Microsoft Word s?may?kitab?sas doc


partiyası» mühüm rol oynamağa başlamışdı. Parlamentdə iki



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə21/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası» mühüm rol oynamağa başlamışdı. Parlamentdə iki 
partiya Şarl de Qoll tərəfindən yaradılmış «Yeni Respublikanın 
Müdafiə birliyi» və Jiskar D`Esten tərəfindən təşkil edilmiş 
«Fransa demokratiyası naminə ittifaq» partiyası əsas yer tutur. 


169
Müasir Fransada əhalinin ancaq 6%-i kənd təsərrüfatı ilə 
məşğul olur. Yaxşı təchiz edilmiş texnika və aqronomiya 
elminin nailiyyətlərinin tətbiqi sayəsində onlar əhalini kənd 
təsərrüfatı məhsulları ilə təmin edirlər. Fermerlərin cəmi 10%-i 
iri korporasiyalarda birləşir, digər hissəsi ailə fermaları üsulu 
ilə işləyir. Kənd əhalisinin hamısı fermerdir.
Əhalinin böyük əksəriyyəti şəhərlərdə yaşayır və işləyir. 
Fransa özünün elmi-texniki nailiyyətləri – müasir aviasiyası, 
itisürətli qatarları, birinci dərəcəli «Reno», «Sitroen», «Pejo» 
avtomobilləri, gəmi inşaatı və digərləri ilə fəxr edir.


170
V. BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA 
BİRLƏŞMİŞ KRALLIĞI
İkinci Dünya müharibəsinin Böyük Britaniya üçün 
nəticələri. Böyük Britaniya İkinci Dünya müharibəsindən qalib 
dövlət kimi çıxsa da, müharibənin nəticələri onun üçün o qədər 
də fərəhləndirici deyildi. 244 min nəfərdən çox adam ölmüş, 53 
mindən çox adam itkin düşmüş, 277 min adam isə yaralanmış 
və şikəst olmuşdur. Birbaşa və dolayı yolla ölkəyə dəyən zərər 
8,5 milyard funtsterlinq həcmində idi. İngiltərənin mühabirəyə 
çəkdiyi xərc 25 milyard funtsterlinqdən çox idi. İngiltərə 
dənizlər hökmdarı rolunu da itirərək, bu sahədə birinciliyi 
ABŞ-a verməli oldu. Kapital ixracına görə isə ikinci yerə 
keçdi. Müharibə dövründə İngiltərənin qızıl ehtiyatları xeyli 
azaldı. Müharibə ölkəni qızıl ehtiyatlarının xeyli hissəsini 
xərcləməyə məcbur etdi. Zəruri ərzaq məhsulları çatışmırdı. 
Müharibə dövründə ənənəvi sənaye sahələri, məsələn, pambıq-
parça istehsalı – 50%, kömür çıxarılması – 16%, ayaqqabı 
istehsalı 13% azalmışdı. Dövlət borcları 1939-cu ildəki 7,2 
milyard funt-sterlinqdən 1946-cı ildə 23,7 milyard funt-
sterlinqə çatdı ki, bunun da 3 milyard funt-sterlinqi xarici 
borclar idi. Böyük Britaniya müharibə dövründə ABŞ-ın 
göndərdiyi hərbi malların dəyərini öləmək üçün xaricə 
qoyduğu kapital qoyuluşunun 1 milyard funt sterlinqini ona 
verməli oldu. Böyük Britaniyanın 1938-ci ildə kapital ixracı 
471 mln. funt sterlinq təşkil edirdisə, 1944-cü ildə bu rəqəm 
266 mln. funt sterlinqə endi. İngitlərə öz ticarət donanmasının 
xeyli hissəsini itirdi. Müharibə dövründə dənizçilərin və 
balıqçıların 1/3 hissəsi həlak oldu. Müstəmləkələrlə əlaqələr 
zəiflədi. Bundan istifadə edən Britaniya dominionları özlərinin 
iqtisadi və siyasi müstəqilliklərini artırdılar. İngiltərənin Yaxın 
və Orta Şərqdə nüfuzu zəiflədi. Dünya ticarətində İngiltərənin 
payı 1937-ci ildəki 11,3%-dən 1947-ci ildə 9,8%-ə düşdü.


171
Bütövlükdə İkinci dünya müharibəsində Böyük Britaniya öz 
milli sərvətinin 25%-ni itirdi.
Müharibə dövründə İngiltərə dominionlarının və 
müstəmləkələrinin inkişafı və onların bəzilərinin (Kanada) 
İngiltərəni ötüb keçməsi Böyük Britaniya müstəmləkə 
imperiyasının dağılmasını sürətləndirdi. Müharibə İngiltərəni 
ABŞ-dan asılı vəziyyətə saldı.
Müharibə dövründə İngiltərə həmkarlar ittifaqı üzvlərinin 
sayı 4 milyondan 7 milyona çatdı. Leyboristlər partiyası 
üzvlərinin sayı da 3 milyonu ötüb keçdi. Müharibə ilə əlaqədar 
İngiltərədə yeni sənaye sahələri: kimya, eletrotexnika, 
maşınqayırma, aviasiya, matorqayırma və başqa sahələr inkişaf 
etdi. 30 iri inhisar ölkənin iqtisadi və siyasi həyatında əsas rol 
oynayırdı.
Böyük Britaniya leyboristlərin hakimiyyəti dövründə 
(1945-1951-ci illər). 1940-cı ilin mayından 1945-ci ilin iyuluna 
qədər İngiltərədə U.Çörçillin başçılıq etdiyi mühafizəkarlar 
hökuməti hakimiyyətdə idi. 1945-ci ilin iyulun 26-da 
İngiltərədə parlament seçkiləri keçirildi. Seçkiqabağı 
kampaniyada leyboristlər xalqa vəd etdilər ki, hakimiyyətə 
gəlsələr, Böyük Britaniyada «firavanlıq dövləti» yaradacaqlar. 
Bu təbliğat öz işini gördü. Leyboristlər – 393, mühafizəkarlar – 
189, liberallar – 12 yer aldılar. İki kommunist – Uilyam 
Qallaxer v Filipp Pirettin də parlamentə deputat seçildi. 
Müharibə dövründə xalq içərisində böyük nüfuz qazanmış 
leyboristlər ölkə tarixində ilk dəfə olaraq icma palatasında 
mütləq əksəriyyət qazandılar. Leyboristlər partiyasının lideri 
Klement Ettlinin başçılığı altında hökumət təşkil edildi. 
Burjuaziyanın və iri torpaq aristokratiyasının mənayefini 
müdafiə edən və İngiltərənin keçmiş tarixi ənənələri çərçivə-
sində qalmasına çalışan mühafizəkarlardan fərqli olaraq əsas 
sosial bazası həmkarlar ittifaqının üzvləri olan leyboristlər par-
tiyası İngiltərəni «demokratik sosializm» yoluna çıxarmaq uğ-
runda mübarizə aparacağını elan etdi. Bu dövrdə ölkə qarşısı-


172
nda ciddi iqtisadi, siyasi və maliyyə problemləri dururdu. ABŞ 
1945-ci ilin avqustunda lend-liz qanunu üzrə İngiltərəyə 
məhsul göndərilməsini dayandırdı. Belə olduqda leyboristlər 
hökuməti ABŞ və Kanadadan istiqraz istəməyə məcbur oldu. 
ABŞ və Kanada 1946-cı ilin martında ona 5,6 milyard dollar 
dəyərində istiqraz verdi. 1947, 1949, 1951-ci illərdə İngiltərə 
maliyyə böhranı keçirdi. 
Leyboristlər hakimiyyətə gəldikdən sonra iqtisadi sahədə 
müəssisələrin bir çoxunun zərərlə işləməsini əsas götürərək 
geniş milliləşdirməyə keçdilər. 1946-cı ilin fevralında İngiltərə 
bankı, 1946-1947-ci illərdə dəmir yollar, mülki aviasiya, 
nəqliyyat, kabel və teleqraf rabitəsi, həmçinin kömürçıxarma 
və elektrotexnika sənayesi, 1948-ci ildə qaz sənayesi, 1949-cu 
ildə isə polad və dəmir istehsalı milliləşdirildi. Milliləşdirilmiş 
müəssisələrin sahiblərinə kompensasiya verildi, özlərini isə 
həmin müəssisələrə direktor təyin etdilər. Bu müəssisələrdə 
fəhlələrin 20%-i çalışırdı. Ölkədə iqtisadiyyatın dövlət bölməsi 
20-25% təşkil edirdi. Bütün bunların nəticəsində İngiltərə 
1948-ci ildə sənaye məhsulu istehsalına görə müharibədən 
əvvəlki səviyyəyə çatdı. Kapital icraçı 1951-ci ildə 1937-ci illə 
müqayisədə 53% artdı. Lakin İngiltərədə talon sistemi 50-ci 
illərin ortalarına qədər qaldı. Bu isə ölkədə iqtisadi inkişafın 
zəif getməsinin təzahürlərindən idi. İkinci dünya 
müharibəsindən sonrakı illərdə İngiltərə Qərbin qabaqcıl 
dövlətlərindən biri, çox zəngin inhisarları olan, elm və 
texnikanın sürətlə inkişaf etdiyi ölkə, «nüvə klubu»nun üzvü 
olsa da, öz inkişaf sürətinə görə Qərbi Avropanın digər 
qabaqcıl ölkələrindən, ABŞ və Yaponiyadan geri qalırdı. 
Bunun səbəbləri təkcə müharibədə verdiyi itkilər, müstəmləkə 
imperiyasının dağılması, ABŞ-ın kapitalist dünyasının aparıcı 
siyasi və hərbi qüvvəsi kimi irəli çıxması, rəqabət mübarizəsinə 
yenidən başlamış AFR və Yaponiyanın sürətli dirçəlişi deyil, 
həm də Böyük Britaniya hakim sinfinin lazımi daxili 
yenidənqurma iqtidarında olmaması idi.


173
1949-cu ildə lordlar palatasının islahatı keçirildi. Maliyyə 
məsələsinə onun «veto» qoymaq hüququ iki ildən bir ilə 
endirildi. Həmçinin Lordlar palatası icmalar palatasının qəbul 
etdiyi qərarları artıq rədd edə bilməzdi. 
Dövlət həmçinin sosial sahədə geniş tədbirlər həyata 
keçirdi, pulsuz tibbi xidmət tətbiq etdi. 1927-ci ildə verilmiş 
həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdıran qanun ləğv 
edildi. 1946-cı ildə qanunlar paketi qəbul edildi ki, ona 
sığortanın milliləşdirilməsi, sənaye işçilərinin müdafiəsi və 
milli səhiyyə haqqında aktlar daxil idi. Paket 1948-ci ildə Milli 
sosial müdafiə nazirliyinin təşkili ilə tamamlandı. Həmin 
qanunlar əsasında, bütün əhalinin yaşına görə (kişilər 65, 
qadınlar 60 yaşdan) pensiya ilə təmin edilməsi, işsizlərə 
müavinat verilməsi, hamiləlik, ölüm və xəstəlik zamanı maddi 
yardım göstərilməsi qanuniləşdirildi. Sığorta fondunun 35%-i 
sığorta edilənlərin özünün hesabına, qalanı isə sahibkarlar və 
dövlətin hesabına maliyyələşdirilməli idi. Bütün bu islahatlar 
nəticəsində sosial müdafiəyə dövlət xərcləri 2,5 dəfə artdı. 
Leyboristlərin hakimiyyəti dövründə zəhmətkeşlərin real 
əmək haqqı müharibədən əvvəlkinin 80%-ni təşkil edirdi. 
1945-ci ildə ölkənin 60 limanında fəhlələrin tətili qələbə ilə 
nəticələndi. Həmkarlar ittifaqları istehsalat prinsipi üzrə 
yenidən qurulmağa başladı. Lakin Britaniya tred-yunion 
konqresi əvvəlki sağ mövqedə qalırdı. 1948-ci ildə 
kommunistlər ölkədəki antisovet əhval-ruhiyyə ilə əlaqədar 
olaraq dövlət aparatından kənarlaşdırıldılar. 
1948-ci ildə İngiltərədə sülh tərəfdarlarının hərəkatı 
başlandı. 1949-cu ilin iyununda İngiltərə sülhü müdafiə 
komitəsi yaradıldı. Bu hərəkatda ən çox həmkarlar ittifaqlarının 
üzvləri iştirak edirdilər.
Xarici siyasət sahəsində leyboristlər mühafizəkarların 
xəttini davam etdirdilər. Leyboristlərin hakimiyyəti dövründə 
İngiltərə «soyuq» müharibəyə qoşulan ilk dövlətlərdən biri 
oldu. Müstəmləkələrə münasibətdə İngiltərə ikili siyasət 


174
yeridirdi. O ölkədə ki milli-azadlıq hərəkatının öhdəsindən gələ 
bilməyəcəyini dərk edirdi, onlara dominionluq hüququ və ya 
müstəqillik verirdi. 1947-ci ildə Birmaya və 1948-ci ildə 
Seylona müstəqillik verdi. 1947-ci ildə dini əlamətlərə görə 
Hindistanı iki yerə – Hindistan və Pakistana parçalayaraq 
onlara dominion hüququ verdi. 1950-ci ildə isə Hindistanın 
müstəqilliyini tanıdı. 1949-cu ildə Olsterdən başqa İrlandiyaya 
müstəqillik verdi. 1948-1951-ci illərdə İngiltərə «Marşall 
planı»na qoşularaq bu layihə əsasında 2,3 milyard dollar aldı. 
1945-1950-ci illərdə Uqanda, Malayziya, Nigeriya, Keniyada 
milli-azadlıq hərəkatını zor gücünə yatırtdı. 1949-cu ildə 
NATO-nun təşkilində iştirak etdi. 1950-ci ildə Koreya 
müharibəsində ABŞ-ın tərəfində çıxış etdi. 1951-ci ildə 
ANZYUS-un yaranmasını bəyəndi. Yunanıstanda hərbi-faşist 
rejiminə kömək etdi. Leyboristlər xarici siyasətdə antisovetizm 
mövqeyi tutdular.
Böyük Britaniya mühafizəkarların hakimiyyəti 
dövründə (1951-1964-cü illər). 1950-ci ilin fevralında 
keçirilən seçkilərində leyboristlər çox cüzi üstünlüklə qalib 
gəlsələr də, ölkədəki enerji və maliyyə böhranı leyboristləri 
parlamenti buraxmağa və yeni seçkilər keçirməyə vadar etdi. 
1951-ci ilin oktyabrın 25-də keçirilən seçkilərdə leyboristlər 
məğlub oldular. Bu seçkilərdə mühafizəkarlar 321, leyboristlər 
295 yer aldılar. yenidən mühafizəkarlar hakimiyyətə gəldilər. 
77 yaşlı Uinston Çörçill ikinci dəfə baş nazir kürsüsündə 
əyləşdi. 1964-cü ilə qədər mühafizəkarlar İngiltərədə 
hakimiyyətdə oldu. Bəzən leyboristlər bunu «hədər getmiş 13 
il»də adlandırırlar. Mühafizəkarlar partiyasının liderlərindən 
olan Çörçill 1951-1955, müharibə dövründə xarici işlər naziri 
işləmiş Antoni İden 1955-1957, Harold Makmillan 1957-1963, 
Duklas Hyum isə 1963-1964-cü illərdə İngiltərənin baş naziri 
oldular. Mühafizəkarlar hakimiyyətə gəldikdən sonra əvvəlki 
səhvlərini təkrar etməyərək sosial sığorta və tibbi xidmət 
sahələrinə toxunmadılar. Mühafizəkarlar ilk növbədə yaranmış 


175
böhrandan çıxış yolu axtardılar. Onlar sənaye və ərzaq 
məhsullarından idxalı azaltdılar. Bu da ərzaq məhsullarının 
qiymətinin artmasına səbəb oldu. Eyni zamanda onlar səhiyyə, 
xalq təhsili, mənzil tikintisi, sosial sığortaya olan xərcləri də bir 
qədər azaltdılar. 50-ci illərin ortalarında İngiltərənin iqtisadi 
vəziyyəti bir qədər yaxşılaşdı.
Sənayenin inkişafı ən çox özünü yeni sahələrdə – 
elektroenergetika, aviasiya, matorqayırma, avtomobil, 
maşınqayırma, kimya və digər sahələrdə göstərdi. Bununla belə 
İngiltərənin kapitalizm dünyasının sənaye məhsulu istehsalında 
payı əgər 1948-ci ildə 11,2% idisə, 1962-ci ildə 8,8%-ə düşdü. 
Xalqın həyat səviyyəsi də aşağı endi. Mühafizəkarlar 
iqtisadiyyatı sabitləşdirmək üçün istehsalın və kapitalın 
mərkəzləşməsini və təmərküzləşməsini gücləndirdilər. 
Proqramlaşdırılmış iqtisadiyyata keçildi. Dövlət əmək 
münasibətlərinə daha çox qarışmağa başladı. Vergilər artırıldı, 
əmək haqqının artırılması isə məhdudlaşdırıldı. Onlar yenidən 
poladtökmə sənayesini və yük nəqliyyatını özəlləşdirdilər.
XX əsrin 50-ci illərndə Avropanın digər ölkələri kimi 
İngiltərədə də iqtisadi inkişaf müşahidə edilsə də, lakin o, bu 
sahədə Almaniya və Fransadan geridə qalırdı. Buna səbəb, 
ingilis burjuaziyasının daxildə istehsalı yenidən durmağa 
lazımi qədər təşəbbüs göstərməməsi idi. Bu həlledici səbəbdən 
başqa, 50-ci illərdə meydana çıxan və 80-ci illərin ortalarına 
qədər hökm sürən iqtisadi geriliyin - «ingilis xəstəliyi»nin 
digər səbəbləri də var idi. Belə ki, vaxtilə öz ərazisindən 
dəfələrlə böyük müstəmləkə ərazisinə malik olan İngiltərə 
İkinci dünya müharibəsindən sonra onların bir çoxuna 
müstəqillik verdiyi üçün indi onlardan lazım olan məhsulları 
pulla almalı olurdu. Sinqapurdan Cəbəllütariqə qədər olan 
ərazidə hərbi qarnizon saxlaması da dövlətə baha başa gəlirdi.
1952-ci ildə İngiltərə kralı VI Georq öldü. Taxta onun 26 
yaşlı qızı II Yelizaveta çıxdı. Bu hadisə ilə əlaqədar İngiltərə 
hökuməti ABŞ-dan xahiş etdi ki, ABŞ ona nüvə silahı 


176
yaratmaqda kömək etsin. 1952-ci ildə İngiltərə atom silahına 
sahib olmaqla nüvə klubunun üzvü oldu. 50-ci illərdə yeganə 
artım kapital ixracında nəzərə çarpırdı. 1945-ci ildə İngiltərədə 
2,4 milyard funt-sterlinq kapital ixrac edilirdisə, 1960-cı ildə 
bu rəqəm 11 milyard funt-sterlinqə çatdı. Mühafizəkarlar 
hökuməti idxalı xeyli azaltmaqla ənənəvi siyasət olan 
proteksionizm siyasətini yenidən tətbiq etdilər.
XX əsrin 50-60-cı illərində İngiltərədə fəhlə hərəkatı 
yenidən yüksəldi. 1952-1960-cı illərdə tətil hərəkatı 1948-
1952-ci illərə nisbətən 64% artmışdı. Tətilçilər öz tələblərinin 
ödənilməsinə nail oldular. 1956-cı ildə 12,5 milyon fəhlənin 
əmək haqqı artırıldı. Fəhlə sinfi öz mübarizəsində təkcə iqtisadi 
tələblərlə kifayətlənmir, sülhü, milli-azadlıq hərəkatlarını 
müdafiə edir, Qərbi Almaniyanın yenidən silahlanmasına qarşı 
çıxır, Misirə təcavüzü pisləyirdi. 60-cı illərin birinci yarısında 
tətil hərəkatı yenidən yüksəldi. Fəhlələr daha çox sosial və 
siyasi tələblər irəli sürürdülər. 1962-ci ildə 800 min işsiz 
parlamentə yürüş təşkil etdi. 
Elmi-texniki inqilab cəmiyyətin sosial strukturunda dərin 
dəyişkliklər yaratdı. Yüksək ixtisaslı mütəxəssislər 1935-ci ildə 
13% təşkil edirdilərsə, 1960-cı ildə 22% təşkil etdilər. Qeyri-
istehsal sahələrində muzdlu işçilərin sayı artdı. 1961-ci ildə ağ 
qalstuklular muzdlu əməklə məşğul olan şəxslərin 35,9%-ni 
təşkil edirdilər.
Mühafizəkarların hakimiyyəti dövründə xarici siyasətdə 
aşağıdakı amillər özünü nümayiş etdirirdi: Çörçill müstəmləkə 
imperiyasını qoruyub saxlamağı öz üzərinə götürsə də, bunu 
bacarmadı. Ona görə də o, «üç dairə» konsepsiyasını irəli 
sürdü. Bu konsepsiya İngiltərənin üç rolda özünü göstərə 
bilməsini nəzərdə tuturdu. Qərbi Arvopada o, lider, Qərbi 
Arvopa ilə ABŞ-ı əlaqələndirən əsas halqa, Millətlər birliyinin 
ənənəvi mərkəzi olmalı idi. 1954-cü ildə İngiltərənin başçılığı 
altında SEATO, 1956-cı ildə Bağdad paktı yaradıldı. 1955-ci 
ildə Çörçilli əvəz edən və «Hər bir diplomatiyanın arxasında 


177
güc durur» prinsipini əsas götürən baş nazir Antoni İden 
İngiltərənin Fransa və İsraillə birlikdə Misirə qarşı müharibəyə 
başlamasına razılıq verdi. Bu hadisə onu nüfuzdan saldı. Çünki 
Misir qələbə çaldı. Antoni İden istefa verməli oldu. Onun 
yerinə gələn Makmillan isə məcbur oldu ki, müstəmləkələrin 
çoxuna azadlıq versin. 1960-cı ildə İngiltərənin Afrikada ən 
böyük müstəmləkəsi olan Nigeriya müstəqillik qazandı, 
Cənubu Afrika İttifaqının CAR adlanmasına razılıq verildi. 
Bununla belə, bu hökumət Malayziya xalqına qarşı müstəmləkə 
müharibəsi apardı. Keniyanın zənci əhalisinə qarşı amansız 
tədbirlər gördü. İngiltərə 1878-ci il Berlin konfransının 
qərarına əsasən Türkiyədən alınaraq ona verilmiş Kiprin 
müstəqilliyini 1960-cı ildə tanımalı oldu. Ümumiyyətlə, 60-cı 
illərin əvvəllərində İngiltərənin əlində çox az yer – Cəbəllütariq 
(1704-cü ildən İngiltərənin tabeliyində idi) və okeanda bir sıra 
xırda adalar qaldı.
İngiltərə hökuməti bu dövrdə Avropa və Amerika ilə 
münasibətlərini yaxşılaşdırmağa daha çox üstünlük verirdi. O, 
Avropa qitəsinə aid olsa da, özünü avropalı hesab etmirdi. 
Məhz bunun nəticəsi idi ki, 1951-ci ildə Avropa polad və 
kömür birliyi, 1957-ci ildə Avropa İqtisadi Birliyi yaradılarkən 
İngiltərə onun tərkibinə daxil olmadı. 1960-cı ildə öz rəhbərliyi 
altında Avropa azad ticarət assosiasiyasını təşkil etdi. Onun 
üzvləri İngiltərə, Portuqaliya, Yunanıstan, İsveç idi. Lakin bu 
assosiasiya özünə möhkəm mövqe qazana bilmədi. Fövqəl 
dövlətlərin Avropada ağalıq etmələrinin qarşısını almaq üçün 
təşkil edilmiş Avropa İqtisadi Birliyi zamanın sınağından daha 
məharətlə çıxdı. Makmillanın baş nazir olduğu dövrdə SSRİ ilə 
münasibətdə mülayimlləşmə hiss olunurdu. Makmillan 1959-
cu ildə SSRİ-yə səfər etdi. 1963-cü ildə Makmillan istefa 
verməli oldu. Onun əsas səbəbi hərbi nazir Prafyumonun 
şübhəli hərəkəti oldu. Makmillanı Duklas Hyum əvəz etdi. 
Onun dövründə atom silahının sınaqdan keçirilməsinin 
qadağan edilməsi ilə əlaqədar Moskvada bağlanan sazişə 


178
İngiltərə də imzasını qoydu. Bu dövrdə İngiltərə hökuməti 
Yaxın Şərqdə yenə də İsraili müdafiə edirdi. Mühafizəkarların 
hakimiyyəti dövründə İngiltərənin dominionları olan Kanada, 
Avstraliya, Yeni Zelandiya ilə əlaqələri daha da möhkəmləndi. 
Böyük Britaniya bu dövrdə ABŞ yönümlü xarici siyasət 
yeridirdi.
Böyük Britaniya leyboristlər hökuməti dövründə 
(1964-1970-ci illər). 1964-cü ilin oktyabrında keçirilən 
parlament seçkilərində mühafizəkarların hakimiyyətdə olduğu 
dövrü «havayı getmiş 13 il» hesab edən leyboristlər qələbə 
qazandılar. Leyboristlər partiyasının lideri Harold Vilsonun 
başçılığı altında yeni hökumət təşkil edildi. Bu hökumət 
İngiltərə tarixinə «texnokrat hökuməti» adı ilə daxil oldu. 
Leyboristlər hakimiyyətə gələn kimi yenə də poladtökmə 
sənayesini milliləşdirdilər. Sənayenin bu sahəsində istehsalın 
90%-i dövlət müəssisələrinə məxsus idi. 1969-cu ildə Qərbi 
Avropada 20 iri kampaniya fəaliyyət göstərirdi ki, onun 8-i 
Böyük Britaniyaya məxsus idi. Sosial sahədə də bir sıra 
tədbirlər görüldü. Təqaüdlər 20% artırıldı, ev sahiblərinin 
mənzil kirayəsini əsassız surətdə artırmaları məhdudlaşdırıldı, 
həmkarlar ittifaqı ilə belə bir razılıq əldə edildi ki, əmək haqqı 
ildə 3,5% artırılsın. Lakin tezliklə Vilson hökuməti belə bir xətt 
götürdü ki, əmək haqlarının artırılmasını və tətilləri 
məhdudlaşdırsın. Gəlir və qiymətlər üzrə milli idarə təşkil 
edildi. Bu idarə əmək haqları məsələsinə həmkarlar ittifaqları 
ilə razılaşmaq şərti ilə baxa bilərdi. 1966-cı ildə hökumət funt-
sterlinqin dəyərinin 14,3% bərpa edilməsinə nail oldu. 60-cı 
illərdə seçki yaşı 21-dən 18-ə endirildi. 1968-ci ildən sosial 
tədbirlərə - təhsil, mənzil tikintisinə çəkilən xərclər ixtisar 
edilməyə başladı. Hökumət fəhlələr əleyhinə bir sıra qanun 
layihələri də hazırladı, lakin bunların heç biri parlament 
tərəfindən qəbul edilmədi. 1965-ci ildə irqi mənsubiyyət 
haqqında qəbul edilən qanun kommunal xidmət və nəqliyyatda 
irqlərin bərabərliyini nəzərdə tutulurdu. 1968-ci ildə qəbul 


179
edilən mühacirət haqqında qanunvericiliyə əsasən işə 
götürülmədə və mənzil almaqda ayrı-seçkilik ləğv edilirdi. 
1969-cu ildə Böyük Britaniya tarixində birinci dəfə olaraq 
narkomaniyaya qarşı mübarizə haqqında qanun qəbul edildi. 
Bu dövrdə İngiltərənin daimi problemi olan Şimali 
İrlandiya problemi yenidən meydana çıxdı. Belə ki, 
İrlandiyanın şimalındankı Olsterdə yaşayan əhalinin 2/3 hissəsi 
protestant-ingilislərdən ibarət olduğuna görə, onlar Olsterin 
müstəqil İrland dövlətinin tərkibnə daxil olmasına maneçilik 
törədirdilər. Bu problem 60-cı illərin II yarısında daha da 
kəskinləşdi. Hətta katoliklər «İrlandiya Respublikası ordusu» 
adlı xüsusi dəstələr təşkil etdilər İngiltərə hökumətinə onlar 
təzyiq göstərərək şimalı cənubla birləşdirmək istədilər. Onlar 
həm İrlandiyadakı ingilislərə qarşı, həm də İngiltərənin bir sıra 
şəhərlərində terror aktı törətdilər. İrlandlar tələb edirdilər ki, 
Şimali İrlandiyada onlara bütün sahələrdə – işə götürülmədə, 
mağazalarda, məktəblərdə və s.-də ingilislərlə bərabər hüquq 
verilsin. Hadisələrin gedişi onunla nəticələndi ki, 1969-cu ildə 
leyborist hökuməti İrlandiyaya qoşun yeritməli oldu.
Leyboristlər hökumətinin dövründə İngiltərə öz xarici 
siyasətində əslində mühafizəkarların xəttini davam etdirirdi. 
ABŞ-ın Hind-Çindəki siyasətinə haqq qazandırırdı. 1967-ci 
ildə ərəblərə qarşı başlanan müharibədə İsraili müdafiə edirdi. 
Sürətlə silahlanmanı gücləndirdi. İngilətərə bu dövrdə NATO-
da fəaliyyətini artırdı. Cənubi Afrika və Rodeziyada irqçilik 
rejimini bəyəndi. 1968-ci il Çexoslovakiya hadisələri zamanı 
ölkədə antisovet kampaniya genişləndirildi. Bütün bunlar 
leyboristləri ölkə daxilində nüfuzdan saldı. Leyboristlər 
hökuməti dövründə tətil mübarizəsi kəskinləşdi. 1968-ci ildə 
maşınqayıranlar və gəmi inşaatçıları 24 saatlıq tətil keçirdilər 
və əmək haqlarının artırılmasına nail oldular. 1969-cu ilin 
fevral ayının 27-də hökumətin siyasətinə qarşı ölkənin hər 
yerində tətil hərəkatı başlandı. Antihəmkarlar ittifaqı haqqında 
qanun layihəsinə qarşı fəhlələr qəti etirazlarını bildirdilər. 


180
Həmkarlar ittifaqının 2,5 milyondan artıq üzvü leyboristlər 
hökumətindən narazı olduğunu bildirdi. Leyboristlərin sosial 
xərcləri azaltması və əmək haqqlarını dondurması da ingilis 
xalqının xoşuna gəlmədi.
Böyük Britaniya mühafizəkarların hakimiyyəti 
dövründə (1970-1974-cü illər). 1970-ci ilin iyun ayının 18-də 
leyboristlər partiyası təcili seçkilər keçirdi ki, öz vəziyyətini 
möhkəmlətsin. Lakin yenidən mühafizəkarlar 46,4% səs alaraq 
əksəriyyət qazandılar. Edvard-Hitin başçılığı altında «Yeni 
mühafizəkarlar hökuməti» təşkil edildi. Bu hökumət 
milliləşdirilmiş müəssisələri sahiblərinə qaytardı. 
Mühafizəkarlar «infilyasiya üzərindən istehsalın artımı» 
siyasətini irəli sürdülər. Onlar xüsusi kapitalist bölməsini 
möhkəmlətməyə çalışırdılar. Lakin ölkədə infilyasiyanın 
qarşısını almaq mümkün olmadı, enerji böhranı gücləndi. 
1971-ci ildə «Sənayedə münasibətlər haqqında» qanuna əsasən 
tətillər haqqında 60 gün əvvəldən hökumətə xəbər verilməli idi. 
Qeyri-rəsmi tətillər qadağan edilirdi. Əmək münasibətlərinə 
baxmaq üçün xüsusi məhkəmə yaradıldı. Hökumətin həmkarlar 
ittifaqı üzərində nəzarəti gücləndirildi. Edvard Hitin dövründə 
İngiltərə də başqa kapitalist ölkələri kimi 1973-74-cü illərdə 
ciddi energetika böhranı ilə qarşılaşdı. 1977-ci ilə qədər 
İngiltərədə bu fasilələrlə davam etdi. Hər il (bu illər ərzində) 
İngiltərədə sənaye istehsalı 4,6% aşağı düşdü. Bu dövrdə 
inflyasiya 30% artdı. Ölkədə işsizlərin sayı 1 milyon 211 min 
nəfər idi. Qızıl ehtiyatı sürətlə tükənməyə başladı. İngiltərə 
maliyyə köməyi üçün Beynəlxalq valyuta fonduna müraciət 
etməyə məcbur oldu. Hökumət əmək haqlarının artmasını 
«dondurdu». Zəruri ərzaq mallarının qiyməti artırıldı. Əmək 
haqlarının dondurulması müəllimlər, tələbələr, poçt və kantor 
işçiləri, tibb bacılarına da aid edildi. Sənaye məhsulu istehsalı 
üzrə kapitalizm dünyasında İngiltərənin payı 1973-cü ildə 
5,4%-ə düşdü. 70-ci illərin ortalarında sənaye məhsulu 


181
istehsalına görə o, kapitalist ölkələri içərisində 5-ci yeri 
tuturdu. 
E.Xitin «yeni müzafizəkarlar hökuməti» 1973-cü ildə 
səhiyyə və təhsil sistemində islahatlar keçirdi. «Mənzil 
tikintisində ədalətli xətt» adı altında islahatlar proqramı dərc 
edildi. Gəlir vergisi hər funt-sterlinq üçün 6 pens aşağı salındı. 
Böyük Britaniya Əmək Konfederasiyası konqresinin 1973-cü 
ilin martında keçirilən qurultayında hökumətin siyasəti kəskin 
tənqid edildi. 1972-ci ildə konqres kommunistlərin həmkarlar 
ittifaqlarında rəhbər vəzifələrə seçilməsi haqqında qadağanı 
götürdü. 1972-ci ildə qəbul edilmiş qanuna əsasən yerli icra 
hakimiyyətlərinin rəhbərlik funksiyaları bir qədər 
yeniləşdirildi. E.Hit Şotlandiya və Şimali İrlandiyanın 
özünüidarəsinin genişlənməsi məsələsini müdafiə etdi. 
Birləşmiş krallıqda terrorizmə qarşı mübarizə gücləndi. Lakin 
1973-cü ilin martında Şimali İrlandiya ilə birləşmək təklifi 
ortaya çıxdı. «Bir millət» ideyası genişləndi. E.Hitin baş nazir 
olduğu dövrdə İngiltərə hökuməti Olsterin muxtariyyətini ləğv 
edərək onun idarə edilməsini 1973-cü ildə birbaşa Londona 
tapşırdı. Lakin bütün bunlar Olsterdəki hadisələrin səngiməsinə 
gətirib çıxartmadı. 1974-cü ilin iyulunda «Şimali İrlandiya 
konstitusiya aktı» qəbul edildi. İngiltərə öz yaxınlığındakı 
Avropa bazarlarına ehtiyacı olduğunu dərk edərək iki dəfə 
Avropa İqtisadi Birliyinə girmək istəsə də, hər dəfə Şarl de 
Qoll bu məsələ üzərinə veto qoyurdu. Şarl de Qollun 
ölümündən sonra 1973-cü ilin yanvarında İngiltərə AİB-ə daxil 
oldu. 
Böyük Britaniya leyboristlər hökumətinin 
hakimiyyəti dövründə (1974-1979-cu illər). 1974-cü ildə 
ölkədə tətil hərəkatı xeyli gücləndi. Böhranla, xüsusilə yanacaq 
və xammal çatışmamazlığı ilə əlaqədar olaraq Edvard Hit 
hökuməti fövqəladə vəziyyət elan etdi. Bir sıra müəssisələrdə 
üç günlük iş həftəsinə keçildi. Ölkədə sənaye istehsalı 30% 
aşağı düşdü. İşsizlik artdı. Bütün bunlar 1974-cü ilin oktyabr 


182
ayının 10-da keçirilən parlament seçkilərində leyboristlərin 
əksəriyyət qazanmasına və yenidən Harold Vilsonun başçılığı 
altında leyboristlər hökumətinin təşkilinə gətirib çıxardı. 
Hökumət yenə də milliləşdirməni tətbiq etdi, əmək haqqlarını 
20% artırdı, fövqəladə vəziyyəti ləğv etdi, normal iş həftəsinə 
keçirildi. 1974-cü ildə leyboristlər «Sənayedə münasibətlər 
haqqında» qanunu ləğv etdilər, haqqı ödənilən məzuniyyətə 
üçüncü həftə də əlavə olundu. Hökumət infilyasiyaya qarşı fəal 
mübarizəyə başladı. «Gəlir siyasəti» könüllü xarakter aldı. 
Pensiyalar və işsizlərə yardım artırıldı. Hər il mənzil haqlarının 
artması «donduruldu». Bununla belə, hökumət milli sənaye və 
ərzaq məhsulları üzərində qiyməti artırdı. Gəlir vergisi və 
dolayı vergilər də artırıldı. Ərzaq məhsulları üzərində dövlət 
subsidiyaları ixtisar edildi. Mənzil tikintisi üçün ayrılan 
təxsisatlar azadıldı. 1975-ci ilin iyulunda antiinfilyasiya 
haqqında proqram qəbul edildi. Əmək haqlarının artırılması 
məhdudlaşdırıldı. 1976-cı ildə həmkarlar ittifaqları ilə 
sahibkarlar arasında qarşılıqlı güzəştlər haqqında «sosial 
kontrakt» bağlandı və 1978-ci ilə qədər o, qüvvədə oldu. 
Hökumət öhdəsinə götürdü ki, əmək haqqlarını 
azaltmayacaqdır.
Leyboristlər hökuməti də ölkədəki iqtisadi böhranı 
aradan qaldırmağı bacarmadı. Ona görə də, 1976-cı ilin 
martında baş nazir Vilson həm hökumətin, həm də leyboristlər 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin