Microsoft Word s?may?kitab?sas doc


partiyasının və keçmiş sosial-demokratlar qrupunun



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə11/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının və keçmiş sosial-demokratlar qrupunun 
birləşdirilməsi yolu ilə təşkil edilmiş Sollar partiyası da iştirak 
etdi və 5%-lik həddi keçərək 8,7% səs toplayıb bundastaqda 54 
yer qazandı. 
ASDP – 34,3 %, XDİ/XSİ 35,2%, «Yaşlılar» partiyası isə 
8,1 % səs topladı. Nəticədə AFR tarixində ikinci dəfə (birinci 
dəfə 1966-1969-cu illərdə təşkil edilmşidir). ASDP ilə 
XDİ/XSİ-nin üzvlərindən ibarət «böyük koalisiya» hökuməti 
təşkil edildi. XDİ-nin lideri Angela Merkel kansler seçildi. 
Xarici işlər naziri Frank-Valter Staynmayer isə sosial-
demokratlardan idi. 
2006-cı ilin mayında ASDP-nin sədri Kurt Bek seçildi. 
2004-2006-cı illərdə partiya öz tərkibini 7%-ə qədər itirdi. 
Onun tərkibində 590 min nəfər qaldı. 
Kansler A.Merkel «saflaşdırma, islahatlaşdırma, sərmayə 
ayırmaq» şüarını irəli sürdü. Vergi qoymaq məsələsində hər iki 
hakim partiya qarşılıqlı surətdə güzəştə getdilər. 2007-ci ildən 
pensiya yaşını 65-dən 67-yə qədər artırmaq məsələsi irəli 
sürüldü. Bu işi 2009-cu ilə qədər həll etmək nəzərdə tutulurdu. 
Yeni kabinetin qarşısında duran vəzifələrdən biri 
büdcənin «sabitləşdirilməsi» məsələsi idi. Bundan məqsəd
dövlət borclarının ödənilməsi idi. 2010-cu ilə qədər məmurlar 
üçün olan mükafatlar məhdudlaşdırıldı, parlamentarilər və ştat-
katiblər üçün isə tamamilə təxirə salındı. 2007-ci ildən gəliri 
500 min avrodan yuxarı olanlar üçün vergilər 42%-dən 45%-ə 
qaldırıldı. İqitsadiyyatı canlandırmaq və əmək bazarını 
tənzimləmək üçün 25 milyard avro sərmayə ayırmaq nəzərdə 


128
tutulurdu. Ölkədə 5 milyon işsizin (ölkənin əməkqabiliyyətli 
əhalisinin 12,1%-i) olması da böyük problem idi. 
2007-ci ildə Şröderin kanslerliyi dövründə keçirilmiş 
islahatlar öz bəhrəsini verdi. 2007-ci ilin yekunlarına görə 
Almaniya iqitsadiyyatının artım surəti Avropada ən yüksək 
hesab edilirdi. 2008-ci ildə ölkədə 1,5 milyona qədər işsiz var 
idi. Bunun bir səbəbi də pensiyaya çıxarılanların çox olması 
ilə əlaqədar idi. İqtisadi artımın davam etməsi isə ilk növbədə 
ixracla bağlı idi. Məsələn, BVM alman avtokonserni 2007-ci 
ildə 1,5 milyon ədəd avtomobil satmışdı ki, bu 2006-cı ildə 
satdığından 9% çox idi. 
A.Merkel hökuməti dövlət işçilərinin əmək haqqını 
dondurdu. Hökumət 2007-ci ildə kömür şaxtalarının 2017-ci 
ilədək işinin dayandırılması haqqında qərar qəbul etdi ki, bu 
30000 fəhlənin işsiz qalması demək idi. Saarda zəlzələ 
nəticəsində kömür şaxtalarında iş daha əvvəl dayandırılmalı 
oldu. Bu isə hökumətdən narazılığı daha da gücləndirirdi. 
2008-ci ilin martında 1,3 milyon işçinin tətilindən sonra 
əmək haqqı məsələsində hökumətlə həmkarlar ititfaqı arasında 
kompromis alındı. 
2009-cu ilin fevralında bankdan milliləşdirmək və sosial 
xərcləri azaltmaq haqqında qanun verildi. 
Markel kabinetinin xarici siyasəti. Merkel hökuməti 
xarici siyasətdə ilk növbədə Avropa istiqamətinə söykənirdi. 
Almaniya Fransa ilə birlikdə Avropa inteqarsiyasının yenə də 
«motor»u hesab edilirdi. 2008-ci ilin mayında AFR 2007-ci ilin 
dekabrın 13-də Aİ-nin Lissabon sammitində imzalanmış 
müqaviləni bəyəndi. O, Şengen vizasının 9 yeni ölkəyə (Polşa, 
Macarıstan, Çexiya, Slovakiya, Sloveniya, Malta, Pribaltika 
respublikaları) aid edilməsini (2007-ci ilin dekabrın 21-dən) 
müdafiə etdi. 
2008-ci ilin fevralın 17-də AFR Kosovanın müstəqilliyini 
tanıdı AFR ABŞ-la münasibətdə «yeni başlanğıc», yeni 
atmosfera yarandığını elan etdi. Merkel Şröderlə müqayisədə 


129
ABŞ-a daha çox yaxınlaşmaq tərəfdarı idi. Ancaq ABŞ-AFR 
münasibətləri tərəflərin maraqları ilə müəyyən edilirdi. Şröder 
kimi Merkel də alman silahlı qüvvələrinin İraqa göndəril-
məsinə razılıq vermədi. O, Əfqanısdandakı qoşun kontin-
gentinin sayını artırmağa razı olsa da, onların Əfqanıstanın 
daha gərgin rayonlarına göndərilməsinə etiraz etdi. Merkel Al-
maniyanın maraqları çərçivəsində ABŞ-la bağlı alyansı, tran-
satlantika münasibətlərini möhkəmləndirmək fikrinə tərəfdar 
olduğunu bildirdi. 
AFR əvvəlki kimi Rusiyaya strateji tərəfdaş kimi baxsa 
da, Rusiyada insan hüquqları problemini gündəliyindən sil-
məmişdi. Almaniya Rusiyanın bir sıra qayğılarını nəzərə alaraq 
məsələyə müstəqil mövqe nümayiş etdirmək istəyirdi. Al-
maniya Ukrayna və Gürcüstanın hələ NATO-ya girmək üçün 
hazır olmadığını birdirməklə yanaşı, hər bir dövlətin buna hü-
ququ olduğunu da inkar etmirdi. Almaniya NATO-nun Şərqə 
doğru genişlənməsinin Rusiyaya istiqamətlənməsinin əleyhinə 
idi. O, silahlar üzərində nəzarəti gücləndirmək tərəfdarı idi. 
Tərksilah məsələlərinə dair müqavilələrin istər ABŞ, istərsə də 
Rusiyanın birtərəfli qaydada imtina etməsini düzgün hesab 
etmirdi AFR həmçinin ABŞ-ın Çexiya və Polşada raketdən 
müdafiə qurğularını yerləşdirməsini bəyənmir və bu məsələnin 
bütövlükdə NATO-nun səlahiyyətlərinə daxil olduğunu gös-
tərirdi. Almaniya Rusiya ilə elektrikə dair dialoqu dəstəkləsə 
də, ondan enerji tabeliyində olmaqdan ehtiyat edirdi. AFR 
Rusiyaya qarşı ehtiyatlı siyasət yeridirdi. 
Hazırda, Almaniya-Azərbacan əlaqələri yüksələn xətt 
üzrə inkişaf edir. Almaniya Azərbaycana texniki və maliyyə 
dəstəyi göstərir. Energetika, ekologiya, hərbi-texniki sahədə 
əməkdaşlıq davam edir. 2007-ci ilin fevralında Azərbaycan 
Respublikasının prezidenti İlham Əliyev Almaniyaya rəsmi 
səfər etmiş, kansler Markel və başqa vəzifəli şəxslərlə görüşlər 
keçirmişdir. 


130
2009-cu ilin sentyabrında keçirilən parlament 
seçkilərində XDİ-XSİ bloku qələbə çaldı. Angela Merkel 
yenidən kansler oldu. Sosial-demokratlar cəmi 23% səs aldılar. 
Almaniya XXI əsrin ilk illərində də dünyanın aparıcı 
dövlətlərindən biri kimi öz mövqeyini saxlayır. Tarazlayıcı 
xarici siyasət yeridərək dünyanın güc mərkəzlərindən biri olan 
Avropa İttifaqında mühüm rol oynayır. Hazırda Almaniya 
çalışır ki, BMT Təhlükəsizlik Şurasının üzvü olsun və orada 
işlədilən dillərə alman dili də əlavə edilsin. O, buna dünyanın 
inkişaf etmiş qabaqcıl dövləti kimi haqqı olduğunu iddia edir. 
Almaniya Federativ Respublikasının daxili və xarici 
siyasətində Qərb yönümünə yenə də üstünlük verilir.


131
IV. FRANSA 
Fransa üçün Ikinci dünya müharibəsinin nəticələri. 
Birinci dünya müharibəsində olduğu kimi, İkinci dünya 
müharibəsindən də Fransa qalib dövlət kimi çıxdı. Lakin bu 
qələbənin nəticələri onun üçün o qədər də ürəkaçan deyildi. 
Birinci dünya müharibəsi ilə müqayisədə Fransanın insan itkisi 
xeyli az – 600 min nəfər olsa da, ölkə ərazisində dağıntılar 
daha çox idi. 1400 min hektar torpaq sahəsi, 2 mlyon 100 min 
ev, 253 min kəndli təsərrüfatı, 195 500 sənaye müəssisəsi, 
1000 körpü yararsız hala düşdü. Ölkəyə dəyən ümumi zərər 4,8 
trilyon frank təşkil edirdi. 1945-ci ildə dövlət büdcəsinin kəsiri 
200 milyard frank təşkil edirdi. Müharibə nəticəsində sənaye 
istehsalı 1938-ci illə müqayisədə 38%-ə, kənd təsərrüfatı 
məhsulları istehsalı isə 50%-ə düşdü. Frankın dəyəri 6 dəfə 
azaldı. Fransanın məhsuldar qüvvələrinin 10%-i məhv edildi. 
Müharibə Fransanın dünyadakı nüfuzunu xeyli sarsıtdı. Çünki 
o ABŞ-dan iqtisadi cəhətdən asılı düşdü və ona borclu olan 
dövlətə çevrildi. Fransada işsizlərin sayı 600 mini ötüb keçdi.
Müharibə Fransanın bir müstəmləkəçi dövlət kimi də 
zəifləməsinə səbəb oldu. Belə ki, 1943-cü ildə Suriya, 1945-ci 
ildə Livan onun mandatından çıxdı, Hind-Çində milli-azadlıq 
hərəkatı gücləndi. 1946-cı ildə Vyetnam xalqı öz azadlığı 
uğrunda müharibəyə başladı.
İkinci dünya müharibəsinin son dövründə sinfi 
qüvvələrin yenidən qruplaşması başlandı. Köhnə siyasi 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin