Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə36/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   32   33   34   35   36   37   38   39   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
40. Hekayət 
 
Şahlardan birinə bir çinli kənizi gətirdilər; məst halda ona 
yaxınlıq etmək istədi. Qız mane olub müqavimət göstərməyə başladı
Şah qəzəblənib onu qara bir qula bağışladı. Qulun üst dodağı burun 
pərələrini aşır, alt dodağı döşünə düşürdü. Elə bədheykəl idi ki, Səxr 
cinni
42
 onu görsəydi uzaqdan qaçardı, qoltuğunun altında da çox 
üfunətli bir iy vardı
 
Beyt 
 
Əbədi tapmışdı dünyada ikmal  
Onda eybəcərlik, Yusifdə camal. 
 
Şer 
 
Belə çirkin yaranıbmı, görəsən, bir insan,  
Onu təsvirə ola dildə, qələmdə imkan.  
Qucağı, üzdən iraq, bir qatı murdardır ki,  
Onu mordad
43
 günəşi pak edə bilməz bir an. 
 
Deyirlər ki, bu zaman qara qulun şəhvəti çoşmuş, gözü qızmış, 
nəfsini saxlaya bilməyib qızın bəkarətini almışdı. Sabahısı gün şah 
qızı axtardı, tapa bilmədi. Əhvalatı danışdılar, qan bışına vurdu, əmr 
etdi qul ilə qızı bir–birinə bağlayıb qalanın kəlləsindən dərənin dibinə 
atsınlar. 
Xeyirxah vəzirlərdən biri baş əyib təzim etdi və dedi: 
–Şahın ömrü uzun, dövləti əbədi olsun, burada yazıq qulun gü-
nahı yoxdur, onun da başqa qullar kimi şahdan mərhəmət gözləməyə 
haqqı vardır. 
Dedi: – Bir gecə səbr etsəydi dünya dağılmazdı ki, mən ona kə-
nizin qiymətindən daha çox dövlət verərdim. 


 
72
Dedi: – Ey yer üzünün allahı, düz buyurdunuz, lakin: 
 
 
73
Şer 
 
Ciyəri təşnə olan çəşməyə çatdıqda məyər,  
Çəkinərmi dəli fildən, buna de kim inanar:  
Boş otaq, süfrə dolu, mədəsi boş bir dinsiz.  
Ramazandan
44
 çəkinib süfrədə heç ac oturar?! 
 
Bu lətifə  şahın xoşuna gəldi. Dedi: – Yaxşı, qulu sənə bağış-
ladım, bəs kənizi neyləyim? 
Dedi: – Kənizi də qula bağışla ki, onun artığı özündən başqa heç 
kəsə layiq deyil. 
 
Şer 
 
Pis yerə gedəndən sənə dost olmaz, 
Dostunu yaxşı seç və yaxşı tanı.  
Təşnənin ürəyi götürməz içsin  
Üfunət ağızdan artıq qalanı
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin