Bir yoldan azmışın qarşısına haqq nuru səpələndi, əyrilikdən əl
çəkib doğru yola gəldi, dərvişlərə qoşuldu, onların söhbətinin
gücündən; nəfəsinin təsirindən pis adətləri unutdu, yaxşı xasiyyətlərə
sahib oldu, əyyaşlıqdan əl çəkdi. Lakin ağzıgöyçək adamlar dili
uzunluq edərək onun haqqında şayiyə yaymağa başladılar ki, əvvəldə
olduğu kimidir, pəhriz saxladığına, ibadət etdiyinə də etibar yoxdur.
Beyt
Qurtarasan üzrlə allahın əzabından,
Xalqın dilindən ancaq qurtarmazsan bircə an.
Nəhayət dedi–qoduya davam gətirməyib təriqət başçısının
yanına şikayətə getdi. Mürşudləri dedi:
Getmək üçün bundan daha gözəl nə ola bilər ki, sən təsəvvür
etdiyindən daha yaxşısan.
Beyt
Çox demə ki, paxıl adamlar mənə
Eyib axtarırlar hey axşam, səhər.
Gah tökmək istərlər qanımı mənim,
Gah da «pisdir» – deyib yayırlar xəbər.
Yaxşı ol, qoy «pisdir» desinlər sənə,
Nə ki pis olasan «yaxşı» desinlər.
Lakin fikir çəkib qəm yemək, həqiqətdə qüsurlu olub zahirdə
nöqsansız hesab edilən mənim kimi adamlara lazımdır:
Beyt
Onlar tərif edən kimi olsaydım,
Yaxşılığa çəkilərdi bil adım.
Beyt
95
Yaxın qonşum bilə bilməz mənim heç bir əsrarımı,
Lakin yalnız allah bilir bütün gizli-aşkarımı.
Şer
Qapımızı xalq üzünə bağladıq,
Bilməyələr ta bizdə nə eyib var.
Nə fayda bu qapını bağlamaqdan
Ki hər sirri allah bilir aşikar.