partiyası (MDP) yaradıldı. Bu partiya ərazi iddiaları irəli sürdü.
Tezliklə onun üzvlərinin sayı 40 min nəfərə çatdı. 1967-ci
ildən ona keçmiş Hitler ordusunun zabiti Adolf Tadden başçılıq
etməyə başladı. Bu partiya özünə çoxlu tərəfdarlar tapdı.
Landtaqlara seçkilər zamanı 10 torpaqdan 7-də seçilən deputat-
ların çoxu MDP-dən idi. 1960-cı ilin sonunda bundestaqın
103
qəbul etdiyi qanuna görə hökumət ölkədə fövqəlada vəziyyət
elan edə, hətta hərbi diktatura da qura bilərdi.
1961-ci ilin sentyabrında bundestaqa keçirilən seçkilərdə
XDİ-XSİ bloku 45,4% səs aldı və yenidən K.Adenauerin
başçılığı altında hökumət təşkil edildi. 1963-cü ilin payızında
Adenauer istefaya getdi. Kansler vəzifəsini Adenauerin
ardıcıllarından olan XDİ-nin başqa bir xadimi, Almaniyada
«iqtisadi möcüzə»nin atası hesab edilən Lüdviq Erxard tutdu.
Erxard demokratik adam olsa da, belə hesab edirdi ki,
Adenauerin avtoritar idarəetmə metodundan əl çəkmək lazım
deyil. Erxard elan etdi ki, onun hökumətinin məqsədi sosial
sülh və əməkdaşlığı təmin etmək və «mərkəzləşmə və qarşılıqlı
anlaşma» siyasəti yeritməkdir. O, qarşıdurmadan qaçmaq,
maraqları tarazlaqdırmaq axtarışı və ümummilli maraqları real-
laşdırmaq naminə bütün siyasi qüvvələri konsilidasiyaya, yəni
qarşılıqlı siyasi əməkdaşlığa çağırdı.
Erxardan kanslerliyi dövründə kənd təsərrüfatına xüsusi
diqqət verildi. Bu məqsədlə 1964-cü ildə «Yaşıl plan» qəbul
edildi. Təkcə 1964-cü ildə kənd təsərrüfatına 2,5 milyard
marka vəsait xərcləndi. Erxard öz partiyasının proqramını
modernləşdirmək sahəsində də fəallıq göstərdi. O, 1965-ci ilin
martında «formalaşmış cəmiyyət» konsepsiyasını irəli sürdü. O
belə hesab edirdi ki, XX əsr-in əvvəlləri «sinifli cəmiyyət»,
Birinci dünya müharibəsindən sonrakı dövr «siyasi fikir
müxtəlifliyi cəmiyyəti», İkinci dünya müharibəsindən sonrakı
dövr isə «kamil cəmiyyət»dir ki, belə cəmiyyət kooperativ
xarakteri daşıyır, bütün qrup və maraqların əməkdaşlığına
əsaslanır. Bu isə «ümumi rifah dövləti»nin bir modeli hesab
edilə bilər. Lüdviq Erxard metod və stildə bir sıra dəyişikliklər
etsə də, mahiyyət etibarı ilə Adenauerin yeritdiyi siyasəti
davam etdirdi. Bu dövrdə müxalifətə qarşı təzyiqlər gücləndi.
Yeni kansler vəziyyəti yaxşılaşdıra, XDİ-yə nüfuz qazandıra
bilmədi. 1966-cı ilin noyabrında Lüdviq Erxard istefaya getdi.
1966-ci ilin dekabrın 1-də AFR-də XDİ-nin liderlərindən olan
104
Kurt Kizingerin başçılığı altında tərkibinə XDİ-XSİ blokunun,
sosial-demokratların nümayəndələrinin daxil olduğu «Böyük
koalisiya» hökuməti təşkil edildi. Kizinger yaxşı analitik,
məharətli rəhbər, xüsusi işgüzarlığı və bacarığı ilə fərqlənən bir
insan idi. Onun gördüyü tədbirlər nəticəsində 1968 və 1969-cu
illərdə sənayenin əvvəlki artım sürəti bərpa olundu (11,8 və
12,9%). Lakin yenə də ölkədə iqtisadi və siyasi böhran davam
etməkdə idi. İlk növbədə iqtisadi böhranı aradan qaldırmaq
üçün dövlət iqtisadiyyatını nizama salmağın yeni metodlarına
keçdi. Cari və prespektiv məqsədlər üçün iqtisadiyyatın
proqramlaşdırılması başlandı. 1967-ci ildə verilmiş
«Sabitləşmə haqqında» qanuna əsasən konyuktura fondu təşkil
edildi. Hökumət korporasiyalar üçün vergiləri 10% artırmaq
hüququ aldı. Əmək haqqı məsələləri də nizama salındı. Mənzil,
nəqliyyat, elektrik enerjisi və qazın qiyməti artırıldı. Pensiya,
tibbi xidmət, təhsilə ayrılan xərclər azadıldı, Dolayı vergilər
artırıldı. Bununla da yeni keynsçilik konsepsiyası həyata
keçirilmiş oldu. 1968-ci ilin mayın 30-da bundestaq
«Fövqəladə qanun» qəbul etdi ki, bununla da demokratik
azadlıqlar xeyli məhdudlaşdırıldı. Bununla belə 1968-ci ilin
əvvəllərində Kommunist partiyası yenidən açıq fəaliyyətə
keçdi.
Ölkənin sosial-siyasi həyatı. İkinci dünya
müharibəsindən sonra AFR-də firavanlıq dövlət yarandı. Bu
dövlətin başlıca xüsusiyyətlərindən biri sosial xərclərə və
vətəndaşların hüquqlarına əsas diqqət verilməsi idi. Hökumət
sosial manevrlərdən istifadə edirdi. Bu siyasətin mahiyyəti
qüvvələri tarazlaşdırmaq idi. Əmək haqlarının verilməsində
paternalist ölçülər sisteminə keçirildi. İşinə görə zəhmətkeşlərə
əmək haqqı verilirdi. Bundestaq 1952-ci ildə «Zəhmətkeşlərin
nümayəndələrinin müəssisələrin idarə olunmasında qismən
iştirakı haqqında» qanun qəbul etdi. İş həftəsi 52 saatdan 46
saata endirildi. Əməyin ödənilməsi sistemi konkret müəssisədə
iş stajından asılı olaraq differensiallaşdırıldı. Adenauer sosial
105
ədaləti qismən də olsa, bərpa etmək üçün «qızıl orta xətt»
siyasəti yeritdiyini bildirdi. 1960-cı ildə «İşləyən gənclərin
hüquqlarının müdafiəsi haqqında» qanun qəbul edildi. 1953-cü
ildən bütün zəhmətkeşlər üçün məzuniyyətin mümkün həddi
müəyyənləşdirildi. Hökumət vergi güzəştləri üzərində iş apardı.
Bütün bu tədbirlər iqtisadi yüksəliş şəraitində əhalinin tələbat
qabiliyyətinin artmasını təmin edə bilirdi. Bununla belə, 1951-
ci ildə müəssisələrin istehsal şuralarının siyasi fəaliyyətlə
məşğul olması qadağan edildi. 1952-ci ildə isə «Müəssisələrdə
fəhlələrin vəziyyəti haqqında» qanun verildi ki, bu qanun
fəhlələrin siyasi fəaliyyətini məhdudlaşdırdı. AFR-də bir çox
demokratik təşkilatların – Azad alman gəncləri ittifaqı,
Demokratik qadınlar ittifaqı, Demokratik Almaniya Milli
cəbhəsinin, Sülh Şurası və Alman-Sovet dostluqu cəmiyyətinin
fəaliyyəti qadağan edildi. Bundestaq 1952-ci ildə qanun qəbul
etdi ki, ancaq seçkilərdə 5% səs toplayan partiyalar parlamentə
öz nümayəndələrini verə bilərlər. 1953-cü il bundestaq seçki-
lərində kommunistlər bu səddi keçə bilmədilər. Halbuki onlar
600 min səs almışdılar. 1950-ci ildə kommunistlərlə əlaqədar
qəbul edilmiş qanuna görə onlara rəhbər vəhifələrdə işləmək
qadağan edildi. 1951-ci ildə kommunistlərə qarşı məhkəmə
prosesi başlandı. 1954-cü ilin noyabrın 23-də Karlsruzda
Federal konstitusiya məhkəməsi Kommunist partiyasını
qanundankənar təşkilat elan etdi. 1957-ci ilin avqustun 17-də
Kommunist partiyasının fəaliyyəti qadağan edildi.
AFR təşkil edildikdən sonra Qərb dövlətləri Almaniyanı
silahlandırmaq və onu «soyuq müharibə»yə cəlb etmək xəttini
əsas götürdülər. 1951-ci ildə Almaniya işğal zonası ləğv edildi.
Həmçinin 1951-ci ildə Almaniyaya icazə verildi ki, qeyri
məhdud miqdarda polis saxlasın. Tezliklə bundestaq keçmiş
faşist zabitlərinin təqaüdlə təmin edilməsi haqqında qanun
verdi. Müdafiə Nazirliyi yaradıldı və 1956-cı ilin iyununda
ümumi hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. 480
minlik ordu – bundesver yaradıldı. Müdafiə naziri mühafizəkar
106
xadim olan Frans-Yozef-Ştraus təyin edildi. 1958-ci ildə
bundestaq Qərbi Almaniya ordusunun atom da daxil olmaqla
bütün müasir silahlarla silahlanması haqqında qərar qəbul etdi.
Qərbi Almaniyanın sürətlə silahlanması ölkədə sülh
uğrunda hərəkatın da güclənməsinə səbəb oldu. 1957-ci ilin
aprelində AFR-in bir qrup görkəmli fizikləri öz hökumətlərinə
müraciət edərək atom silahının böyük təhlükə olduğunu
göstərdilər. 1958-ci ildə AFR-də «Atom ölümü əleyhinə
müharibə» hərəkatı genişləndi. Antimüharibə hərəkatının yeni
forması olan hər il keçirilən pasxa marşında on minlərlə adam
iştirak edirdi.
50-ci illərdə ölkənin əsas siyasi partiyalarından olan
sosial-demokrat partiyasında da ciddi dəyişikliklər baş verdi.
Bu partiya sosializm ideyalarından əl çəkdi və hökumətin
xarici siyasət kursunu müdafiə etməyə başladı. Partiyanın
nüfuzu seçicilər arasında aşağı düşdü. 1952-ci ildə Şumaxerin
vəfatından sonra bu partiyanın rəhbəri E.O.Ollenxauer oldu.
Onlar ADR-in ləğv edilməsini və Almaniyanın 1938-ci il sər-
hədinin bərpa edilməsini tələb edirdilər. Sosial-demokratlar
özlərinin 1959-cu ilin noyabrında Bad-Qodestberqdə olan
qurultaylarında yeni proqramlarını qəbul etdilər. Həmin proq-
ramda marksizmdən qəti olaraq əl çəkildi. Onlar marksizmi
«demokratik sosializm» ideyası ilə əvəz etdilər və xristian-
demokratlarla yaxınlaşmağa başladılar.
XX əsrin 50-60-cı illərində AFR-in xarici siyasəti.
Qərbi Almaniya bu dövrdə xarici siyasətində ABŞ-a
söykənirdi. 1952-ci ilin may ayının 26-da AFR, ABŞ, İngiltərə
və Fransa arasında ümumi müqavilə imzalandı ki, bu müqavilə
işğal zonasının statusunu ləğv edirdi. Eyni zamanda AFR-in
suverenliyi üçün müəyən məhdudiyyətlər də qoyulurdu.
1954-cü ildə keçirilən Paris konfransında Almaniya Qərb
Müdafiə İttifaqına daxil edildi. 1955-ci il fevralın 27-də
bundestaq bunu hüquqi cəhətdən təsdiq etdi. AFR elə həmin
vaxt həm də NATO-ya daxil oldu. Nəticədə AFR imperialist
107
blokuna cəlb edilmiş oldu. Almaniyaya kimya, bakteroloji və
atom silahlarından başqa bütün silahları istehsal etmək icazəsi
verildi. 50-60-cı illərdə AFR-in xarici siyasət istiqamətlərindən
biri Qərbi Avropa dövlətləri ilə inteqrasiyanı gücləndirmək idi.
1951-ci ildə o, Avropa kömür və polad birliyinə daxil oldu.
1957-ci ildə AFR Fransa ilə birlikdə Avropa İqtisadi birliyini
(AİB) təşkil etdilər.
AFR özündən başqa heç bir alman dövlətinin tanınmasını
istəmirdi. 1955-ci ilin dekabrında xarici işlər nazirinin müavini
Halşteyn belə bir doktrina irəli sürdü ki, hansı dövlət ADR-i
tanıyırsa, AFR dərhal onunla diplomatik münasibətləri
kəsəcəkdir. Lakin Adenauer bunu SSRİ-yə şamil etmədi. O,
1955-ci ilin sentyabrında SSRİ-yə səfər etdi, AFR ilə SSRİ
arasında diplomatik münasibətlər yarandı. Adenauer SSRİ-nin
hələ 1952-ci ildə irəli sürdüyü Almaniyanın bitərəf dövlət kimi
birləşdirilməsi təklifini qəbul etmədi. Adenauer həmçinin
uzaqgörənliklə bildirdi ki, əgər Şərqdə dəyişiklik olsa,
Almaniyanın birləşdirilməsi mümkündür. 1957-ci ildə Yuqo-
slaviya ADR-i tanıdığına görə AFR onunla diplomatik müna-
sibətləri kəsdi. AFR 60-cı illərdə ABŞ, Fransa, İtaliya, İngiltərə
ilə münasibətləri daha da yaxşılaşdırdı. 60-cı illərin əvvəl-
lərində onun Fransa ilə münasibətləri daha əlverişli xarakter
aldı. 1963-cü ildə bu iki dövlət arasında hərbi əməkdaşlıq
haqqında saziş bağlandı. 1964-cü ildə isə ABŞ-la da AFR
arasında belə bir müqavilə imzalandı. Kansler Erxard «Şərq
siyasəti»ni davam etdirirdi. AFR Yaxın Şərqdə və Hind-Çində
ABŞ-ın siyasətini müdafiə edirdi. Bu isə ilk növbədə ərəb
ölkələri ilə münasibətlərin pisləşməsinə səbəb oldu. Kansler
Kizinger isə «Yeni Şərq siyasəti»ni irəli sürdü. AFR 1968-ci
ildə Yuqoslaviya ilə münasibətləri bərpa etdi. AFR kapitalist
ölkələri içərisində SSRİ-nin başlıca partnyoru oldu. Lakin AFR
yenə də siyasi və ərazi reallığını qəbul etməkdən imtina edirdi.
1961-ci ildə Qərbi Berlin böhranı baş verən zaman SSRİ bir
gecənin içində 165 km uzunluğunda «II Çin səddi adlanan»
108
«Berlin divarı»nı çəkdi. Ümumiyyətlə, AFR XX əsrin 50-60-cı
illərində qərbyönümlü, ilk növbədə ABŞ yönümlü xarici
siyasət yeridirdi.
70-ci illərdə AFR-in daxili vəziyyəti və xarici siyasəti.
AFR sosial-demokratların hakimiyyəti dövründə (1969-
1982-ci illər). XX əsrin 60-cı illərinin sonu – 70-ci illərinin
əvvəllərində istər ölkənin daxili, istərsə də xarici siyasətində
ciddi dəyişikliklər baş verdi. Burjuaziyanın realist fikirli
dairələrinin mövqeyi gücləndi. «Soyuq müharibə» və revanş
siyasətinin tərəfdarları azalmağa başladı. Bu özünü parlament
seçkilərində də göstərdi. 1969-cu ilin sonunda keçirilən
seçkilər nəticəsində Almaniya sosial-demokrat partiyası Azad
demokratlar partiyası ilə ittifaqa girərək 48,5% səs toplayaraq
«kiçik koalisiya hökuməti» təşkil etdilər. Sosial-demokratların
60-cı illərdə nüfuzunun xeyli atmasının səbəbi onların
marksizmdən imtina edərək «demokratik sosializm» cəmiyyəti
qurmağı başlıca məqsədləri elan etmələri idi. Sosial-
demokratlar hakimiyyətə gələrkən xüsusi mülkiyyətin
əsaslarına toxunmayacaqlarına bir daha söz verdilər.
Hökumətin başçısı ASDP-dən Villi Brandt (onun əsil adı
Herbert Framdır), xarici işlər naiziri isə Azad-demokratlardan
Şeel oldu. Ona görə bu hökumət bəzən Brandt-Şeel hökuməti
adlanırdı.
Villi Brandt Qərbi Almaniya və Avropa sosial-
demokratiyasının uzun müddətli liderlərindən biri olmaqla
bərabər, həm də tanınmış jurnalist idi. O, cəmiyyətin ağrılı
problemlərindən açıq danışmış, AFR siyasətinə açıqlıq və
aşkarlıq gətirmiş liderlərdən idi. Brandt hökuməti sosial büdcə
proqramını genişləndirdi. 1970-ci ildə qəbul edilən bir sıra
qanunlarda uşaqlara verilən müavinatın artırılması, əhalinin
aztəminatlı qrupları üçün dotasiyaların verilməsi nəzərdə
tutulurdu. 1971-ci ildə verilən «Sosial sığorta haqqında»
qanunda tələbələr və digər sosial qrupların sığorta edilməsi
nəzərdə tutulurdu. 1972-ci ildə verilən «Pensiya islahatı
109
haqqında» qanuna əsasən pensiya almaq üçün yaş həddi
müəyyən edildi. Villi Brandtın Almaniyada kansler təyin
olunması sağların ciddi narazılığına səbəb oldu. Onlar
göstərirdilər ki, İkinci dünya müharibəsində mühacir olmuş,
Norveç ordusunun tərkibinə daxil olaraq almanlarla, lap olsun
hitlerçilərlə döyüşmüş bir adamı rəhbər vəzifəyə təyin etmək
düzgün deyildir. Lakin buna baxmayaraq əhali içərisində onun
nüfuzu güclü olduğu üçün çağlar onun kansler təyin edilməsinə
mane ola bilmədilər.
V.Brandt bir sıra qanunların bundestaqdan keçməsinə
nail oldu. Təqaüdlər və əmək haqları artırıldı. Müəssisələrdə
sahibkarların özbaşnalığının qarşısını almaq üçün istehsalat
şuraları yaradıldı. Mənzil kirayəsinin son həddi müəy-
yənləşdirildi. Seçkilərdə ancaq 5% səs toplamış partiyanın
parlamentə deputat verə bilməsi haqqında Adenauerin
dövründə verilmiş və ilk növbədə kommunistlərə qarşı
çevrilmiş qanun ləğv edildi. Bununla bərabər o, 1972-ci ildə
«Müəyyən peşələrə qadağa» adlı qanunun bundestaqdan
keçməsinə mane olmadı. Həmin qanun isə müəssisələrdə
kommunistlərin rəhbər vəzifələrdə işləməsinə qadağa qoyurdu.
1973-cü ildə bütün kapitalist ölkələrində olduğu kimi,
Almaniyada da böhranqabağı şərait yarandı. Bu ilk növbədə
1973-cü ildə başlayan İsrail-Ərəb müharibəsi ilə əlaqədar neft
satan ərəb ölkələrinin İsrailə kömək edən kapitalist ölkələrinə
təziyiq göstərmək üçün neftin qiymətini bahalaşdırmaları ilə
əlaqədar idi. 1974-1975-ci illərdə Almaniyada sənaye məhsulu
istehsalı 7,9%, milli ərzaq məhsulları istehsalı 4%,
elektrotexnika sənayesi istehsalı 10%, kimya sənayesi
məhsulları istehsalı 16% aşağı düşdü. Qiymətlər 6% qalxdı.
İşsizlərin sayı 1,2 milyona çatdı. İşsizlər əmək qabiliyyətli
əhalinin 4 %-ni təşkil edirdi. Lakin Almaniyada əmək haqqı və
məşğulluq səviyyəsi yüksək olduğuna görə bu böhran
zəhmətkeşlərin həyat səviyyəsinə o qədər də güclü təsir
göstərmədi. Almaniya xarici ticarət və daxili ehtiyatlar
110
hesabına bu böhrandan çıxa bildi. 1974-cü ildə yenidən iqtisadi
yüksəliş baş verdi. V.Brandtın dövründə Almaniyanın
Avropaya və başqa ölkələrə kapital qoyuluşu artdı. Bu dövrdə
Almaniya özü istehsal etdiyi məhsulun yarısını dünya bazarına
çıxarır və bundan gələn gəlirdən öz borclarını ödəyir, faşizm
qurbanlarına kompensasiya verir, güclü valyuta ehtiyatları
yaradırdı.
1972-ci ilin noyabrın 19-da bundastaqa keçirilən
növbədənkənar seçkilər hökumət koalisiyasına uğur gətirdi.
XDİ-XSİ bloku 44,9%, sosial-demokratlarla müstəqil
demokratlar birlikdə 45,8% səs aldılar. V.Brandta qarşı
sağların təzyiqi daha da gücləndi. Brandtın yaxın
əməkdaşlarından birinin ADR-in kəşfiyyatçısı olduğu məlum
oldu. Brandt 1974-cü il mayın 7-də istefa verməyə məcbur
oldu. 1974-cü ilin mayın 16-da onun siyasətini davam etdirən,
Brandt hökumətində maliyyə naziri vəzifəsini tutmuş sosial-
demokrat Helmut Şmidt kansler oldu. Xarici işlər naziri
Müstəqil demokratlar partiyasından Henşer oldu.
1976-cı ilin oktyabr ayının 3-də keçirilən bundestaq
seçkilərində ASDP 42,6%, MDP 7,9%, XDİ-XSİ bloku isə
48,6% səs aldılar. Sosial-demokratlar müstəqil demokratlarla
birlikdə yenə Helmut Şmidtin başçılığı altında hökuməti təşkil
etdilər. Şmidt hökuməti 1976-cı ildə «Sənaye müəssisələrinin
idarə edilməsində fəhlələrin iştirakı haqqında», 1977-ci ildə
«Vətəndaşların pensiya təminatının qaydaya salınması
haqqında», «Səhiyyə sistemində islahatlar haqqında»,
«Həmkarlar ittifaqları sistemində islahatlar haqqında»
qanunların bundestaqın təsdiq etməsinə nail oldu. Helmut
Şmidtin dövründə ASDP-nin üzvlərinin 47%-ni fəhlələr, 23%-
ni qulluqçular, yerdə qalanını isə digər təbəqələr təşkil edirdi.
Onun kansler olduğu dövrdə gəncər 18 yaşından səsvermə
hüququ aldılar. Hərbi xidmət müddəti 18 aydan 12 aya
endirildi. Pensiyalar və çoxuşaqlı ailələrə yardım artırıldı. O,
«dəmir kansler» kimi tanındı.
111
Bu dövrdə XDİ hökumətə qarşı mübarizəni gücləndirdi.
XDİ-nin 1977-ci ildə olmuş qurultayında partiyanın rəhbəri
Helmut Kol MDP-ni vicdanlı partnyorluğa çağırdı. 1977-ci ildə
Saksoniya və Saar vilayətində müstəqil demokratlarla xristian-
demokratların birgə koalisiyalı hökuməti təşkil edildi. Torpaq
landtaqlarına seçkilər göstərdi ki, xristian- demokratlar
müstəqil demokratlara öz təsirini göstərməyi bacardılar. 1979-
cu ildə may ayının 23-də Federal məclisdə ölkənin yeni
prezidenti XDİ-dən olan K.Karstensa seçildi. Bu sağa doğru
dönüşün başlanması demək idi. Ölkədə neonasist və terrorist
təşkilatlar gücləndi. «Baader-Maynxoff» adlı terrorçu təşkilat
tərəfindən AFR-in baş prokuroru E.Bubek və Alman
sənayeçiləri Federal İttifaqının sədri Şlyayer öldürüldü. Bütün
bu hadisələr müstəqil demokratların sosial-demokratlardan
ayrılmasını sürətləndirdi.
XX əsrin 70-ci illərin sonlarında Almaniyada terrorizm
güclənməyə başladı. Bu dövrdə Almaniyada 75-ə qədər
terrorçu və neofaşist təşkilatlar fəaliyyət göstərirdi. Bunların
içərisində Milli demokrat partiyasını, Doğulmuşlar ittifaqını,
Almaniya imperialist partiyasını, Qırmızı fraksiyanı və s.
göstərmək olardı. 1980-ci illərdə dövlət xüsusi ilə çox
canlanmış terrorizmə qarşı fəal mübarizəyə başladı. Bu
dəstələrin bir çoxu ləğv edilsə də, Almaniyada yenə də
terrorizmlə mübarizə zəruri bir məsələ kimi diqqət mərkəzində
idi.
V.Brandt öz xarici siyasətində beynəlxalq vəziyyəti
düzgün qiymətləndirmək mövqeyini tutmuşdu. Çexoslovakiya
hadisələrindən sonra hələ Kizengerin dövründə işlənib
hazırlanmış «yeni şərq siyasəti» onun dövründə reallığa
çevrildi. V.Brandt öz xarici siyasət xəttini «təmiz külək»
adlandırırdı. Onun xarici siyasəti belə bir reallığa əsaslanırdı ki,
AFR əvvəlki siyasətini davam etdirə bilməz. Münhen
amirliyindən əl çəkməli, İkinci dünya müharibəsindən sonra
əmələ gəlmiş sərhəd dəyişikliyini AFR qəbul etməlidir. Bu
112
məqsədlə 1970-ci ilin avqustun 12-də faşizm işğalından ən çox
əzab çəkən dövlətlərdən biri olan SSRİ, dekabrında isə Polşa
ilə AFR arasında dostluq və əməkdaşlıq haqqında müqavilələr
bağlandı. AFR həm SSRİ-yə, həm də Polşaya verilmiş
torpaqlarından bir dəfəlik imtina etdi. Qərbi Berlinə aid 1971-
ci ilin noyabrında ABŞ, Fransa, Böyük Britaniya və SSRİ
arasında bağlanan saziş 1972-ci ildə qüvvəyə mindi. Sazişə
əsasən Qərbi Berlin AFR-in ərazisi hesab edilmirdi, Qərbi
Berlinlə beynəlxalq saziş və razılaşmalar genişləndirilirdi.
ABŞ, İngiltərə və Fransanın Qərbi Berlində səlahiyyətləri
beynəlxalq səviyyədə saxlanılırdı. 1972-ci ildə AFR-lə ADR
arasında münasibətləri tənzimləyən xüsusi müqavilə
bağlanması ilə Halşteyn doktrinası iflasa uğramış oldu. AFR
ADR-in varlığını təsdiq etdi və onu bir dövlət kimi tanıdı.
1973-cü ildə AFR ilə Çexoslovakiya arasında müqavilə
bağlandı AFR Sudet vilayətinin Çexoslovakiyaya birləşməsini
qanuni hesab etdi. Bu isə Münhen amirliyinin üstündən xətt
çəkmək demək idi. 1973-cü ilin mayında SSRİ ilə AFR
arasında iqtisadi, texniki, mədəni əməkdaşlığa aid saziş
bağlandı. Sosialist ölkələri ilə münasibətlərin inkişafına xüsusi
diqqət yetirildi. 1973-cü ildə həm ADR, həm də AFR BMT-yə
daxil oldu. Bu Avropada Almaniyanın nüfuzunu artırdı. AFR
1975-ci il Helsinki müşavirəsində iştirak etdi. Elə həmin ildə
«Yeddilər» qrupunun üzvü oldu. Birbaşa Avropa
parlanmentinə seçkiləri müdaifə etdi. Siyasi inteqrasiyaya
tərəfdar olduğunu göstərdi. AFR-in Fransa və İngiltərə ilə
münasibətləri yaxşılaşdı. 1976-cı ildə AFR-in inkişaf etməkdə
olan ölkələrə birbaşa kapital qoyuluşu 14,2 milyard marka idi.
1978-ci ilin mayında SSRİ ilə AFR arasında uzun müddətli
əməkdaşlıq haqqında saziş bağlandı.
Şmidt hökuməti ABŞ-la yaxınlaşma siyasəti yeridirdi. Bu
hökumət ABŞ-ın AFR ərazisində daha yeni hərbi qüvvələr
yerləşdirməsinə razılıq verdi. AFR ABŞ-dan silah alınmasını
artırdı. 1979-cu ildə birbaşa hərbi xərclər 40 milyard marka
113
təşkil edirdi, halbuki 1976-cı ildə bu rəqəm 31,9 milyard
marka idi. AFR NATO-nun hərbi xərclərinin 3% artırılmasına
razılıq verdi. SSRİ-nin Əfqanıstana müdaxiləsini AFR müdafiə
etmədi və Moskva olimpiadasının baykot edilməsində iştirak
etdi.
1980-ci ilin ikinci yarısında ölkədə yeni iqtisadi böhran
başlandı. 1980-1982-ci illərdə hökumətin vəziyyəti sürətlə
pisləşməyə başladı. AFR 1974-1975-ci illərdə olduğundan
daha artıq böhranlı vəziyyətlə qarşılaqdı. Ölkənin muzdla
işləyən əhalisinin 9%-i (2,5 miylon adam) işsiz idi. Büdcə
kəsiri iki dəfə artdı. Müharibədən sonrakı dövrdə ilk dəfə AFR-
də sənaye və maliyyə kompaniyalarını iflas dalğası bürüdü.
Antiböhran tədbirləri görmək istəyi hökumətin üzvləri arasında
ixtilafları daha da gücləndirdi.
Böhran siyasi həyata da öz təsirini göstərdi. 1980-ci ildə
seçkiqabağı mübarizə gücləndi. Seçkilərdə XDİ və XSİ
müxalifət bloku təşkil edərək kanslerliyə XSİ-nin sədri
Ştrausun namizədliyini irəli sürdülər, lakin alınmadı. XDİ
hökumətin Yeni Şərq siyasətinin tənqid edərək göstərirdi ki,
guya sosial-demokratlar AFR-də sosializm qurmaq istəyirlər.
«Sovet təhlükəsi» haqqında onlar böhtan kampaniyasına
başladılar. İri inhisarlar, katolik kilsəsi kütləiv informasiya
vasitələrinin əksəriyyəti XDİ-XSİ blokunu müdafiə edirdilər.
1980-ci ilin oktyabrın 5-də keçirilən seçkilərdə ASDP
42,9%, MD 10,6%, XDİ-XSİ bloku isə 44,5% səs aldı. Lakin
seçkilərdən sonra hökumət koalisiyasında daxili və xarici
siyasətin bir sıra məsələlərində ixtilaflar yarandı. Müstəqil
demokratların liderləri metallurgiya, dağ-mədən sənayesində
fəhlələrin müəssisələrin idarə edilməsində iştirakına qarşı
çıxdılar. Onlar AFR-in silahlandırılmasını və onun ərazisində
ABŞ raketlərinin yerləşdirilməsini müdafiə etdilər. Sosial-
demokratlar əhali içərisində nüfuzdan düşəcəklərindən
qorxaraq bu məsələni müdafiə etmədilər. Hökumət
koalisiyasında böhran yarandı. Müstəqil demokratlar XDİ-XSİ
114
bloku ilə koalisiyaya girmək qərarına gəldilər. 1982-ci ilin
sentyabrında H.Şmidt hökuməti istefaya getdi.
AFR H.Kolun kanslerliyi dövründə (1982-1998-ci
illər). 1982-ci ilin oktyabr ayının 1-də bundestaqda AFR-in
yeni kansleri XDİ-nin lideri Helmut Kol təyin edildi, vitse-
kansler və xarici işlər naziri isə müstəqillərdən D.Qenşer oldu.
Beləliklə, AFR-də 13 illik sosial-demokratlarla müstəqil
demokratların koalisiyalı idarəsindən sonra XDİ, XSİ və
AMDP-nin yeni bloku hakimiyyətə gəldi.
80-ci illərdə təkcə AFR-də deyil, Avropanın digər
kapitalist ölkələrində, o cümlədən ABŞ-da sağların
hakimiyyətə gəlməsi əvvəlki illərdə hökm sürən firavanlıq
dövründən bir növ imtina edilməsi idi. Çünki sağlar belə hesab
edirdilər ki, kapitalist ölkələrində baş verən inflyasiyanın,
işsizliyin əsas səbəbi dövlətin sosial xərclərə hədsiz diqqət
yetirməsi və büdcənin xeyli hissəsinin bu işə ayrılmasıdır.
Onlar dövlətin tənzimləyici rolunu azaltmağın lazım olduğunu
bildirirdilər. Helmut Kol hakimiyyətə gəldikdən sonra 1983-cü
ilin martında yeni seçkilər elan etdi. Həmin seçkilərdə ilk dəfə
Avropadakı ekoloji böhranla əlaqədar bir sıra ölkələrdə o
cümlədən, Almaniyada 1980-ci ildə yaranmış «Yaşıllar»
Dostları ilə paylaş: |