151
bu da əhalinin gəlirinin artması sürətinin aşağı olmasına səbəb
olurdu. Ən həyəcan doğuran fakt isə sahibkarların fəallıq
səviyyəsinin aşağı olması idi. Dövlətin əsas kapital
qoyuluşunun həcmi 96,4% artsa da, xüsusi müəssisələrdə bu
artım 4,3% aşağı düşdü. Xüsusi kapitalın xaricə axını artdı.
1980-ci ildə irəli sürülmüş VIII beşillik plan qəmli fraza kimi
səsləndi.
70-ci illərin II yarısında hökumətdə çoxluq təşkil
edənlərlə (XRHP, «Müstəqil» respublikaçılar, Demokratik
mərkəz) sol qüvvələrin (FKP, FSP, sol radikallar) ittifaqı
arasında ixtilaflar gücləndi. Burjua partiyalarında qruplaşma
başlandı. 1976-cı ilin dekabrında J.Şirakın təşəbbüsü ilə
«Respublikanı müdafiə birliyi» adlı geniş koalisiya yarandı və
o, qollizmə həmişə sadiq qalacağını bildirdi. 1977-ci il
mayında lideri J.D`Esten olan Müstəqil respublikaçıların milli
federasiyası, «Sosial və liberal nəsil» və digər başqa təşkilatlar
birgə qurultay keçirdilər. 1978-ci ilin yanvarında Respublika
Dostları ilə paylaş: