partiyası isə səslərin 17,6%-ni yığsa da, parlamentdə 180
deputat yeri tutdu. Beləliklə, Şarl de Qoll parlamentdə öz
müdafiəsini təşkil etmiş oldu. Baş nazir Şarl de Qollun
partiyasından olan M.Debre oldu. Hökumətin tərkibinə
«müstəqillər»in və Xalq respublika hərəkatı partiyasının
nümayəndələri də daxil oldular. 1958-ci ilin dekabrın 21-də
Şarl de Qoll respublikanın prezidenti seçildi.
Fransada yeni rejim yaradıldıqdan sonra istehsalın və
kapitalın mərkəzləşməsi və təmərküzləşməsi gücləndi. 10 iri
inhisar, demək olar ki, xüsusi mülkiyyətin 40%-nə nəzarət
edirdi. Lakin bununla belə Fransa istehsalın mərkəzləşməsinə
görə inkişaf etmiş kapitalist ölkələrindən geri qalırdı. Xırda
müəssisələrin payı (beş fəhləsi olan müəssisələr də nəzərə
alınmaqla) bütün sənaye müəssisələrinin 84%-ni təşkil edirdi.
Dövlət sifarişləri, digər imtiyazların köməyi ilə sənaye
sahələri sürətlə inkişaf etməyə başladı. Ölkənin sürətlə
silahlanmasının da bu inkişafa təsiri böyük idi. Büdcə kəsirini
azaltmaq məqsədi ilə yeni vergilər təyin edildi, sosial təminat
xərcləri azadıldı. Şarl de Qollun dövründə kənddə də
modernizasiya xətti götürüldü. Kəndin yüksək texnika ilə
təchiz edilməsi nəticəsində bir vaxtlar Avropada ən çox saylı
olan fransız kəndliləri fermerlərə çevrildi. Kəndli kateqoriyası
aradan qalxdı. Şarl de Qoll «metro xalqı» yaratmağa çalışdığını
elan etdi. Ölkə tarixində ilk dəfə olaraq şəhər əhalisi kənd
əhalisini ötüb keçdi. Şarl de Qollun prezident olduğu 10 il
ərzində hər il kənddən şəhərə 150 min kəndli köçürdü. Kənddə
fermer təsərrüfatının inkişafı Fransanı Avropanın ən iri ərzaq
ixracatçısına çevirdi. Dövlət torpaq sahibliyinin minimum
ölçüsünü müəyyən etdi, xırda və orta kəndli təsərrüfatı yox
143
olmağa başladı. Yerli özünüidarə orqanlarının hüquqları
məhdudlaşdırıldı.
60-cı illərdə Fransada elmi-texniki inqilab ən çox
konveyer istehsalında, avtomatlaşmada, elektron-hesablama
maşınlarında öz tətbiqini tapdı. İqtisadiyyatın strukturu
mahiyyətcə dəyişildi. Yeni sənaye sahələri olan atom və raket
sənayesi yarandı. Neft istehsalı sürətlə artmağa başldı. Kütləvi
tələbat mallarının istehsalı çoxaldı. Fransada 1958-1968-ci illər
arasında sənaye məhsulları istehsalı həcminin artım sürəti 60%
oldu. 25 nəhəng sənaye-maliyyə qrupu bütün kapital qoyulu-
şunun 60%-dən çoxuna nəzarət edirdi. Şarl de Qoll ilk növbədə
inhisarların mövqeyini möhkəmləndirmək siyasəti yeridirdi. O,
çalışırdı ki, dünya bazarında Fransa inhisarçıları ABŞ,
Yaponiya, Almaniya inhisarçıları ilə rəqabət apara bilsinlər.
Şarl de Qoll Fransanı yenidən böyük dövlət səviyyəsinə qaldıra
bildi. Fransa sənaye məhsulları istehsalı sürətinə görə
Avropada İngiltərəni ötüb keçərək ancaq Almaniya və
İtaliyadan geri qalırdı. Sənayenin inkişaf səviyyəsinə görə isə
dünyada kapitalist ölkələri içərisində beşinci yeri tutdu.
Ölkənin maliyyə sistemi sabitləşdi. 1960-cı ildə frank dönərli
valyutaya çevrildi. Başqa kapitalist ölkələrində olduğu kimi
Fransada da bu dövrdə istehsal sahələrindən daha çox qeyri-
istehsal sahələri artdı.
Ölkənin sinfi strukturunda da dəyişiklik baş verdi. Belə
ki, muzdlu işçilərin sayı ölkədə bütün işləyən əhalinin 70%-ini
əhatə etdi. On il ərzində muzdlu işçilərin sayı xeyli artdı.
Onların əmək haqqı isə 60%-dən 70%-ə qalxdı.
Şarl de Qollun prezidentliyi dövründə dövlətin
iqtisadiyyata müdaxiləsi gücləndi. Bu özünü xüsusilə iqtisadi
inkişaf planlarının tərtib olunmasında göstərirdi. Lakin bu
planlar xüsusi firmalar üçün məcburi deyildi. «Gəlirin qabağını
almaq» siyasəti aparılırdı. Amma bu iş kapitala qoyulan
vergidən daha çox, əmək haqqının «dondurulması» hesabına
həyata keçirilirdi.
144
Elmi-texniki tərəqqi və «Müştərək bazarın» təsiri ilə
əlaqəli şəkildə dövlətin iqtisadiyyata müdaxiləsi iqtisadi
inkişafı sürətləndirdi. Fransa özünün sələmçi xarakterini itirdi.
O müasir sənaye dövlətinə çevrildi. 60-cı illərin ortalarında
Fransa bütün borclarını ödədi və yenidən kreditor dövlətə
çevrildi. Fransanın sürətli inkişafı bir çox cəhətdən dövlətin
məqsədyönlü səyləri ilə bağlı idi.
1960-cı ildə Fransa 14 Afrika ölkəsinə müstəqillik verdi.
Sağların təqiblərinə baxmayaraq Əlcəzair məsələsinə obyektiv
yanaşıldı. 1960-1961-ci illərdə Əlcəzairdə başlamış yeni
qiyamlar, 1961-ci ildə təşkil edilən terrorçu «Gizli silahlı ordu»
təşkilatının de Qolla qəsd hazırlaması onu qorxutmadı. Çünki
o, xalq tərəfindən müdafiə olunurdu. 1962-ci ilin yazında Şarl
de Qoll Əlcəzairə səfər etdi. Xalqla görüşdükdən sonra ancaq
bir cümlə ilə fikrini bildirdi: «Mən sizi başa düşdüm». 1962-ci
ilin martın 18-də Fransanın Evian şəhərində bağlanmış sazişlə
Əlcəzairə müstəqillik verildi. Həmçinin Fransa Saxarada
müvəqqəti olaraq hərbi baza saxlamaq hüququ da əldə edirdi.
Şarl de Qoll xarici siyasətdə Fransanın müstəqilliyini
qoruyub saxlamaq və müstəqil xarici siyasət yeritmək xəttini
əsas götürdü. O xarici siyasətdə özünün əsas vəzifəini –
«ölkəyə uzun illərdən bəri malik olmadığı əzəmətini və
nüfuzunu qaytarmaq» vəzifəsini elan etdi. Şarl de Qoll
müstəqil xarici siyasət yeridərək Avropanın sosialist ölkələri və
SSRİ-ilə münasibətləri yaxşılaşdırdı. De Qoll xarici siyasətdə
eyni zamanda «bütün istiqamətlərdə müdafiə» doktrinasını əsas
götürürdü.1966-cı ildə o, SSRİ-yə səfər etdi. Fransa ABŞ-ın
Vyetnamdakı təcavüzünü, İsrailin Fələstinə qarşı müharibəsini
pislədi. Şarl de Qoll ABŞ-ın atlantizm siyasətini, yəni NATO-
nun üzvü olan Avropa ölkələrində hərbi bazaların
yerləşdirilməsi və orada ABŞ hərbçilərinin komandanlıq
etməsini və xarici işlərdə, müdafiə, silahlı qüvvələr
məsələsində Fransanın tutduğu yolun ABŞ-ın planlarına tabe
olmasını heç cür qəbul edə bilmədi. 1963-cü ildə Fransa ilə
145
AFR arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlandı.
Lakin, 1964-cü ildə AFR ilə ABŞ arasında hərbi əməkdaşlıq
haqqında saziş bağlandıqdan sonra Fransa NATO-ya
münasibətini tamam dəyişdi. ABŞ-ın Avropaya müdaxiləsinin
gücləndiyini hiss edən Şarl de Qoll NATO-nun bütün
təşkilatlarında qalmaqla onun hərbi təşkilatlarından çıxdığını
bildirdi. 1966-cı ildə bu hadisə reallığa çevrildi. NATO-nun
Parisdə olan baş qərargahı Brüsselə köçürüldü.
1959-cu ilin yanvarından sosialist partiyası rejimə qarşı
müxalifətə keçdi. Həmin ilin sentyabrında hökumətdən
radikallar da getdilər. Xalq respublika hərəkatı partiyasında da
rejimdən narazılıq yarandı. 1961-ci ilin payızında ölkəni
yenidən tətillər bürüdü. Hökumət fəhlələrin tələblərini
ödəməyə məcbur oldu. Dəmiryolçular, şaxtaçılar və digər peşə
sahiblərinin əmək haqları 12,5% artırıldı. 1963-cü ilin
sentyabrın 12-də Fransa hökuməti iqtisadiyyatı sabitləşdirmək
planı ilə çıxış etdi. Həmkarlar ittifaqına təklif olundu ki, əmək
haqlarının artırılması tələbindən əl çəksinlər. Lakin tətillər yenə
də davam edirdi. 1965-ci ilin payızında bir sıra demokratik
təşkilatlar (sosialistlər, radikallar) «Demokratik, sosialist və sol
qüvvələrin Federasiyası»nda (DSSQF) birləşdilər. Əsas yeri
sosialist partiyası tutdu. Onun lideri Fransua Mitteran idi.
1962-ci ilin oktyabrın 28-də prezidentin bütün xalq tərəifndən
seçiməsinə dair referendum keçirildi. Seçicilərin 60%-dən çoxu
onun lehinə səs verdi. Yeni qanuna görə prezidnti bundan
sonra xalq seçməli idi. 1965-ci ilin dekabrında Şarl de Qoll
55% səs topladı və prezident seçildi. O, rəqibi sol qüvvələrin
namizədi Fransua Mitterana qalib gəldi.
1966-cı ilin may ayının 17-də Fransada yenidən ümumi
tətillər başlandı. 1966-cı ilin dekabrında DSSQF ilə FKP saziş
bağladılar ki, Şarl de Qoll rejiminə qarşı birgə hərəkət etsinlər.
1966-cı ildə belə bir saziş FÜƏK ilə Fransa demokratik
zəhmətkeşlər konfederasiyası arasında da bağlandı. De Qolla
qarşı təkcə sollar deyil, sağlar da çıxmağa başladılar. 1966-cı
146
ildə «müstəqillər»in bir hissəsi XRH və «Demokratik
mərkəzlə» birləşib Şarl de Qollun avtoritar metodlarına qarşı
çıxış etdi. Şarl de Qoll hökumətinin siyasəti ölkədəki müxtəlif
qruplar arasındakı ziddiyyətləri kəskinləşdirdi.
60-cı illərin ortalarında Şarl de Qollun yaratdığı avtoritar
rejim Fransada həm biznesin, həm Fransa həmkarlar
təşkilatının, həm də gənclərin xoşuna gəlməməyə başladı.
Fransa biznesi istəyirdi ki, dövlət onun işinə müdaxilə etməsin.
Fransa həmkarlar təşkilatı istəyirdi ki, onun hüquqları
genişləndirilsin, gənclər dünyanın ən qabaqcıl ölkəsi olan
ABŞ-la Fransanın münasibətlərinin normal şəklə salınmasını
hökumətin qarşısında bir vəzifə kimi qoyurdular. Bu dövrdə
Fransada tələbələrin sayı 600 minə çatmıqdı. Onların ancaq
15%-i təqaüd alırdı. Tələbələr təqaüdlərinin artırılmasını, təhsil
sistemində dəyişiklik edilməsini, ölkədə demokratik ənənələrin
bərpa edilməsini də tələb edirdilər. Bütün bu hadisələr ilk dəfə
1968-ci ilin mayın 3-də tələbələrin mitinqində özünü büruzə
verdi. Mitinqə Fransanın ən qocaman universiteti olan
Sarbonna universitetinin tələbələri başladı. Mayın 10-11-də
barrikadalar quruldu. Nəticədə polis işə qarışmalı oldu. Üç
minə qədər tələbənin bu hadisələr zamanı zərər çəkməsi bütün
ölkədə böyük həyəcana səbəb oldu. Mayın 13-də 10 milyon
adamın iştirak etdiyi böyük nümayiş baş verdi. Şarl de Qoll
AFR-də yerləşən 500 min nəfərlik fransız ordusunu ölkəyə
gətirmək qərarına gəldi.
1968-ci ilin mayın 25-də hökumət və həmkarlar ittifaqları
nümayəndələrinin birgə danışığı başlandı. Hökumət göstərdi ki,
bir sıra tələbləri (əmək haqqının artırılması, iş həftəsinin
azadılması, həmkarlar ittifaqlarının azadlığı) yerinə yetirə bilər.
Hökumətin həmkarlar ittifaqlarına güzəştə getməsi nəticəsində
təminatlı əmək haqqı 15% yüksəldi. Əmək haqqının təcili
qaydada ümumi artımı orta hesabla 12%-ə çatdırıldı.
Məzuniyyətlər üç həftəyədək uzadıldı, sahibkarlar həmkarlar
ittifaqlarının hüquqları ilə razılaşmağa söz verdilər. 40 saatlıq
147
iş hətfəsinə keçirildi. Tələbələr üçün təhsil sistemi yaxşılaşdı.
Lakin saziş fəhlələri qane etmədi və onlar tətili davam
etdirdilər. Bu şəraitdə burjuaziya fəhlə sinfini parçalamaq
yolunu tutdu və bütün zəhmətkeşlərin əmək haqqını artırmaq
kimi manevr etdi. 1968-ci ilin sonunda inflyasiya və
qiymətlərin artması ilə əlaqədar sahibkarlar əmək haqqını
azaltmaq istədikdə ölkəni yenidən tətillər bürüdü.
1969-cu ilin aprelin 24-də Şarl de Qoll ölkədə senatın
hüquqlarını genişləndirmək, yerli özünüidarə orqanlarının
hüquqlarını məhdudlaşdırmaqla əlaqədar referendum keçirdi.
Ölkə əhalisinin 52,4%-i bunun əleyhinə olduğunu bildirdi. Belə
olduqda Şarl de Qoll səhəri gün istefa verdiyini və prezident
vəzifəsindən getdiyini bildirdi. 1970-ci ilin sentyabrında o
vəfat etdi. Şarl de Qoll dünya xalqlarının və fransız xalqının
yaddaşında səmimi bir vətənpərvər kimi qaldı.
J.Pompidunun (1969-1974-cü illər) və Valeri Jiskar
D'Estenin (1974-1981-cü illər) prezidentliyi dövründə
Fransanın daxili siyasəti. Şarl de Qollun istefasından sonra
1969-cu ilin iyununda keçirilən prezident seçkilərində «varislik
və dialoq» proqramını irəli sürən J.Pompidu 57,6% səs
toplayaraq qələbə çaldı və ölkənin prezidenti seçildi. O,
hakimiyyətə gəldikdən sonra nüfuzlu qollist qruplarla ittifaq
saxlamaq məcburiyyətində qaldı. O, «Qollsuz qollizm» şüarını
irəli sürdü. Baş nazir Şaban-Delmas oldu. Hökumətin tərkibinə
«müstəqil respublikaçıların nümayəndələrindən V.Jiskar
D`Esten də daxil edildi. Hökumət «yeni cəmiyyət» proqramını
irəli sürdü. Bu proqrama görə sinfi mübarizəni sosial barışıq,
sinfi əməkdaşlıq əvəz etməli idi. Hökumət dövlətin
iqtisadiyyata müdaxiləsini zəiflətdi. Sosial siyasəti daha da
fəallaşdırdı. Vətəndaşların təhsili və məlumatlanmasına xüsusi
diqqət yetirildi. 1968-ci ildə ali təhsillə əlaqədar keçirilən
islahatlar nəticəsində universitetlərin muxtariyyəti və tələbə
özünüidarəsi möhkəmləndirildi. Peşə təhsilinin dövlət
tərəfindən maliyyə bazası gücləndirildi. Sığortanın kate-
148
qoriyaları genişləndirildi. Ailənin müdafiəsi ilə əlaqədar də
dövlət siyasəti fəallaşdı. 1970-ci ildə inflyasiya səviyyəsinə uy-
ğun olaraq minimum əmək haqqının səviyyəsinin hər il indek-
sasiya edilməsi haqqında qanun verildi. Bölgələrin idarəsinin
mərkəzləşməsinin zəiflədilməsi ilə əlaqədar inzibati quruluşun
islahatını həyata keçirmək planlaşdırıldı. Pompidu sənayenin
sürətli inkişafını bütün sosial problemlərin həlli üçün başlıca
vasitə hesab edirdi. Prezidentin razılığı ilə ilin sonunda radikal
maliyyə islahatına başlanıldı. Bu xarici ticarətin canlanmasına
səbəb oldu. Hökumət sənaye və ərzaq məhsullarının
qiymətlərinin artımını məhdudlaşdıran bir sıra tədbirlər gördü.
Sənayenin daha da modernləşdirilməsi layihəsi reallaşmağa
başladı. Nəticədə sənaye məhsulu istehsalı 1969-1973-cü
illərdə 5,7%, əsas kapitalın artımı 4,9%, əmək məhsuldarlığı
5,2% artdı. «İqtisadiyyatın qızışması» əlamətləri görünməyə
başladı. Lakin bu dövrdə digər Qərb ölkələri kimi Fransada da
istehsalın sənaye sisteminin quruluşunda böhran təzahürləri
özünü göstərməyə başldaı.
J.Pompidu öz siyasi vəziyyətini möhkəmləndirmək üçün
ilk növbədə qollist hərəkatın radikal təmizlənməsinə başladı.
Hökumətdə və partiyada qollistlərin gənc nəslinin (onlar «gənc
canavarlar» adlanırdı) nümayəndələri yerləşdirildi. Bu qrupun
nümayəndələrinin lideri J.Şirak idi, Pompidu ona öz varisi kimi
baxırdı. 1972-ci ildə Şaban-Dalmas baş nazir kürsüsündən
getdi. Onu Pyer Mesmer əvəz etdi. O əslində deqolçu «əməklə
kapitalın assosiyasıyası» konsepsiyasından imtina etmək istədi.
Seçicilərin maddi marağını gücləndirməyin vacibliyini hiss
edən Pompidu «dəqiq iştirak» ideyasını irəli sürdü. Onun
mahiyyətini işçinin əməyinin nəticəsinə görə qiymətləndirmək
təşkil edildi. İşçilərin maddi marağını gücləndirməyin
vacibliyini hiss edən Pompidu 1973-cü ilin yanvarında
«Fəhlələrin səhmləşdirilməsi haqqında» qanunun verilməsinə
nail oldu. Dövlət müəssisələri öz işçilərinə səhmlərini satmalı
idi.
149
1972-ci il parlament seçkilərindən əvvəl digər siyasi
Dostları ilə paylaş: |