partiyası yaradıldı. Onun rəhbəri keçmiş daxili işlər naziri
Nikola Sarkozi oldu. 2005-ci ilin mayın 29-da Avropa
konstitusiyası ilə əlaqədar keçirilən referendumda əhalinin
55%-i «yox» cavabını verdi. Bu fransızların faktiki olaraq
Raffarenin siyasətini bəyənmədiklərini nümayiş etdirməsi,
işsizliyin yüksək səviyyəyə qalxmasına və iqitsadi artımın
zəifləməsinə etirazı demək idi. 2005-ci ilin iyununda J.Şirak
Raffaren hökumətini buraxdı və Dominika de Vilpenin
başçılığı altında yeni hökumət təşkil etdi.
2005-ci ilin oktyabrında Fransa iki həftə ağır sosial-
iqitsadi böhran yaşadı. Ölkənin 40 şəhərində komendant saatı
elan edildi. Özbaşınalıqla mübarizə üçün 12 min polis və
160
jandarmdan istifadə edildi. Hökumət problemi yumşaltmaq
üçün bir sıra proqramlar hazırladı. İlk növbədə yeniyetmələri
işlə təmin etmək nəzərdə tutuldu. «Birinci iş kontraktı
haqqında qanun» ölkədə 12 həftə davam edən tətil və
nümayişlərə səbəb oldu. Baş nazirin nüfuzu düşdü.
2007-ci ilin fevralında parlament üç yeni konstitusiya
qanununu bəyəndi. Bunlar prezidentin cinayət statusunda
dəyişikliklər, ölüm cəzasının qadağan edilməsinin
konstitusiyada öz əksini tapması və Fransanın dənizarxası
ərazisi olan Yeni Kaledoniyada seçkilər haqqında idi. 1958-ci
il Konstitusiyasına 22 dəyişiklik edildi. Birinci qanuna əsasən
parlament prezidenti 2/3 səslə, vəzifəsindən kənarlaşdıra
bilərdi.
F.Mitteranın və J.Şirakın prezidentliyi dövründə
Fransanın xarici siyasəti. Mitteran hakimiyyətə gəldikdən
sonra Fransanın vəziyyətini Qərb blokunda və ABŞ-la
münasibətdə möhkəmləndirməyə çalışdı. NATO ilə əməkdaşlıq
genişləndi. 1982-1983-cü illərdə «Müasir kompüter
texnologiyasının mübadiləsi» sahəsində əməkdaşlıq haqqında
ABŞ-la saziş bağlandı. Fransa Avropada ABŞ-ın orta mənzilli
raketlərinin yerləşdirilməsini müdafiə etdi. Fransa Baş Ştatının
rəisi J.Jakaz tərəfindən 1983-cü ildə yeni «hərbi doktrina»
işlənib hazırlandı ki, bu doktrinaya görə qollist «milli
təhlükəsizlik» ideyasından imtina edilir, əvəzində «Şimali
Atlantika ittifaqı və Avropanın müdafiəsi» sistemi ön plana
çəkilirdi. Bu doktrinada NATO-ya məxsus olan «qlobal
tənzimləmə» strategiyası öz əksini tapmışdı. Uzun illər
keçdikdən sonra 1983-cü ildə Parisdə NATO Şurasının növbəti
sessiyası keçirildi. Fransa SSRİ-yə qarşı sərt mövqe tutaraq
Əfqanıstandan onun öz qoşunlarını geri çağırmasını, Polşada
hərbi vəziyyətin təxirə salmasını, Şərqi Avropada yerləşən
silahlı qüvvələrinin ixtisarını tələb etdi.
161
NATO istiqamətli siyasət Fransaya xeyir gətirmədi. O
«yeddilər qrupu»nda ikinci eşalonda yerləşirdi. NATO ilə
yaxınlıq Fransanın manevr və təşəbbüsdə müstəqilliyinin
itirilməsinə səbəb oldu. Bu siyasət Fransanın üçüncü dünya
ölkələrindəki mövqeyinə də mənfi təsir etdi.
Fransa 1981-ci ildə Afrika dövlət başçılarının iştirakı ilə
xüsusi konfrans keçirdi. Burada əsas məsələ Afrika
kontinentinin inkişafında Fransanın rolunu artırmaq idi.
Fransanın Yaxın Şərqdəki siyasəti də məğlubiyyətə uğradı.
Fransa İsrailə qarşı dostluq münasibətini nümayiş etdirdi.
1983-cü ildə ABŞ-ın təkidi ilə Fransanın Livana sülhməramlı
qoşun kontingentini göndərməsi uğursuz oldu. Fransız
diplomatiyası Asiya-Sakit okean regionunda da ciddi səhvələrə
yol verdi. Fransanın Vyetnam və Kampuçiyaya qarşı sərt
mövqeyi bu ölkələrin SSRİ ilə münasibətlərinin daha da
möhkəmlənməsinə səbəb oldu. Jiskar D`Esten göstərirdi ki,
Mitteranın səhvlərinin əsas səbəbi onun «Şarl de Qollun
Fransanı çatdırdığı böyük dövlət səviyyəsindən uzaqlaşması
idi».
1984-cü ildən Mitteran xarici siyasətə özü şəxsən nəzarət
etməyə başladı. 1984-cü ildə o, Suriya ilə danışıqlara başladı
və İsraili müdafiə etməkdən əl çəkdi. Fransa öz qoşunlarını
Çaddan çıxartdı. Livandan da qoşun kontingentini geri çağırdı.
SSRİ ilə münasibətlər yenidən normallaşdırıldı.
Fransa M.Qorbaçovun «yeni siyasi təfəkkür tərzi»
konsepsiyasına və Avropa-Amerika dialoquna tərəfdar çıxdı
Mitteran Avropa inteqrasiyasına xüsusi diqqət yetirdi.
AİB çərçivəsində Fransanın təşəbbüsü ilə «Evrika»,
«ESPD», «FACT» adlı texnoloji tədqiqatlar proqramı qəbul
edildi. 1986-cı ildə Fransa və AFR-in yaxından iştirakı ilə
Avropa ittifaqı yaratmaq konsepsiyasının hazırlanması mühüm
hadisə oldu. «Vahid Avropa aktı» qəbul edildi. 1986-cı ildə
RMB-nin lideri R.J.Şirak baş nazir olduqdan sonra da Mitteran
qətiyyətli, lakin qarşıdurmasız öz xəttini yeritməyə başladı.
162
1986-1987-ci ildə «Bonn-Paris» oxunu möhkəmləndirməyə
xüsusi diqqət yetirildi ki, bundan da məqsəd vahid Avropanın
siyasi müdafiəsini təşkil etmək idi. Ərəb dünyasında
Mitteranın nüfuzunu artıran əsas amillərdən biri Fransa
ərazisindən Livanı bombalamaq üçün ABŞ təyyarələrinin
uçmasının qadağan edilməsi haqqında onun qərarı idi.
Bununla belə, J.Şirakın baş nazir olması xarici siyasətə
də öz təsirini göstərdi. Belə ki, Fransa 1986-cı ilin yazında
Çada qarşı yenidən hərbi aksiyaya başladı. 1987-ci ildə İranla
münasibətlər pisləşdi. Liviya böhranı zamanı ABŞ-la başlanan
«ticarət müharibəsini» nizama salmaq üçün Şirak hökuməti
ABŞ-la danışıqlara başladı. Bütün bunlara cavab olaraq
Mitteran Anlantika kursuna yenidən baxılması məsələsini açıq
şəkildə elan etdi.
80-90-cı illərin hüdudunda Fransa diplomatiyası bir sıra
yeni problemlərlə qarşılaşdı. SSRİ-nin və dünya sosializm
sisteminin dağılması Fransanın xarici siyasətinə də öz təsirini
göstərdi.
Bu hadisələr Parisdə birmənalı qarşılanmadı. Fransa
demokratiyanı müdafiə etməklə yanaşı, bildirdi ki, o
separatizm və millətçiliyin istənilən təzahürünün əlehinədir.
Məhz bu baxımdan Fransa diplomatiyası SSRİ-də Qorbaçovun
rəhbərliyini müdafiə etməklə yanaşı, Yeltsinin Rusiyada
hakimiyyətə gəlməsini də sakitliklə qarşıladı. Oxşar mövqeni
Fransa Yuqoslaviyanın dezinteqrasiyası (tərkibdən hissələrin
ayrılması) zamanı da göstərdi.
Fransa yenə də Afrika regionunda öz nüfuzunu
saxlamağa çalışırdı. Fransanın dünya ölkələrinə bütövlükdə
etdiyi köməyin 60%-i məhz Afrika ölkələrinə gedirdi. 1991-ci
ildə İraqla ənənəvi dostluq əlaqələri olmasına baxmayaraq
Fransa İraqa qarşı təşkil edilmiş «Səhrada tufan» əməliyyatında
anti-İraq alyansının tərkibində iştirak etdi.
Hakimiyyətinin son illərində Mitteran daha çox müstəqil
mövqe tutmağa çalışdı. ABŞ-a qarşı münasibətdə bir soyuqluq
163
duyulurdu. Artıq Fransa prezidenti 1991-ci ildə nümayişkarə
sürətdə bildirdi ki, ABŞ-ın keçmiş sosialist ölkələri də daxil
olmaqla, Avropanın problemlərinin həllinə qarışmasının
əleyhinədir.
1992-ci ildə Fransa və ABŞ sərt «ticarət müharibəsi»
vəziyyəti ilə qarşılaşdılar. Antiamerikan əhval-ruhiyyəsində
olan Fransa hökuməti 1992-ci ildə bildirdi ki, Aİ ilə ABŞ
arasında bağlanacaq Avropanın iqtisadi maraqları əlehinə olan
hər hansı bir müqaviləyə «veto» qoyulacaqdır. 1992-ci ildə
Fransa ilə Kuba arasında münasibətlərin simvolikliyi aradan
qalxdı, konstruktiv xarakter aldı. Fransa ABŞ-ın «məhvedici
təsiretmə» doktrinasını və NATO-nun Şərqə doğru
genişlənməsi xəttini qəti tənqid etdi. Beləliklə, əsas parametrlər
üzrə Fransanın hərbi-siyasi strategiyası Şarl de Qollun qoyduğu
ənənələrə yenidən qayıtmış oldu. Avropa istiqaməti Mitteran
üçün prioritet olaraq qaldı. Məhz Avropanın inteqrasiyası
prosesində Fransa dünya dövləti statusunu qoruyub saxlamağa
bacardı.
Mitteran Avropa İttifaqının formalaşmasında, Avropa
İttifaqının sazişlərinin imzalanmasında mühüm xidmət
göstərdi. Çünki Fransanın siyasi elitası və cəmiyyəti
inteqrasiyanın dərinləşməsi məsələsində maraqlı idi. Rokar
hökuməti 1990-cı il yanvarında Lüksemburqun Şengen
şəhərində Şengen sazişlərini imzaladı. Bu sazişlərə görə 1992-
ci ildən başlayaraq «Ümumi bazar ölkələrinin vətəndaşları bir-
birinə vizasız və gömrük nəzarəti olmadan səfər edə bilərdilər.
Maastrix müqaviləsinə qarşı RMB-dən etatistlər, Şevenman
qrupundan sol sosialistlər, bir çox kommunistlər və lepençilər
çıxdılar. Lakin 1992-ci ilin sentyabrında Fransada keçirilən
ümumxalq referendumunda əhalinin 51%-i Maastrix müqavilə-
sinə tərəfdar olduğunu bildirdi. «Vətənlərimizin Avropası»
prinsipinin yerini «Avropa vətənimizdir» prinsipi tutdu.
90-cı illərin ortalarında Fransada siyasi rəhbərliyin
dəyişməsi xarici siyasət kursunda da müəyyən dəyişikliklərə
164
səbəb oldu. Şirakın ilk addımlarından biri atom silahının
sınaqdan keçirilməsi üzərində qoyulan morotoriumu götürməsi
oldu. Fransa NATO-nun hərbi strukturuna fəal sürətdə
inteqrasiyanı canlandırdı. Lakin prezident seçkilərində
qələbədən sonra Şirak Atlantika xəttindən imtina etdi. Fransa
ABŞ-ın dünya hegemonluğuna çalışmasına qarşı çıxdı və
Avropanın təhlükəsizliyini ön plana çəkdi. 1997-ci ildə Fransa
Almaniyanın seperat Avropa hərbi sistemi yaratmaq təklifini
müdafiə etdi. Fransa-ABŞ ziddiyyətləri 1998-ci il Yuqoslaviya
münaqişələri zamanı özünü bütün dərinliyi ilə göstərdi. Fransa
NATO-nun Serbiyadakı hərbi əməliyyatlarına qarşı çıxış etdi.
Şirak öz sələflərinin Avropanın inteqrasiyası
məsələsindəki xəttini daha güclü şəkildə davam etdirdi. Bu
dövrdə Böyük Britaniya ilə əməkdaşlıq xeyli gücləndi, AFR-ə
münasibətdə bir qədər soyuqluq yarandı. Fransa 90-cı illərin
ikinci yarısında Şərqi Avropa ölkələrində də öz mövqeyini
möhkəmləndirdi. İqtisadi diplomatiyada o daha çox fəallıq
göstərdi. Təkcə 1996-cı ildə o, 15-dən çox rəsmi səfər etdi ki,
bundan əsas məqsəd iqtisadi əməkdaşlığı gücləndirmək idi.
Bunların içərisində Yaponiya ilə münasibətlərin yaxşı-
laşdırılması xüsusi əhəmiyyət kəsb edirdi. Mətbuat onu «bir
nömrəli kommivoyajera» adlandırırdı.
1997-1998-ci illərdə Fransa ilə ərəb ölkələri arasında da
əlaqələr xeyli dərəcədə fəallaşdı. Fransanın İsraillə mü-
nasibətləri xeyli pisləşdi. Rusiya və Cənubi Qafqaz ölkələri ilə
münasibətlərdə bir fəallıq hiss edilməyə başladı. Lakin
Çeçenistan müharibəsi Fransanın Rusiyaya münasibətində
kəskin dəyişikliyə səbəb oldu. 1999-cu ilin noyabrında ATƏT-
in İstanbul sammitində məhz Fransa Rusiya haqqında sərt
qətnamənin qəbul edilməsinin təşəbbüsçüsü kimi çıxış etdi.
Ancaq Rusiya prezidenti V.Putinin 2000-ci il oktyabrında
Parisə səfərindən sonra Rusiya-Fransa münasibətlərinin
yaxşılaşdırması əlamətləri özünü təzahür etdirdi.
165
Fransa XXI əsrə siyasi sabitliyin və iqtisadi yüksəlişin
təmin edildiyi bir şəraitdə daxil oldu. XXI əsrin əvvəlində
Fransa senatı Fransanın xarici siyasətində tarazlıq əsas
götürülürdü. Bununla belə o, 2001-ci ilin əvvəlində uydurma
«erməni genosidi»ni tanıdı. Bu isə Türkiyə ilə münasibətlərin
pisləşməsinə səbəb oldu. Bununla bərabər Fransa 2003-cü ildə
ABŞ-ın İraqa qarşı müdaxiləsinə qarşı çıxdı və bildirdi ki, bu
dünyada terrorizm dalğasının daha da güclənməsinə səbəb ola
bilər.
Fransa Nikola Sarkazinin prezidentliyi dövründə.
2007-ci ilin aprelin 22-si və mayın 6-da keçirilən prezident
seçkilərinin I və II turunda Xalq hərəkatı uğrunda mübarizə
Dostları ilə paylaş: |