partiyası Mərkəz sosial-demokrat və radikallar bir federasiyada
birləşdilər və özlərini «Fransa demokratiyası naminə ittifaq»
partiyası adlandırdılar.
XX əsrin 70-ci illərində Fransanın xarici siyasəti. Bu
dövrdə Fransanın xarici siyasətində iki istiqamət əsas yer
tuturdu. Bunlardan biri beynəlxalq münasibətlərin
potensialından istifadə edərək ölkənin iqtisadi inkişafını
sürətləndirmək, digəri isə «Böyük Fransa» konsepsiyasından əl
çəkərək dövlətlərarası tənzimləmə sistemini ümumdünya
miqyasında möhkəmləndirmək idi. Burada başlıca məqsəd
Qərbi Avropa ilə inteqrasiya prosesini gücləndirmək idi. Məhz
Fransa prezidentinin şəxsi nüfuzu əsasında AİB-də geniş
miqyaslı maliyyə islahatları aparıldı, 1979-cu ildə ilk dəfə
Avropa parlamentinə birbaşa seçkilər keçirilməyə başladı.
Birliyin rəhbər orqanı kimi dövlət və hökumət səviyyəsində
Avropada Fransanın statusu tam möhkəmləndi. Fransa NATO
ilə hərbi əməkdaşlığın milli silahlı qüvvələrin muxtariyyəti
152
şəraitində tərəfdarı idi. Baş ştabın rəisi H.Meri 1976-cı ildə
Fransanın yeni hərbi doktrinasını işləyib hazırladı ki, bu da
«toxunulmaz əraziləri yeniləşdirmək» ideyasına əsaslanırdı.
Əvvəlki dövrlərdən fərqli olaraq adi silahların istehsalına daha
çox yer verilməyə başladı. Fransanın NATO-da əməkdaşlığının
artması Fransa-ABŞ münasibətlərindəki gərginliyi bir qədər
azaltdı. Fransa 1975-ci ildə «Yeddilər qrupu»nun üzvü oldu.
SSRİ ilə münasibətlər yenə də müsbət məcrada inkişaf edirdi.
Bu dövrdə Fransanın üçüncü dünya ölkələrinə münasibətində
nəzərə çarpacaq irəliləyiş müşahidə olunurdu. Bu siyasət
«Fyermandizm» adını aldı. O, Yaxın Şərqdə ərəb-İsrail
münaqişəsində ərəb xalqını müdafiə etdi. Çin, İran, Hind-Çin,
Malayziya, Filippin, Sinqapurla münasibətlər möhkəmləndi.
Fransanın xarici siyasətində Afrika ölkələri xüsusi yer tuturdu.
70-ci illərdə Fransa dünyada silah satışında ikinci yeri tuturdu
ki, onun da əsas hissəsi «Qara kontinentə» satılırdı. «Şimal-
Cənub» sistemi üzrə diplomatik məsləhətləşmələr seriyasında
Fransa təşkilatçı oldu. Şimali və Ekvatorial Afrikada Fransa
fəal surətdə «Frankofonizm» siyasəti aparırdı. Bu siyasət
nəticəsində fransız dili işlədilən ölkələrə mədəniyyət və təhsil
sistemi sahəsində geniş miqyasda humanitar kömək
göstərilirdi.
Fransa Fransua Mitteranın (1981-1995) və Jak
Şirakın (1995-2007) prezidentliyi dövründə. 1981-ci ilin
aprel-may aylarında keçirilən prezident seçkilərində dörd
namizəd irəli sürülsə də, Fransa sosialist partiyasının lideri
Fransua Mitteran Kommunist partiyasının lideri Jorj Marşeyə,
«Fransa demokratiyası naminə ittifaq» partiyasının lideri Jiskar
D`Estenə, «Yeni respublikanı müdafiə birliyi» partiyasının
lideri J.Şiraka qalib gələrək 15,7 milyon (51,8%) səs topladı və
prezident vəzifəsini tutdu. Parlament seçkilərində də sollar
qalib gələrək Pyer Moruanın başçılığı altında hökumət təşkil
etdilər. Sosialistlər təkpartiyalı hökumət təşkil etmək imkanına
malik olsalar da, Mitteran kommunistlərə onun siyasi kursunu
153
müdafiə etmək şərtilə hökumətin tərkibinə daxil olmağı təklif
etdi. FKP bununla razılaşdı, ancaq ikinci dərəcəli rolla
kifayətlənməli oldu. Onlar 44 nazir vəzifəsindən 4-nü tutdular.
Beləliklə sol partiyalar hakimiyyətə gəldilər və hələ 1972-ci
ilin iyununda birlikdə imzaladıqları proqramı həyata keçirməyə
başladılar.
Yeni hökumətin fəaliyyətinin birinci ili zəhmətkeşlərin
xeyrinə olan bir sıra islahatlarla əlamətdar idi. Sənayedə dövlət
bölməsi 18%-dən 32%-ə qalxdı. 36 bankın milliləşdirilməsi
nəticəsində bankın verdiyi kreditin 75%-nə dövlət nəzarət
etməyə başladı. 9 iri sənaye inhisar qrupu - metallurgiya,
elektronika, kimya, təyyarəqayırma, hərbi sənaye və s. sahələr
milliləşdirildi.
Senzura ləğv edildi. Dövlət təhlükəsizliyi məhkəməsi
fəaliyyətini dayandırdı. Xarici vətəndaşların statusu
möhkəmləndirildi. 9 May və 8 Mart qeyri-iş günü hesab edildi.
İlk dəfə Fransua Mitteranın dövründə Fransada ölüm cəzası
ləğv edildi. İş həftəsi 39 saata endirildi. Pulu ödənilən
məzuniyyətin müddəti 5 həftəyə qədər uzadıldı. Əmək haqqı
10% artırıldı. Təqaüd və az təminatlı ailələrə verilən müavinat
25% yüksəldi. Ümumdövlət orqanlarının səlahiyyətlərinin
azadılması yolu ilə bələdiyyə idarələrinin hüquqlarının
genişləndirilməsi proqramı həyata keçirilməyə başlandı. Bunlar
1936-1937-ci illərdə Xalq Cəbhəsi dövründən sonra olan ən
böyük islahatlar idi. Bir sözlə, F.Mitteranın prezidentliyinin ilk
illərində Fransada əsil firavanlıq dövləti yarandı.
Lakin inhisarların təzyiqi və 1980-1982-ci illərin iqtisadi
böhranının təsiri altında hökumətin siyasi xətti bir qədər
mühafizəkarlaşdı. Çünki tezliklə aydın oldu ki, xərclər artır,
büdcənin kəsiri dəhşətli miqyas alır. Hökumət islahatları
saxladı və «sərt iqtisadi siyasət» elan etdi. Vergilər və
qiymətlər artırıldı, bir sıra müəssisələr bağlanıldı. Əhalinin
alıcılıq qabiliyyəti aşağı düşdü, işsizlik yenidən artdı.
Milliləşdirilmə dayandırıldı. 1983-cü ildə vergiləri artırmaq
154
yolu ilə «iqtisadiyyatın sağlamlaşdırılması» proqramı qəbul
edildi. Lakin inhisarların mənfəəti və onların başqa ölkələrə
güclü kapital ixracı məhdudlaşdırılmadı. Xüsusi təşəbbüsə
daha çox üstünlük verilməyə başlandı. Bütün bunlar hökumət
daxilində ixtilaf törətdi. 80-ci illərdə irqi və milli ziddiyyətlərin
də təzahürü gücləndi. 1972-ci ildə yaradılmış Le Penin başçılıq
etdiyi «Milli Cəbhə» (MC) ziddiyyətləri daha da qızışdırırdı.
Onlar «Fransa fransızlar üçündür» şüarı altında gəlmələrin
qovulmasını tələb edirdilər.
1984-cü ilin yayında gənc texnokrat Loran Fabius baş
nazir təyin olundu. Onun qeyri-populyar və daha sərt iqtisadi
siyasət yeridəcəyini güman edən kommunistlər hökumətin
tərkibində iştirak etməkdən imtina etdilər. Beləliklə, sol
qüvvələrin hökumətində kommunistlərin iştirakı cəmi 3 il
davam etdi. Bu, bir tərəfdən, sol koalisiyanın böyük
imkanlarını, digər tərəfdən onun təcrübəsizliyini, sosialistlərlə
kommunistlər arasında müəyyən fikir ayrılığının mövcud
olduğunu üzə çıxartdı. Təcrübə habelə həddindən çox
milliləşdirmənin səmərəsizliyini də göstərdi.
1986-cı ilin mart ayında keçirilmiş seçkilərdə sağ
təmayüllü partiyalar qələbə çaldılar. Başda J.Şirak
(Respublikanın müdafiə birliyi partiyası) olmaqla yeni
hökumət təşkil edildi. Sol prezidentlə sağ hökumətin qeyri-adi
«yanaşı yaşaması» başlandı. J.Şirak prezident-sosialist
F.Mitteranın ziddinə gedərək sənaye müəssisələrinin öz əvvəlki
sahiblərinə qaytarmağa və zəhmətkeşlərin hüquqlarına hücum
etməyə başladı. İri kapitala qoyulan vergilər ləğv edildi,
immiqrasiya məhdudlaşdırıldı. Biznesin dövlət tənzimlənməsi
zəiflədildi, bütün qüvvələr inflyasiya ilə mübarizəyə yönəldildi.
İşsizliyin daha da artmasına gətirib çıxaran bu tədbirlər xalq
kütlələrini J.Şirak hökumətindən narazı saldı. Hökumət ölkənin
xarici siyasətində amerikapərəst istiqaməti gücləndirdi. Bütün
bunlar ölkədə Mitteran tərəfə yenidən dönüşə səbəb oldu.
155
1988-ci ilin mayında prezident seçkilərində bütün əsas
Dostları ilə paylaş: |