–Sultan Mahmudun hər biri dünya gözəli adlandırıla biləcək bu
qədər qulamı olduğu halda, nə üçün Ayazı 96
hamısından çox istəyir,
halbuki, Ayaz o qədər də yaraşıqlı deyildir.
Dedi: – Ürəyə yatan, gözə də xoş dəyər.
Şer
Padişah hər kəsə eləsə hörmət.
Pis iş də tutsa, hey tərif olunar.
Şah kimdən azacıq bədgüman olsa.
Ən yaxın adamı çıxmaz havadar.
Şer
Kim nəyə baxarsa inkar gözüylə,
Yusif hüsnünə də çirkindir deyər.
Lakin məhəbbətlə o, divə baxsa,
Gözünə misilsiz mələk görünər.
2. Hekayət
Deyirlər bir xacənin çox gözəl bir qulu var idi və xacə onunla
dostluq büsatı qurmaq istəyirdi. Dostlarından birinə dedi: – heyif bu
boy-buxundan, bu gözəllikdən ki, özü kobud, dili uzundur.
Dedi:
–
Qardaşım, eyş–işrət keçirdiyin adamdan hörmət
gözləmə, aşiq–məşuqluq ortaya çıxanda, hakim–məhkumluq aradan
qalxar
Beyt
Xacə bir nazənin bir pərisifət –
Qul
ilə oynarkən gülərsə üzü,