Microsoft Word s?may?kitab?sas doc


partiyası sosialistlərə məsləhət gördü ki, iki partiyalı hökumət



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası sosialistlərə məsləhət gördü ki, iki partiyalı hökumət 
təşkil etsin. Lakin sosialistlər buna razı olmadılar. Burjua 
partiyalarının təzyiqi ilə başda sosialist partiyasının lideri 
L.Blüm olmaqla birpartiyalı kabinet təşkil edildi. Sağ 
sosialistlər hökuməti əmək haqlarının artırılmasına qarşı çıxdı, 
Vyetnamda müharibəyə başladı. ABŞ-la bir sıra maliyyə 
sazişləri bağladı.
1947-ci ilin yanvar ayının 16-da ölkədə prezident 
seçkiləri keçirildi. Prezident sosialist Vensan Oriol seçildi. 
Tezliklə Leon Blüm istefa verdi və sağ sosialist Rmadyenin 
başçılığı ilə üçpartiyalı koalisiyalı hökumət təşkil edildi. Onun 


136
tərkibinə Xalq Respublika hərəkatı partiyasının nümayəndələri 
və beş kommunist daxil oldu. 1947-ci ildə Reno avtomobil 
zavodunda fəhlələr əmək haqqlarının və iş şəraitlərinin 
yaxşılaşdırılması ilə əlaqədar tətil edərkən kommunistlər onları 
müdafiə etdilər. Hökumətin tərkibində fikir ixtilafı yarandı. 
Kommunistlər hökumətdən kənarlaşdırıldılar və 1982-ci ilə 
qədər hökumətin tərkibinə daxil ola bilmədilər.
1947-ci ildə Şarl de Qoll «Fransız xalqının birliyi» 
partiyasını yaratdı. Bu partiyanın məqsədi Fransada güclü 
hakimiyyət yaratmaq idi. Bu partiya həmçinin Qərbi Arvopa 
ölkələrinin vahid iqitsadi və siyasi blokda birləşməsini irəli 
sürürdü. Ş.de Qolla görə belə olardısa, Qərbi Avropa həm 
SSRİ-yəə qarşı dura bilər, həm də ABŞ-dan asılı olmazdı. 
Dördüncü respublikanın fəaliyyətindən bir il keçməmiş 
iqtisadiyyat komissarı Monne tərəfindən xüsusi plan işlənib 
hazırlandı ki, bu da Fransa tarixinə «Monne planı» kimi düşdü. 
Monne planının məqsədi Fransa iqtisadiyyatının 
modernləşdirilməsi və onun dövlət tərəfindən tənzimlənməsinə 
şərait yaratmaq idi. Bu məqsədlə 1947-ci ildə beşillik plan 
qəbul edildi. Bu plan ilk vaxtlar özünü doğrultdu. Fransa 
Marşall planına qoşularaq ABŞ-dan aldığı 1,2 milyard dollar 
yardımın xeyli hissəsini sənayenin modernləşməsinə verdi. Bu 
dövrdə kapital qoyuluşunun əksəriyyəti sənayeyə 
istiqamətləndirilmişdi. Bu isə sənayenin sürətli inkişafına 
imkan verirdi. Dövlət inhisarçı kapitalın artımı da sürətləndi. 
İstehsalın mərkəzləşməsi gücləndi. İqtisadiyyatın 
proqramlaşdırılması ilk növbədə dövlət bölməsi müəssisələrinə 
şamil edilirdi. Hökumət və inhisarçılar arasında bağlanan 
sazişlərdə iri müəssisələr üçün plan tapşırıqları müəyyən edildi. 
Dövlətin nizama salma siyasəti həmçinin kredit buraxmaq
vergi imtiyazları, iri müəssisələri icarəyə vermək, xarici 
valyuta məsələlərini və s.-ni də əhatə edirdi. 1948-ci ildə 
Fransa sənaye məhsulu istehsalına görə müharibədən əvvəlki 
səviyyəyə çatdı. 1950-ci ildə kənd təsərrüfatı məhsulu 


137
istehsalına görə müharibədən əvvəlki səviyyəni ötüb keçdi. 
1949-cu ildə ölkədə kartoçka sistemi ləğv edildi. 1946-1958-ci 
illərdə Fransada sənayenin yeni sahələri (qaz və neftçıxarma, 
nefttəmizləmə, atom, elektron, kimya və s.) meydana gəldi. 
Əsaslı kapitalın yeniləşməsi başlandı. Texniki baza genişləndi. 
Bunun müəyyən hissəsi ən yeni avadanlıqlar üçün sərf edilirdi. 
Bütün bu tədbirlər Fransanın iqtisadi inkişafını sürətləndirsə 
də, lakin kapitalist iqtisadiyyatının qeyri-sabitliyini aradan 
qaldırmağı bacarmadı. İnhisarların mövşeyi gücləndi.
Fransanın iqtisadi həyatında canlanmanın müşahidə 
edilməsi heç də onun siyasi həyatının sabit qalmasından xəbər 
vermirdi. Dördüncü respublika dövründə Fransada 14 dəfə 
hökumət dəyişikliyi oldu. 1947-ci ilin noyabrın 22-də Xalq 
respublika hərəkatı partiyasının liderlərindən olan Robert 
Şumanın başçılığı altında hökumət təşkil edildi. Bu hökumətin 
tərkibi əsasən Xalq respublika hərəkatı partiyasının 
nümayəndələri və sosialistlərdən ibarət idi. Bu hökuməti bəzən 
«üçüncü qüvvələr partiyalarının bloku» da adlandırırlar. Şuman 
hökuməti tətilə qarşı mübarizəyə başldaı. Daxili işlər naziri 
Jukl Mak mübarizə aparan fəhlələrə qarşı qoşun və polisdən 
istifadə etdi. Şuman hökumətinin antifəhlə siyasəti 
sosialistlərin vəziyyətini çətinləşdirdi. Onlar müxalifətə 
keçməyə məcbur oldular. 1948-ci ilin sentyabrın 11-də radikal 
sosialist Anri Keyin başçılığı altında hökumət təşkil edildi. 
Hökumət antifəhlə siyasətini davam etdirdi.
1950-1953-cü illərdə Fransa iqtisadiyyatında enmə, 
1953-cü ildən sonra isə bir sabitlik nəzərə çarpmağa başladı. 
İstehsalın və kapitalın mərkəzləşməsi və təmərküzləşməsi 
gücləndi, xırda və orta müəssisələr birləşməyə başladı. 
Sənayenin dövlət bölməsi inkişaf etdi. Fransa kapitalist 
inteqrasiyası prosesində fəal iştirak etməyə başladı. 
Mərkəzləşmə prosesi Fransanın kənd təsərrüfatını da əhatə etdi. 
XX əsrin 50-ci illərində 900 min kəndli təsərrüfatı öz 
mövqeyini itirdi. Kəndlilər şəhərə üz tutdular. İnflyasiya nəzərə 


138
çarpmağa başladı. Ancaq 1958-ci ildə real əmək haqqı 1938-ci 
ildəkindən yüksək oldu. 
50-ci illərdə Fransada mühafizəkar və mütərəqqi 
qüvvələr arasında mübarizə gücləndi. 1951-ci ilin mayında 
kommunistlərin əleyhinə olan yeni seçki qanunu tətbiq edildi. 
1951-1956-cı illərdə Fransanı idarə edən Mendes Fransın 
başçılıq etdiyi «sağ mərkəz hökuməti»nin dövründə sağa 
dönüş surətləndi. 1952-ci ildə FKP əleyhinə ittihamlar səsləndi 
ki, guya o, dövlətə qarşı qəsd hazırlayır. 1954-cü ildə 
konstitusiyaya bir sıra antidemokratik dəyişikliklər edilməsinə 
nail olundu. Hökumətin, prezidentin səlahiyyətləri artırıldı. 
Milli Məclisin hüquqları məhdudlaşdırıldı. Ölkədə siyasi 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin