3. Hekayət
Gördüm bir zahid eşq içində yanır, nə səbr edə bilir, nə dərdin
açır. Çox əziyyət çəkir, çox məzəmmət eşidir, lakin fikirindən
dönməyir və deyirdi:
Şer
Əlimi üzmərəm mən ətəyindən,
Bir iti qılıncla vursan da məni.
Axı səndən başqa ümidim yoxdur,
Qaçsan bil taparam yenə də səni –
Bir
dəfə onu danlayıb dedim:
–Səlis əqlinə nə olmuşdur ki, xəsis nəfsin ona üstün gəldi? Bir az
fikrə getdi, sonra dedi:
Şer
Haraya girərsə eşqan sultanı,
Alar iradədən tabü–təvanı.
Çirkaba qərq olan biçarə məgər,
Dünyada heç təmiz yaşaya bilər?
4.
Hekayət
Birisi
gönlünü
vermiş, canından keçmişdi. Lakin göz dikdiyi yer
qorxulu, getmək istədiyi yer təhlükəli idi: hazır kükə deyildi ki, əl
atıb götürsün, xam cücə deyildi ki, tez tora düşsün.
Beyt
Puluna baxmazsa nazənin dilbər,
Qızılın torpaqla olar bərabər.
Yenə nəsihət edərək ona dedilər: – Bu sevdadan əl çək, çoxları
bu xam xəyala düşmüş, lakin gör necə olmuş, nə hala düşmüşlər?!
160
Nalə çəkib dedi:
Şer
A dostlar etməyin mənə nəsihət,
Ki, mənim gözlərim ondadır fəqət,
Cəngavər məhv edər zorla düşməni,
Yar isə naz ilə öldürür məni.
O necə məhəbbətdir ki, can qorxusundan canandan əl çəkəsən?!
Şer
Sən əgər özünü unutmamışsan,
Sənin aşiqliyin yalandır demək.
Dost ilə birləşmək mümkün deyilsə,
Onun arzusuyla öləsən gərək.
Beyt
İmkan tapsam tutaram ətəyindən nigarın,
Yoxsa gedib ölərəm, qapısında o yarın.
Onun
işləri ilə maraqlanan, qayğı göstərib səhhətinin hayına
qalan yaxın adamları çox səy göstərdilar, öyüd verdilər, yalvardılar,
yaxardılar, xeyri olmadı.
Beyt
Təbibim deyir ki, səbr eylə, dayan,
Bu həris nəfs isə dözməyir bir an.
Şer
Bilirsənmi nazlı dilbər bir gecə,
Aşiqanə pıçıldadı gizlicə.
Belə diqqət verirkən sən özünə,
Heç qiymətim görünərmi gözünə?
Nağıl edirlər ki, onun aşiq olduğu şahzadəyə xəbər çatdırdılar ki,
161
çoxdandır xoş təbiətli, şirindil bir cavan bu tərəflərə gəlib–gedir,
gözəl sözlər danışır, mənalı söhbətlər edir. Deyəsən qəlbində bir
məhəbbət, başında bir sevda var.
Şahzadə başa düşdü ki, cavanın gönlünü çalmış, onu öz bəla
girdabına salmışdır. Tez ata minib o tərəfə getdi. Cavan uzaqdan
şahzadənin gəldiyini gördükdə ağlayaraq dedi:
Beyt
Qatilim yenə də gəlib dayandı,
Sanki qurbanına ürəyi yandı.
Şahzadə cavanı xoş dindirdi, kefini soruşdu, adı, yeri, sənətilə
maraqlandı, çavan dostluq dəryasına elə qərq olmuşdu ki, nəfəs
almağa taqəti, cavab verməyə qüdrəti olmadı.
Beyt
Əzbərdən bilsən də Quranı inan,
Çaşsan əlif, bey də çıxar yadından.
Şahzadə dedi: –Nə üçün mənimlə danışmırsan mən də dərvişəm,
dərvişlərlə oturub–duranam, hətta onlara qulağı sırğalı bir qulam. Bu
zaman məhbubunun nəvazişindən qüvvət alan cavan başını dostluq
dəryasının dalğaları arasından çıxararaq dedi:
Beyt
Səninlə bir məkanda olmaq bir əmri–mahal,
Sən sözə dil açanda olar mənim dilim lal.
Bunu dedi, bərkdən bir nərə çəkdi və canını haqqa təslim etdi...
5. Hekayət
Son
dərəcə gözəl bir şagird var idi, insan taiəti gözəlliyə meyl
etdiyi üçün müəllim də ona mail olmuşdu.
Ona
görə başqa şagirdlərə etdiyi əziyyət və tənbehi ona rəva
162
görməzdi. Təklikdə rast gələndə isə ona belə deyərdi:
Şer
Ey mələk, mən sənə elə valehəm,
Ki, bütün varl ığ ım ç ıx ıb yad ımdan.
Kipriyin qəlbimə oxlar atsa da,
Mən kiprik vurmay ıb baxaram heyran.
Bir
dəfə şagird ona dedi: –Dərsimə nəzər yetirdiyin kimi, tərbi-
yəmə də fikir ver ki, xoşuna gəlməyən şeyləri düzəltməyə çal ış ım.
Dedi: – Ey oğlan, sən bunu başqalar ından soruş, o gözlə ki, mən
sənə bax ıram, hünərdən başqa bir şey germürəm.
Şer
Bədxah ın gözləri ç ıxs ın dünyada,
Görür
nöqsan
kimi
hər hünərini.
Varsa yetmiş eybin bircə hünərin.
Dost
ancaq
görər o bir hünərini.
Dostları ilə paylaş: |