Microsoft Word s?may?kitab?sas doc


partiyasının lideri N.Kinnok bu dəyişikliyə uyğunlaşmağı



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə23/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının lideri N.Kinnok bu dəyişikliyə uyğunlaşmağı 
bacarmadığına görə istefaya getdi. 1992-ci ildə onu C.Smit 
əvəz etdi və o, islahatçılıq kursunu davam etdirdi. O, tred-
yunionların leyboristlər partiyasına təsirini xeyli zəiflətməyi 
bacardı. 1994-cü ilin mayında C.Smitin ölümündən sonra 
partiyada dəyişiklər davam etdi. Partiyanın lideri 40 yaşlı 
Entoni Bleer oldu və o, C.Smitin işini davam etdirdi.
1995-ci ildə olmuş leyboristlər partiyasının qurultayında 
partiyanın yeni nizamnaməsi qəbul edildi ki, həmin sənəddə 
əsas istiqamət dinamizm və rəqabətə əsaslanan «ədalətli 
cəmiyyət» qurmağa yönəldilmişdi. 
1997-ci il parlament seçkiləri kampaniyasında irəli 
sürülən manifestdə «yeni leyborizm» ideyası əsas götürül-
müşdü. Partiya hüquqi islahatlar aparacağını və xarici siyasət 
kursunu dəyişəcəyini elan etdi. Həmçinin lordlar palatasında da 
islahatlar aparılacağı göstərilirdi. Proporsional seçki sistemi, 
Şotlandiya, Uels və Şimali İrlandiyada konstitusiya islahatları 
keçiriləcəyi vəd edilirdi. Leyboristlər Aİ-nin «Sosial 
xartiya»sına və Avropa valyuta sisteminə qoşulmağa hazır ol-
duqlarını bildirdlər. «Amerika amilindən» istifadə edərək Bleer 
seçkilər ərəfəsində B.Klitonla dostluq münasibətləri yaratmağı 
bacardı.
Bu dövrdə mühafizəkarlar çox ləng siyasət yeridirdi. 
Liberal demokratlar partiyasının bu dövrdə nüfuzu xeyli qalxdı. 
Onlar Cənub-Şərqi İngiltərənin elektoratını öz tərəflərinə çəkə 
bilmişdilər. Onların əsas ideyası «kommunalizm» idi. 
1997-ci ilin mayında keçirilən parlament seçkiləri 
nəticəsində leyboristlər 45% səs toplayaraq 659 yerdən 419-nu, 
mühafizəkarlar son 90 ildə ən az, yəni 30,2% səs alaraq 165 
yeri tutdular. Liberal dekmoratlar partiyası 34 dairədə qələbə 
çalaraq 17% səs topladı. Şotlandiya milli partiyası Şot-
landiyanın tam müstəqilliyi şüarını irəli sürərək Şotlandiyada 
22% səs aldı. 


194
Uelsdəki «Pleyd Kimri» partiyası isə Uels seçicilərinin 
10%-inin səsini topladı. 
Entoni Bleerin başçılığı altında «yeni leyborist höku-
məti» təşkil edildi. Bu hökumət əvvəlki Meycor hökumətinin 
iqtisadi strategiyasını dəyişmədi. Xüsusi bölmə iqtisadiyyatda 
qaldı. Dövlətin iqtisadi proseslərə müdaxiləsi minimum səviy-
yədə idi, sahibkarların fəallığına şərait yaradılırdı, istehsalın 
texnika-texnologiya bazasının möhkəmləndirilməsinə xüsusi 
diqqət yetirilirdi. 
90-cı illərin sonunda da Böyük Britaniya iqtisadi artım 
sürətini saxlayırdı. Birinci yeri xidmət sahəsi tuturdu. 
Hökumətin yeritdiyi iqtisadi siyasət İngiltərə mallarının dünya 
bazarında rəqabət qabiliyyətini yüksək səviyyədə qalmasını 
təmin edirdi. 1999-cu ildə hökumət əmək bazarının inkişafı ilə 
əlaqədar xüsusi proqram qəbul etd.i Bundan başqa gənclər 
üçün iş yerlərinin açılması və onların işlə təmin edilməsinə 
təminat verən xüsusi proqram qəbul edildi. Bu proqramı həyata 
keçirmək üçün büdcədən 5,7 milyard funt-sterlinq vəsait 
ayrılırdı. 
90-cı illərin sonunda da Böyük Britaniyada investisiya 
fəallığı fövqəladə yüksək səviyyədə idi. Britaniya iqtisadiyyatı 
xarici biznesə kapital qoyuluşu üçün əlverişli bazar idi. Bu 
dövrdə Böyük Britaniyada 13 min xarici kompaniya fəaliyyət 
göstərirdi. 
Leyboristlər imtiyazları ixtisar etmək hesabına vergiləri 
azaltmaq siyasəti yetirilməyə başladılar. Bleer hökuməti 
ümumi gəlir vergisini 20%-ə, şəxsi gəlir vergisini isə 10%-ə 
qədər azaltdı. Beləliklə, Böyük Britaniya inkişaf etmiş ölkələr 
içərisində birbaşa vergilərin ən aşağı səviyyədə olduğu 
ölkələrdən biri oldu. Hökumətin maliyyə siyasəti büdcə kəsirini 
tədricən azaltmağa doğru yönəldilmişdi. 1999-cu ildə ölkədə 
inflyasiyanın səviyyəsi cəmi 3,4% təşkil edirdi. 1998-ci ildə 
Böyük Britaniya ixraca görə dünyada beşinci yeri, idxala görə 
isə üçüncü yeri tuturdu. Əsas makroiqtisadi göstəricilərə görə 


195
İngiltərə iqtisadiyyatı AFR və Fransanın sosialist-bazar təsər-
rüfatını ötüb keçmişdi.
Hökumət sosial siyasətə də diqqət ayırdı. 1998-ci ildə 
hökumət sosial proqram qəbul etdi. Real gəliri ən aşağı olan 
10% yoxsul ailəyə dövlətin etdiyi kömək 9,3% artdı, 10% varlı 
ailəyə isə dövlət köməyi 0,7% aşağı salındı. Təhsil, texniki-
peşə təlimi, səhiyyəyə, gənclər üçün yeni iş yerləri açılmasına 
xeyli vəsait ayrıldı. Tələbələrin 2/3 hissəsi dövlət hesabına 
təhsillə əhatə olundu. Telefon əlaqəsinin və nəqliyyat 
sisteminin də modernləşdirilməsi sürətləndirildi. 
1999-cu ildə uşaqların müdafiəsi, yeniyetmə yaşına 
çatmamışlara analıq probleminin həllinə dair, həmçinin 
yeniyetmələr arasında narkomaniya əleyhinə mübarizə 
haqqında proqramlar qəbul edildi. 
Konstitusiya-seçki hüququ sistemi, lordlar palatasının 
islahatı və devolyusiya sisteminin inkişafı istiqamətində iş 
aparılmağa başlandı. Mojaritar-proporsional seçki sisteminə 
keçmək məsələsi lordlar palatası tərəfindən qəbul edilmədi. 
Belə olduqda hökumət lordlar palatasının islahatına başladı. 
1999-cu ildə irsi perlik ləğv edildi. Lordluq titulu yuxarı 
palatada artıq ömürlük olmur, bu titul ictimai həyatın bu və ya 
digər sahəsində xidmətə görə verilirdi. Perin təltif edilməsi 
yenə də kralın ixtiyarında qalsa da, artıq onun namizədliyinin 
sürülməsi xüsusi müstəqil komissiyanın funksiyası idi. 1999-cu 
ildə lordlar palatası bu islahat haqqında billi bəyəndi. 221 
üzvdən cəmi 81-i onun əleyhinə oldu. 
1997-ci ilin sentyabrında Şotlandiya və Uels böyük 
muxtariyyət hüququ aldılar. Bu proses gevolution adını aldı.
1997-ci ildə Uels və Şotlandiyada yerli qanunverici 
məclisin təşkili ilə əlaqədar referendum keçirildi. Uelsdə yerli 
seçicilərin 50%-i iştirak edirdi. Ona görə də burada keçirilən 
referendum məhdud xarakter daşıyırdı. Burada təşkil edilən 
yerli assambleya regional qanunlar verə və vergilər qoya 
bilməzdi. Ancaq regionun iqtisadi inkişafı, kənd təsərrüfatı, 


196
təhsil, mədəniyyət, ekologiya məsələləri onun sərəncamında 
idi. Assambleya mərkəzi hökumətdən ildə 8 mlrd. funt-sterliq 
dotasiya almaq imkanı əldə etdi. 
Şotlandiyada konstitusiya islahatını yerli əhalinin 74%-i 
bəyəndi. Təşkil edilən Şotlandiya parlamenti xeyli 
səlahiyyətlər aldı, o cümlədən regional qanunlar qəbul edə, 
vergi qoya və onu dəyişdirə bilərdi. Lakin Şotlandiya 
parlamentinə seçkilərdə leyboristlərin (112 səsdən 56-nı) 
səslərin əksəriyyətini qazanması Şotlandiyanın ayrılması 
imkanını aradan qaldırdı. Şotlandiya milli partiyası cəmi 28 yer 
aldı. Şotlandiya parlamentinin rəsmi açılışı 1999-cu ilin iyulun 
1-də oldu. 
Bleer İrlandiya məsələsində də uğur qazana bildi. O, 
hakimiyyətə gəldikdən sonra elan etdi ki, İrlandiya və İngiltərə 
hökuməti arasında gedən danışıqlarda Şinn feyn partiyasının 
iştirak etməsinə etiraz etmir. ABŞ-ın vasitəçiliyi ilə 1998-ci ilin 
aprelində Şimali İrlandiya üzrə üçtərəfli sülh müqaviləsi 
imzalandı. Şimali İrlandiyanın siyasi muxtariyyəti bərpa edildi. 
Əvvəlki Stormatdan fərqli olaraq yeni təşkil edilmiş Milli 
assambleya «razılığa uyğun» gələn qaydalar üzrə işləməli, 
onun qəbul etdiyi qərarlar deputatlar tərəfindən bəyənilməli, 
katolik və protestant icmalar tərəfindən təqdim edilməli idi. 
İrlandiya Olsterə qarşı iddialarından əl çəkdi. Britaniya 
hökuməti də Şimali İrlandiyada məhdud səlahiyyətlərə malik 
ümumirland yerli özünüidarə orqanları təşkil edilməsinə 
razılaşdı. Sülh müqaviləsi 1998-ci ilin 22 may referendumu ilə 
təsdiq edildi. Olsterdə 71%, İrlandiyada 94% onun lehinə səs 
verildi. 1998-ci ilin iyununda Şimali İrlandiyada Milli 
assambleyaya seçkilər keçirildi. Assambleya Şimali irland 
hökumətini formalaşdırmağa başladı. 1999-cu ildə İngiltərə 
qoşunlarını Şimali İrlandiyadan çıxartmaq haqqında qərar 
qəbul etdi. Lakin İRO (İrlandiya Respublika Ordusu) tərkisilah 
edilmədi. Yenidən terror aktları davam etməyə başladı.


197
1999-cu ilin sonunda Starmont çağrıldı və Olsteri idarə 
etmək üçün orqan təşkil edildi. Şimali İrlandiyada ekstremist 
qrupları 2007-ci ilə qədər tərksilah etmək nəzərdə tutuldu. 
2001-ci ilin oktyabrından bu işə başlanıldı. Nyu-Yorkda 2001-
ci ilin sentyabrın 11-də baş verən terror hadisəsinin buna böyük 
təsiri oldu. 2003 və 2007-ci illərdə keçirilən parlament seçkiləri 
nəticəsində protestant və katoliklərdən ibarət qarışıq hökumət 
təşkil edildi. 2007-ci ilin iyulun 31-dən avqustun 1-nə keçən 
gecə Böyük Britaniya qoşunlarının Şimali İrlandiya ərazisindən 
çıxarılması prosesi başa çatdı. 
1992-ci illə müqayisədə 2005-ci ildə inflyasiya sabit 
qalaraq ildə 2%-i keçmədi ki, bu son 30 ildə ən aşağı faiz iddi. 
Ümumidaxili məhsul bu dövrdə 3% artmış, işsizlik 5%-dən 
aşağı düşmüşdü. E.Bleer hökuməti seçkilərin beş ildən bir 
deyil, dörd ildən bir keçirilməsi haqqında qərar qəbul etdi. Ona 
görə də 2005-ci ilin aprelində parlament buraxıldı, mayın 5-də 
yeni seçkilər keçirildi. Bu dövrdə Tetçerin islahatları 
nəticəsində həmkralar ititfaqlarının zəifləməsi leyboristlər 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin