Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə93/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   89   90   91   92   93   94   95   96   ...   162
Sədi Şirazi Gülüstan Bustan

10. Hekayət 
 
 
 Cavanlıq vaxtlarında, bildiyin üzrə hamının başına gəldiyi kimi, 
mən də bir gözələ  aşiq olmuş, and içib əhd–peyman bağlamışdım, 
özü xoşəxlaq, üzü isə ondörd gecəlik ay kimi parlaq idi. 
 
Beyt 
 
Yar üzünün nəbatı bax ab–həyat içib gülər, 
Kim ki, nabatə meyl edər şəkkərinə salar nəzər
*
 
 
 
Təsadüfən ondan xoşa gəlməyən bir hərəkət baş verdi, ürəyim 
sındı, sidqim siyrildi, məhəbbət daşını atıb dedim: 
 
Beyt 
 
Bir yol tap get sən də məqsədə asan, 
Barı bax özünə, bizə baxmırsan. 
 
 
Eşitdim ki, gedə–gedə deyirdi: 
 
Beyt 
 
Yarasa sevmirsə nurlu günəşi, 
Günəşin əksilməz bundan atəşi. 
 
 
Bundan sonra o, başqa  şəhərə getdi. Amma sözü mənə yaman 
yer etdi. 
 
Beyt 
 
Çıxdı əldən yar vəsli, getdi şadlıq neməti 
                                                           
*
 Бу Бейтдяки «Нябат» сизц биринъи мисрада от (сябзи), икинъи 
мисрада набат (гянд) мянасындадыр (мугяръим).  
 


 
166
Kim əzabdan əvvəl anlar var olan xoş ləzzəti? 
 
Beyt 
 
Qayıt, gəl,vur, öldür, bu ölüm, bilsən 
Xoşdur mənə, sənsiz ömür sürməkdən. 
 
 
 
Şükür olsun ki, bir müddətdən sonra geri qayıtdı, çənəsinin al-
macçığı heyva kimi zərif tüklərlə örtülmüş, rəngi solmuş,  əvvəlki 
gözəllikdən bir nişan qalmamışdı. Ümid edirdi ki, durub üzündən 
öpəcəyəm. Oturub üzümü kənara çevirdim və dedim: 
 
Şer 
 
O gün ki cəmalın xətti gözəldi, 
Qoymadın bir salam o xəttə nəzər. 
Bu gün sülh edərək gəlmişsən çünki, 
Qoyulub o xəttə indi zir-zəbər. 
 
Şer 
 
Tazə baharım, varağın soldu bax, 
Qoşa qazan, söndü, bu od, bu ocaq. 
Bunca çəkib sən özünü dartma gəl, 
Anla daha indi deyilsən gözəl. 
Get onu tap kim sənə pabənd ola,  
Bir kəsə naz et ki, sənə bənd ola. 
 
Şer 
 
Dedilər ki, bağda göyərti xoşdur, 
Sözün doğrusunu deyənlər bilər. 
Yəni gözəl üzdə tər səbzi bitsə, 
Aşiq məftun olub təmənna dilər. 
Lakin qanqal bitmiş sənin üzündə, 
Yolduqca daha çox artıb yüksələr. 
 
Şer 
 
167
 
Səbr etsən, etməsən bunu yaxşı bil, 
Gözəllik əyyamı keçib gedəcək. 
Sənin tək canımdan əl çəkməsəydim, 
Saqqalı qoymazdım çıxa həşrə dək. 
 
Şer 
 
Yarımdan sual etdim: hanı o hüsnü camal, 
Qaralmışdır ay üzün batmısan dərdə, ğəmə. 
Cavab verdi bilmirəm bu üzümə nə oldu 
Görünür hüsnüm üçün batmış belə matəmə. 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin