partiyasının başçısı vəzifəsindən istefa verdi. Harold Vilsonu
Corc Kallagen əvəz etdi. Corc Kallagen 1979-cu ilə qədər bu
vəzifədə qaldı. Kallagenin baş nazir olduğu dövrdə «büdcə
iqtisadiyyatı» siyasətinə keçildi.
70-ci illərin ikinci yarısında İngiltərə tədricən böhrandan
çıxmağa başladı. 1977-ci ildə ölkənin maliyyə vəziyyəti bir
qədər yaxşılaşdı. 1978-ci ildə ölkədə sənaye məhsulu istehsalı
1973-cü il səviyyəsinə çatdı. 70-ci illərin sonunda ölkədə
yenidən iqtisadi çətinliklər başlandı. Poladəritmə,
avtomobilqayırmada sənaye məhsulları istehsalı sürətlə aşağı
183
düşdü. Bunun əksinə olaraq Şimal dənizində neft və qaz
çıxarılması inkişaf etdi. 1979-cu ildə Böyük Britaniyada 75
milyon ton neft çıxarıldı ki, bu da onun tələbatını tamamilə
ödəyirdi.
Bu dövrdə ölkənin siyasi həyatında sabitlik xeyli
pozuldu. Hökumət Olster, Şotlandiya, Uels problemini həll edə
bilmədi. Şimali İrlandiyada vəziyyət kəskinləşdi. 1978-ci ilin
yanvarında Avropa məhkəməsi Strasburqda İrlandiyanın
məsələsinə baxdı. Təqibin güclənməsi nəticəsində minlərlə
adam Şimali İrlandiyanı tərk etməyə məcbur oldu.
İngiltərənin siyasi həyatında 70-ci illərin sonunda sağ,
irticaçı qanad da gücləndi. 15 min üzvü olan «Milli cəbhə»
faşist irqçi təşkilatı öz fəaliyyətini genişləndirdi. Onlar «Qara
və rəngli dərililər İngiltərədən rədd olun!» şüarını irəli
sürdülər. Bu şüar 2 milyon «rəngli» adama qarşı çevrilmişdi.
1977-ci ilin avqustun 13-də irqçilər Londonun cənub-şərq
küçələrində yürüş təşkil etdilər. Toqquşma nəticəsində 100
nəfər öldü, 200 həbs edildi. Buna cavab olaraq 100 həmkarlar
təşkilatı «Antimilli liqa» təşkil etdilər.
İngiltərə NATO-da öz fəaliyyətini genişləndirdi. Orta
mənzilli raketlərin Avropada yerləşdirilməsini və NATO-nun
xərclərinin 3% artırılmasını dəstəklədi. Eyni zamanda İngiltərə
Helsinki müşavirəsində iştirak etdi və onun Yekun altına imza
atdı. «Yeddilər qrupu»nun üzvü oldu. 1975-ci ilin fevralında
İngiltərə, SSRİ və ABŞ arasında nüvə silahını genişləndirmə-
mək haqqında saziş bağlandı. Bundan sonra Sovet-İngiltərə
münasibətləri xeyli canlandı. İngiltərə Yaxın Şərq məsələsində
ABŞ və İsraili müdafiə etdi. 70-ci illərin sonunda ABŞ kimi
İngiltərə də beynəlxalq gərginliyin zəifləməsi xəttindən yan
keçməyə başladı.
Böyük Britaniya Marqaret Tetçerin «yeni
mühafizəkarlar» hökuməti dövründə (1979-1990-cı illər).
70-ci illərin sonlarında dünyanın qabaqcıl ölkələrinin
əksəriyyətində sağların hakimiyyətə gəlməsi İngiltərədə də öz
184
əksini tapdı. 1979-cu ilin mayın 4-də keçirilən parlament
seçkilərində nümayəndələr palatasından olan 650 yerdən 390-
nı mühafizəkarlar tutdu. Seçicilərin 13 milyondan çoxu
mühafizəkarlara, 11 milyondan bir qədər çoxu isə leyboristlərə
səs verdilər. 1959-cu ildən İngiltərə parlamentinin üzvü, 1975-
ci ildə mühafizəkarlar partiyasının lideri, əvvəlki hökumətin
dövründə təhsil naziri işləmiş və hələ o dövrdə sosial xərclərin
azadılması təklifi ilə parlamentdə məsələ qaldırmış Marqaret
Tetçer baş nazir kürsüsündə əyləşdi.
Tetçer hökuməti iqtisadi və sosial sahədə fövqəladə
çətinliklərlə üzləşməli oldu. «Neft şoku» ağır nəticələr verdi.
1979-cu ildə İranda şah rejiminin devrilməsi və İran-İraq
müharibəsinin başlanması ilə OPEK ölkələri dünya bazarında
neftin qiymətini iki dəfə qaldırdılar. 1980-ci ildə Avropa
ölkələrini yeni böhran dalğası bürüdü ki, bu özünü İngiltərədə
daha ağır göstərdi. Böyük Britaniya hətta 1929-1933-cü illərdə
də belə bir böhranla üzləşməmişdi. Ölkədə ümumi sənaye
məhsulu istehsalı 12%, emal sənayesi 16%, yüngül sənaye
27%-ə qədər aşağı düşdü. İnflyasiya və işsizlik artdı. 1980-
1981-ci illərdə işsizlərin sayı 1,5 milyondan 3,3 milyona çatdı.
Buna baxmayaraq Tetçer hökuməti iqtisadiyyatın struktur
islahatından əl çəkmədi. Hökumət ilk növbədə inflyasiyanın
sürətini aşağı salmaq siyasəti yeritdi. «Qiymətli kredit»
siyasətinə keçirildi. Böyük gəlirlərdən tutulan vergilər 3,5
mlrd. funt-sterlinq ixtisar edildi, büdcəyə gələn dolayı
vergilərin çəkisi 1979-cu ildəki 34%-dən 1981-ci ildə 39%-ə
qalxdı.
Tetçer öz daxili siyasətini «yeni mühafizəkar inqilab»
adlandırdı. Dövlət kommunal və yol təsərrüfatı, mədəniyyət,
maarifə çəkilən dövlət xərclərinin böyük miqyasda ixtisarına
başladı. 1980-1981-ci illərdə onlara büdcədən çəkilən xərclər 4
milyard funt-sterlinq azadıldı. Eyni vaxtda dövlət aparatının
tərkibinin və onların saxlanılması xərclərinin azaldılması
başlandı. 1982-ci ilə qədər hökumətin tərkibindəki bütün sahə
185
nazirlikləri ləğv edildi. Tetçerin apardığı siyasət artıq 1982-ci
ildə öz nəticələrini verdi. Tetçer inflyasiyaya qarşı mübarizəni
özünün ən şərəfli vəzifəsi hesab edirdi. M.Tetçer bu xətti
tutmuşdu ki, İngiltərə güclü orduya və donanmaya malik
olmalı, özünün nüvə silahını təkmilləşdirməlidir. Tetçer
hökuməti milliləşdirilmiş iqtisadiyyat şöbələrinin ziyanla
işlədiyini əsaslandıraraq sistematik özəlləşdirilməsi xəttini
yeritməyə başladı.
Neft, kimya, aviasiya, gəmiqayırma, nəqliyyat və digər
sənaye sahələrinin xüsusi mülkiyyətə çevrilməsi prosesində
dövlət müəssisələrinin 2/3 hissəsi iştirak etdi. 21 dövlət
kampaniyası özəlləşdirildi. 1984-1987-ci illərdə sənaye,
nəqliyyat, kommersiya strukturlarının 1/3-i özəlləşdirildi.
Daxili məhsul istehsalında dövlət bölməsinin payı 10%-dan
6,5%-ə endi. Tetçer hökuməti milliləşdirilmiş dövlət
müəssisələrinə dövlət yardımını kəskin surətdə azaltdı. Dövlət
bölməsinin ixtisarı nəticəsində bu sahəyə kapital qoyuluşu
50%-dən 25%-ə endi. İqtisadi proseslərin liberallaşdırılması
xətti yeridildi. Bələdiyyə idarələrinin bir milyondan artıq
mənzili satıldı. 1975-ci ildə Şimal dənizində neft yataqlarının
kəşf edilməsi və 1979-cu ildə neft hasil edilməsi ölkənin
gələcək inkişafının stimullarından biri oldu. Tetçerin siyasi
iradəsi və təşkilatçılıq bacarığı öz işini gördü. 1982-1987-ci
illərdə İngiltərə inkişaf sürətinə görə Avropa ölkələrinin
hamısını ötüb keçdi. Dünyada beşinci yeri tutdu. «İngilis
xəstəliyi», işsizlik, infilyasiya arxada qaldı. Britaniya
sənayesinin rəqabət qabiliyyətini möhkəmləndirmək üçün
hökumət ETİ-nin nailiyyətləri əsasında onun tamamilə yenidən
təchiz edilməsi üçün böyük vəsait ayırdı, yeni sahələri inkişaf
etdirən və əmək məhsuldarlığının artmasını stimullaşdıran
sahibkarları həvəsləndirdi və bu öz nəticəsini verdi. Tetçer
İngiltərənin keçmiş şöhrətini özünə qaytardı. İngiltərə artıq
«Avropanın xəstə adamı» kimi tanınmadı. 1980-ci ildə işsizlik
fəal əhalinin 10%-ni əhatə edirdi.
186
Tetçer hökuməti sahibkarlığın hüquqi əsaslarının nizama
salınması üçün xüsusi tədbirlər gördü. 1985-ci ildə
«Kompaniyalar haqqında yeni akt» qəbul edildi. Tetçer xırda
və orta biznesin inkişafına xüsusi diqqət ayırdı. «Yeni
mühafizəkarlar» üçün kiçik biznes-insan amilinin iqtisadi
fəaliyyətdə rolunun artırılması, əməyin fərdiləşməsinin yüksək
dərəcəsi, yaradıcı azadlıq, işçinin özünü təsdiq etməsi demək
idi. Onlar «mülkiyyətçilərin milləti»ni yetişdirməklə təkcə
kiçik biznesin inkişafının iqtisadi səmərəsini deyil, onun
ictimaiyyətin psixologiyasına təsirini də düşünürdülər. 1980-ci
ildən 1987-ci ilə qədər kiçik bizneslə məşğul olanların sayı 1,9
milyondan 3 milyona çatdı. 80-ci illərin sonunda işçilərinin
sayı 20-ə qədər olan müəssisələrin sayı xüsusi bölmənin işçi
qüvvəsinin 35%-ni təşkil edirdi. İrimiqyaslı özəlləşdirmə
əhalinin geniş təbəqələrinə səhm sahibi olmaq imkanı verdi.
80-ci illərin sonunda Böyük Britaniya səhm sahiblərinin sayına
görə ABŞ-dan sonra dünyada ikinci yeri tuturdu.
Mülkiyyətçilər cəmiyyətinin formalaşması mənzil təsərrüfatı,
tibbi xidmət, təhsil islahatları ilə yanaşı gedirdi. Bu isə «ümumi
rifah dövləti»nin demontajı demək idi. Fərdi ev tikintisi
genişləndi, bu sahədə kreditlər ayrıldı, tikinti kompaniyalarına
vergi güzəştləri edildi. Bununla bərabər dövlətdən mənzil
tikintisinə ayrılan vəsait iki dəfə azaldıldı. Standart həyat
tərzindən əl çəkilməyə başlandı. Səhiyyə sahəsində Tetçer Hit
kabinetinin siyasətini davam etdirdi. Təhsil sahəsində hökumət
«təhsil plüralizmi»nin bərpa edilməsi proqramını irəli sürdü.
1980-ci ildə parlament təhsil haqqında qanun qəbul etdi.
Həmin qanun tədris prosesinə validenylərin nəzarət hüququnu
genişləndirirdi. Təsadüfi deyildir ki, 1987-ci il seçkiləri
ərəfəsində hökumət bildirdi ki, son səkkiz ildə o təhsilin,
səhiyyənin ehtiyaclarına əvvəlki hökumətlərdən daha çox
vəsait xərcləmişdi. Tetçer hökumətinin səmərəli fəaliyyətinin
nəticsi olaraq Britaniya iqtisadiyyatının inkişafının bütün
göstəriciləri yaxşılaşmağa başladı. İstehsalın orta inkişaf sürəti
187
80-ci illərdə hər il 3-4% oldu. Xaricə kapital qoyuluşu artdı.
İşsizlik 1987-ci ildəki 9,8%-dən 1989-cu ildə 6,8%-ə düşdü.
80-ci illərin ikinci yarısında əhalinin gəliri ildə 5% artdı. Bu
dövrdə artıq 64% ingilis ailəsinin özünün şəxsi evi, 70%-dən
çoxunun avtomobili var idi. Yarısından çoxu isə öz uşaqlarını
pullu təhsil müəssisələrində oxudurdular. Əhalinin bu təbəqəsi
özünü orta sinif adlandırırdı.
1988-1990-cı ildə özəlləşdirmənin yeni mərhələsi
başlandı. Aerolimanlar, su təhcizatı sistemi və elektro-
energetika özəlləşdirildi. 1988-ci ildə pensiya sistemi yenidən
quruldu.
Şimali İrlandiya hadisələrinə daha sərt münasibət
göstərildi. 1981-ci ildə oraya əlavə hərbi kontingent göndərildi.
Katolik təşkilatlarının fəallarının məhkəmə prosesi başlandı.
Tetçerin hər hansı bir məsələyə prinsipial və sərt
mövqedən yanaşması onun İngiltərədə və bütün dünyada
«dəmir ledi» kimi tanınmasına səbəb oldu. O, hakimiyyətə
aydın proqramla gəlmişdi və onları bir-bir həyata keçirməyə
başladı. Marqaret Tetçer parlamentdə ilk çıxışlarında göstərdi
ki, onun üçün əsas vəzifə İngiltərənin əvvəlki şöhrətini
qaytarmaqdır. Sosial xərclər kəskin şəkildə ixtisar edildi.
Zəhmətkeşlərin əmək haqları artırılmadı. Lakin dövlət xərcləri
hərbi xərclər hesabına artdı. Belə ki, 1979-1980-ci illərdə hərbi
xərclər 9 milyard funt-sterlinqdən 1980-84-cü illərdə 10
milyard funt sterlinqə, 1985/86-cı illərdə isə 18 milyard funt-
sterlinqə çatdı.
Tetçer 1982-ci ilin aprel-iyul aylarında Argentina
yaxınlığında Malvin (Folklend) adalarında baş verən hadisə
zamanı özünün dönməzliyini bir daha nümayiş etdirdi. Malvin
adaları tarixi nöqteyi-nəzərdən Argentinaya məxsus olsa da,
adanın əhalisinin 2 mini ingilislər idi və onlar İngiltərənin
tərəfində idi. Argentinada Xunta hakimiyyətə gəldikdən sonra
adanı işğal etmək qərarına gəldi və oraya qoşun çıxartdı. Bu
hadisə İngiltərədə böyük həyəcana səbəb oldu. 1982-ci ilin
188
aprelində İngiltərə oraya 78 gəmi ilə 22 min nəfərlik qoşun
çıxartdı. Adada ingilis bayrağı dalğalandı. İngiltərə hökuməti
bildirdi ki, Malvin İngiltərənin hərbi bazasıdır və olacaqdır. Bu
hadisə Tetçerə ölkədə və bütün dünyada böyük nüfuz
qazandırdı. 1983-cü ildə Tetçer yeni parlament seçkiləri keçirdi
və qələbə çaldı. O, İngiltərənin NATO-da mövqeyini
gücləndirməyə nail oldu və göstərdi ki, NATO İngiltərəyə
lazım olduğundan daha çox, İngiltərə NATO-ya lazımdır.
Onun dövründə İrlandiyada nisbi sabitlik yarandı.
Fəhlə hərəkatına münasibətdə Tetçer başqa bir mövqe
tutdu. 1979-cu ildə «Piketlər haqqında» verilən qanuna əsasən
piketlər keçirən fəhlələrin ancaq o hissəsi işə bərpa edilə bilərdi
ki, onlar həmkarlar ittifaqının üzvü olsunlar. 1981-ci ildə
«Məşğulluq haqqında» qanun verildi ki, həmin qanun
həmkarlar ittifaqının hüquqlarını məhdudlaşdırdı. 80-ci illərdə
İngiltərədə rəngli əhaliyə münasibət xeyli kəskin xarakter aldı.
1982-ci ildə parlament «İngiltərə vətəndaşlığı» haqqında qanun
qəbul etdi. Qanuna əsasən İngiltərə vətəndaşları üç
kateqoriyaya bölündü:
1.
İngiltərənin öz vətəndaşları
2.
Başqa ölkələrdən gələn ağlar
3.
İmtiyazları xeyli məhdudlaşdırılmış dəriləri rəngli
olanlar
Tetçerin hakimiyyətinin son dövründə hadisələrə
münasibətdə radikallığının artması həm ölkədə, həm də
mühafizəkarlar partiyasınnı öz daxilində ona qarşı müxalifəti
gücləndirdi. Belə ki, onun parlamentdən keçirdiyi 18 yaşdan
yuxarı gəlirlərindən asılı olmayaraq hamıdan vergi alınması
haqqında qanun böyük narazılığa səbəb oldu. Xarici siyasətdə
Tetçer AİB-ə münasibətdə belə hesab edirdi ki, İngiltərənin bu
qurumda iştirakını daha çox genişləndirməyə ehtiyac yoxdur.
Mühafizəkarlar partiyasının digər üzvləri isə belə hesab edirdi
ki, buna zərurət var. Bütün bunlar ona gətirib çıxardı ki, on bir
il yarım hakimiyyətdə olduqdan sonra 1990-cı ilin noyabrında
189
Tetçer baş nazir vəzifəsindən öz siyasi varisi Con Meycorun
xeyrinə istefa verdi.
Tetçerin həyata keçirdiyi tədbirlər sistemi «Tetçerizm»
adı ilə tarixə daxil oldu.
«Tetçerizm»in başlıca müddəaları aşağıdakılardan ibarət
idi:
- inkişaf edən hər cür iqtisadiyyatın hərəkətverici
qüvvəsi sahibkarlıqdır. Dövlətin siyasi kursunun əsasını
«azadlıq, hamı üçün imkan, sahibkarlıq ruhunu müdafiə,
mülkiyyətçilərin demokratiyası» təşkil edir.
- dövlətin iqtisadi həyata müdaxiləsi minimuma endirilir,
o, xüsusi təşəbbüsü heç cür buxovlamamalıdır.
- bütün əmək qabiliyyətli vətəndaşlar özləri özlərini
təmin etməlidirlər. Dövlət və xeyriyyə təşkilatları ancaq əmək
qabiliyyəti olmayan o adamlara yardım göstərir ki, onlar
işləmək imkanından öz günahları üzündən məhrum olmayıblar.
Bu prinsiplərə əsaslanan dövlət sosial proqramlardan imtina
etməli, ya da onları minimuma endirməlidir.
- dövlət defisitsiz, balanslaşdırılmış büdcəyə malik
olmalıdır. Onun mühüm hissəsi əhalinin öz gəlirinə uyğun
surətdə ödədiyi vergilərdən ibarət olur. Qənaət rejiminə və
xərclərin ixtisar edilməsinə ciddi surətdə əməl olunmalıdır.
- həmkarlar ittifaqları başqa adamların mənafeyfinə
toxunmadan zəhmətkeşlərin mənafeyini qanunu vasitələrlə
müdafiə etmək hüququna malikdir. Tətillər cəmiyyətə zərər
vurur, buna görə də bu hüquqlar məhdudlaşdırılmalıdır.
İngiltərə C.Meycorun baş nazir olduğu «yeni
mühafizəkar hökuməti» dövründə (1990-1997-ci illər). Con
Meycor hələ 1989-cu ilin iyulundan xarici işlər naziri olarkən
tanınmışdı. Onun şəxsi nüfuzu yüksək idi və «dəmir ledinin»
stilindən yorulmuş əhali onu rəğbətlə qarşıladı. O hakimiyyətə
gələn kimi «can vergisi»ni təxirə saldı. Vətəndaşlardan
gəlirlərinin səviyyəsinə görə vergi alınmağa başladı. 90-cı
illərin əvvəllərində ölkədə başlıca göstəricilər üzrə inkişaf
190
aşağı düşsə də, hökumət iqtisadi siyasət sahəsində radikal
addımlar atmaqdan çəkindi. Seçkiqabağı kampaniyada o,
Tetçerin inadkar, fəal elektoratı səfərlərlərliyə almaq
taktikasından imtina edərək, cəmiyyətin geniş təbəqələrinin
simpatiyasını qazanmağı üstün tutdu. 1992-ci ilin aprelin 2-də
icma palatasına keçirilən seçkilərdə mühafizəkarlar partiyası
41,9% səs alaraq əksəriyyət qazandı. Mühafizəkarlar partiyası
daxilindəki müxalifəti aradan qaldırmaq üçün Con Meycor ən
sərt metodlara əl atmalı oldu. Siyasi şəraitin sabitləşməsi
ölkənin iqtisadi vəziyyətini də yaxşılaşdırdı. 1992-ci ildə
iqtisadiyyatda canlanma müşahidə edilməyə başladı. 1997-ci
ilə qədər inkişafın dinamikası Avropa İttifaqının digər
ölkələrini ötüb keçdi. Qadınların fəallığı artdı. Onlar 1997-ci
ildə fəhlə və qulluqçuların 47%-ni təşkil edirdilər. Sənaye
bölməsi fasiləsiz artmağa başladı. Sənayedə əmək
məhsuldarlığı ildə 3-4% artdı. Kapital qoyuluşu isə çox az
artdı. Meycor hökuməti kiçik biznesin maraqlarını nəzərə
alaraq 1992-ci ildə «Kiçik biznesin xartiyası» sənədini işləyib
hazırladı. Onlara kredit ayrıldı və vergi güzəştləri edildi
Özəlləşdirmə davam etdirildi. 1994-1995-ci illərdə idxal 4-5%,
ixrac isə 10% artırıldı. Müharibədən sonrakı dövrdə ilk dəfə
olaraq iqtisadi artımın sürəti qiymətlərin artma tempini
qabaqladı. «Sərt iqtisadi qənaət» siyasəti həyata keçirildi.
Böyük Britaniya Aİ-nın «Sosial xartiyası»na qoşulmadı.
Vətəndaş cəmiyyətinin hüququ əsasları möhkəmlən-
dirildi. Hökumət 1992-1993-cü illərdə «Vətəndaş xartiyası» adı
altında «Valideynlərin xarityası», «Pasientlərin xartiyası»,
«Mənzildəki ailə başçılarının xartiyası», «İstehlakçıların
xartiyası», «İş axtaranların xartiyası», «Sərnişinlərin xartiyası»
adlı sənədlər qəbul etdi. 1994-cü ilin sonuna qədər xartiyaların
sayı 40-a çatdı.
Meycorun dövründə regionlaşma siyasəti də xeyli
fəallaşdı. Şotlandiya, Şimali İrlandiya, Uels kimi nisbətən
geridə qalmış rayonların iqtisadi inkişafını stimullaşdırmaq
191
istiqaməti götürüldü. Uelsdə vali dilinin məktəblərdə tədrisinə
icazə verildi. 1994-cü il qanununa əsasən Uelsin inzibati-ərazi
quruluşu möhkəmləndirildi. 1995-ci ilin əvvəllərində İngiltərə
və İrlandiya dövləti arasında Olster problemini həll etmək
üçün birgə saziş imzalandı. Britaniya hökuməti Şimali
İrlandiyaya özünün «daimi əyaləti» kimi baxmaq haqqındakı
qanunvericilik aktına yenidən baxacağına söz verdi.
1997-ci il parlament seçkilərində Şimali İrlandiya,
Şotlandiya və Uelsdə mühafizəkarlar partiyasının nüfuzunun
bir qədər zəifləməsi özünü göstərdi.
XX əsrin 80-ci illəri və 90-cı illərinin birinci yarısında
Böyük Britaniyanın xarici siyasəti. Tetçer hökumətinin xarici
siyasəti Böyük Britaniyanın böyük dövlət kimi dirçəldilməsinə
yönəldilmişdi. Böyük Britaniya Millətlər birliyinə daxil olan
ölkələrdə bu dövrdə vəziyyət yaxşı deyildi. Böyük Britaniya
1979-cu ildə Lusakada olan konfransda Cənubi Pobeziyada
konstitusiya islahatlarının keçirilməsinə təminat verdi. 1980-ci
ildə Zimbabve də müstəqil dövlət kimi Birliyin üzvü oldu.
Tetçer çalışırdı ki, Birlik tədricən çoxtərəfli beynəlxalq
təşkilata çevrilsin, onun fəaliyyəti «xüsusi münasibətlərə» görə
deyil, adi beynəlxalq hüquq normaları əsasında qurulsun. Belə
yanaşma Birliyin 1987-ci il Vankuver bəyannaməsi ilə qəti
şəkildə möhkəmləndirildi. Əsas məqsəd birlikdə Böyük
Britaniyanın mövqeyini gücləndirmək idi. Həmçinin Böyük
Britaniyanın NATO-da mövqeyinin möhkəmləndirilməsi
siyasəti yeridildi.
1983-cü ildə Tetçerin Vaşinqtona səfəri ABŞ və Böyük
Britaniya arasında «xüsusi münasibətlər» olduğunu bir daha
nümayiş etdirdi. 80-ci illərin ikinci yarısında Böyük Britaniya
ABŞ-ın strateji müttəfiqi idi. ABŞ-ın İrana, Əfqanıstana,
Nikaraquaya qarşı sərt münasibəti London tərəfindən müdafiə
edilirdi. 1986-cı ildə ABŞ-ın Liviyaya qarşı hərbi aksiyasını
İngiltərə bəyəndi. Vaşinqtonun «Strateji müdafiə təşəbbüsü»
strategiyasının inkişafında Böyük Britaniya diplomatiyası da
192
iştirak etdi. Antisovet kampaniyaya başlayaraq Moskva
olimpiadasını baykot etdi. Qlobal məsələlərdə ABŞ-İngiltərə
birgə münasibətləri möhkəmləndi. Böyük Britaniya ərazisində
160 ortamənzilli raketin yerləşməsinə icazə verdi. ABŞ-ın
«Traydent» adlı sualtı nüvə qayıqlarının hazırlanmasının
modernizasiyasını müdafiə etdi. SSRİ-də M.Qorbaçovun
hakimiyyətə gəlməsini İngiltərə alqışladı. 1986-1987-ci illərdə
bir sıra məsələlərdə Sovet-Britaniya dialoqu oldu. 1987-ci ildə
M.Tetçer SSRİ-yə rəsmi səfər etdi. Meycorun dövründə də bu
münasibətlər davam etdirildi.
Meycor əvvəl SSRİ-nin dağılmasını separatizm kimi
qiymətləndirdi. 1991-ci ilin yanvarında Latviya və Litvadakı
hadisələrə sərt münasibətini bildirdi. Avropa dövlət
başçılarından birinci olaraq Meycor Moskvada 1991-ci il
avqust qiyamını mühakimə etdi. Rusiyanı SSRİ-nin varisi kimi
tanıdı. 1992-ci ildə Londonda Rusiya ilə Böyük Britaniya
arasında münasibətlərin prinsipləri haqqında müddətsiz
müqavilə bağlandı. 1994-cü ildə kraliçə II Yelezaveta Rusiyaya
rəsmi səfər etdi.
Meycorun dövründə də ABŞ-İngiltərə münasibətləri
birmənalı şəkildə inkişaf etdi. İran körfəzində BMT-nin hərbi
əməliyyatlarında, 1991-ci ildə İraqa qarşı «Səhrada tufan»
əməliyyatında İngiltərə də iştirak etdi. Lakin 1993-cü ildən
İngiltərə-ABŞ münasibətlərində yaxınlıq azalmağa başladı. Bu
özünü Bosniya və Hersoqovina məsələsində bir daha göstərdi.
İngiltərə sülh məramlı qüvvəllərin hərbi əməliyyatda iştirakına
qarşı çıxdı. 1995-ci ildə sülh müqaviləsinin bağlanmasında
İngiltərə vasitəçi kimi çıxış etdi.
Qərbi Avropa ilə inteqrasiya məsələsi İngiltərə xarici
siyasətinin bu dövrdə əsas halqalarından idi. Tetçerdən fərqli
olaraq Meycor Qərbi Avropa ilə inteqrasiyanı möhkəm-
ləndirmək tərəfdarı idi və bu sahədə mühüm addımlar atdı.
Entoni Bleerin «yeni liberalizmi». XX əsrin 90-cı
illərində leyborist hərəkatın yeni ideoloji və siyasi simasının
193
dəyişməsinin fəallaşması davam edirdi. Leyboristlər
Dostları ilə paylaş: |