122
keçildi. Orada sosial xərclər və iqtisadiyyatın inkişafına xüsusi
kapital qoyuldu. Bu isə qərb zonasında vergilərin artmasına
səbəb oldu. Almaniyanın birləşməsi onun beynəlxalq
vəziyyətini də möhkəmləndirdi.
Hələ 1990-cı ilin yanvarında Helmut Kol bildirdi ki, AFR
artıq beynəlxalq problemlərin həllindən, münaqişələrin nizama
salınmasında iştirakdan kənarda qalmaq istəmir. Söhbət faktiki
şəkildə AFR-in hərbi doktrinasının dəyişməsindən gedirdi.
Alman qoşunları ilk dəfə 90-cı illərin ortalarında Bosniya və
Hersoqovinada keçirilən sülhməramlı əməliyyatlarda iştirak
etdilər. AFR NATO-da mövqeyini möhkəmlətməklə yanaşı
Rusiya ilə də münasibətlərin möhkəmlənməsinə xüsusi
əhəmiyyət verirdi. 1992-ci ilin dekabrın 16-da Moskvada
H.Kolla B.Yeltsin arasında gedən danışıqlar nəticəsində
Almaniya öhdəsinə götürdü ki, Almaniyadakı rus hərbi
qulluqçularının vətənə qayıtması üçün 550 milyon marka əlavə
pul versin. 1994-cü il avqustun 31-də rus qoşunları
Almaniyadan tamamilə çıxarıldılar. AFR xarici siyasətində
Qərbi Avropa ilə inteqrasiyaya xüsusi diqqət yetirirdi. 1997-ci
ildə Avropa İttifaqının XXI əsr üçün inkişaf strategiyasını
müəyyən edən Amsterdam müqaviləsinin imzalanmasına
hazırlıqda Helmut Kolun xüsusi xidmətləri olmuşdur.
AFR Herhard Şröderin kanslerliyi dövründə. 1998-ci
ilin oktyabrında keçirilən bandestaq seçkilərində sosial-
demokratlar 40,9% səs toplayaraq 298 mandat qazandılar.
Müstəqil demokratlar 6,2%, XDİ-XSİ bloku 35,3%, «Yaşıllar»
Dostları ilə paylaş: