağır olsa, onun 
həmişə ölümlə  nəticələnəcəyinə hökm vermək yaramaz. Müalicə 
etdirmək istəyirsənsə  həkim çağıra bilərəm. Qoca üzünü çevirib 
güldü və dedi: 
 
Şer 
 
Bir təbib görsə ki, yamandır xəstə, 
Əlini tez qoyar əlinin üstə. 
Xacənin xəyalı, nəqşi-eyvandır, 
Ev isə binadən belə virandır. 
Qocanın işləri olarkən əngəl. 
Sürtürdü arvadı hey ona səndəl. 
Əhval ki, dolaşdı, pozuldu məzac,  
Nə əfsun saqaldar, nə də ki, əlac. 
 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin