13. Hekayət Tutuquşu ilə qarğanı bir qəfəsə salmışdılar. Tutuquşu qarğanın
çirkin sifətini görməkdən xoşlanmayaraq, öz–özünə deyirdi:
–Bunun
nə kifir, eybəcər və yöndəmsiz sir–sifəti vardır! Kaş
aramızda məğriblə məşriq qədər məsafə olaydı!
169
Şer
Hər kəs səhər duranda görsə sənin üzünü,
Onun parlaq gündüzü tutqun axşama dönər.
Sənin kimi bir nacins sənə həmdəm olmalı,
Təəssüf ki, dünyada sənə tay yox bir bəşər
Daha
qəribəsi orasında idi ki, qarğa da tutuquşu ilə bir yerdə ol-
maqdan gədərlənərək təəssüflənir və həyatının gedişindən şikayətlə-
nib deyirdi:
–Baxtım qara, taleyim dönük, fələk vəfasız imiş! Mən gərək indi
bir qarğa ilə bir bağda divar üstə nazlana–nazlana gəzə idim!