Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə60/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   56   57   58   59   60   61   62   63   ...   162
Sədi Şirazi Gülüstan Bustan

36. Hekayət 
 
Bir mürid öz mürşüdünə dedi: 
–Adamların  əlindən zara gəlmişəm, O qədər görüşümə  gəlirlər 
ki, vaxtımı alır, narahatlığıma səbəb olurlar. Onlardan xilas olmaq 
üçün mənə bir yol göstər. 
Dedi: 
–Yoxsullara borc ver, varlılardan borc istə. Bir daha ətrafına 
dolanmazlar. 
 
Beyt 
 
Əgər islam ləşkərində gəda düşsə önə tək,  
İstəməsin bir pay deyə, kafir qaçar Çinədək. 
 
37. Hekayət 
 
Fiqh elmini
67
 öyrənən bir tələbə atasına dedi:  
–Vaizlərin bu gurultulu və bəzəkli sözləri əsla mənə təsir etmir, 
çünki onların sözləri əməllərilə düz gəlmir. 
 
Şer 
 
O, hamıya bu dünyanı at deyir, 
Özü isə qızıl-gümüş cəm edir. 
 
105
Hər alim ki, əməl etməz sözünə, 
Heç vaxt onun inanmazlar özünə. 
Alim odur pislik etməz heç kəsə,  
Əməl edər özü, xalqa nə desə. 
 
Beyt 
 
Bir adam ki, hər zaman öz xeyrini axtara,  
Özü yolu azmışdır, o hara, rəhbər hara?! 
 
Atası dedi: 
–Ey oğul, belə bir səhv mülahizəyə əsaslanıb xeyirxah adamları
tərbiyəsindən üz çevirmək, alimləri azğınlıqda taqsırlandıraraq, 
məsum alim axtarıram – deyə elm öyrənməkdən məhrum olmaq 
düzgün iş deyildir. Bu, palçığa batmış korun məsəlinə  bənzəyir. 
Nağıl edirlər ki, bir kor gecə qaranlıqda kedərkən palçığa batmışdı
O, çığırıb deyirdi: 
–Ey müsəlmanlar, heç olmazsa mənim yolumun üstünə bir çıraq 
tutun. 
Hazırcavab bir qadın korun sözünü eşidib dedi: 
–Sən ki, çırağı görmürsən, çıraqla nə görəcəksən?  
Həmçinin, moizə məclisi bəzzaz dükanı kimidir: orada pul ver-
məsən, mal ala bilməzsən; buraya rəğbət bəsləməsən, səadət əldə edə 
bilməzsən. 
 
Qitə 
 
Alim hər nə söyləyərsə, canla-başla qulaq as, 
Nəsihətçin onun dili bir söz tutana qədər.  
O müddəi düz deməmiş, yanılmışdır sözündə, 
«Bir yatmışı başqa yatmış necə oyada bilər?»
68
 
Mərd odur ki, deyiləni yaxşı yadda saxlasın,  
Daş üstündə ğazılsa da öyüd, nəsihət əgər! 
 
Şer 
 
Xanəqahdan
69
 mədrəsəyə gələrək,  
Bir sahibdil atdı əhli-təriqi.  
Dedim : «fərqi nədir alim, abidin  


 
106
Ki alimi tutub, atdın rəfiqa?»  
Dedi: «O, öz kilimini qoruyur,  
Bu çalışır xilas etsin ğəriqi»
*
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin