partiyasının sədridir.
2008-ci ilin dekabrında Rusiya Federasiyasında
konstitusiyada dəyişikliklər edilməsi ilə əlaqədar referendum
keçirildi. Referendum nəticəsində prezidentin səlahiyyət
müddəti dörd ildən altı ilə qaldırıldı.
XX əsrin 90-cı illərində Rusiya Federasiyasının xarici
siyasəti. Bu dövrdə Rusiya Federasiyası öz xarici siyasətində
NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq üçün
müasir dünyanın sürətlə inkişaf edən dövlətləri olan Çin və
Hindistanla münasibətləri yaxşılaşdırmağa xüsusi diqqət
yetirdi. 1996-cı ildə B.Yeltsin Çinə səfər zamanı belə bir ifadə
işlətdi ki, hazırda biz, yəni Çin və Rusiya dünyaya diktə
edirik.
1997-ci ilin martında Varşavada B.Yeltsinlə Bill Klinton
arasındakı danışıqlarda Rusiya tələb etdi ki, o, NATO-nun
qərarları üzərinə veto qoymaq hüququna malik olsun.
B.Klinton bunu qəbul etməməklə bərabər belə bir şərtlə
razılaşdı ki, Rusiyanın sərhədinə yaxın olan ölkələrdə NATO-
nun hərbi bazaları yerləşdirilməsin. B.Yeltsinin Qafqaza
münasibətini «böyük bir minus» hesab edən V.Putin Rusiyanın
Cənubi Qafqaza diqqətinin artırılmasının vacibliyini göstərdi.
İsrail-ərəb münaqişələrində Rusiya ərəbləri müdafiə edirdi.
1994-1995-ci və 1998-ci illər Yuqoslaviya hadisələri
zamanı Rusiya Kosovo albanlarını deyil, Yuqoslaviya rəhbər-
liyini müdafiə etdi. Xəzərin statusu məsələsində Rusiyanın
mövqeyi Azərbaycan və Qazaxıstanla üst-üstə düşür. 1997-ci
ilin Denver Sammitində Rusiya Federasiyası «Yeddilər qru-
puna» daxil oldu və qrup «Yeddi+bir» adlandı. 1998-ci ildən
isə rəsmi olaraq bu qrup «Səkkizlər qrupu» adlanmağa başladı.
92
1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində iştirak
edən Rusiya prezidenti B.N.Yeltsin Çeçenistan məsələsində
sərt mövqe tutduğunu bir daha bildirdi və sammiti
nümayişkarənə surətdə tərk etdi.Son illərdə NATO-nun şərqə
doğru genişlənməsi, Polşada radar qurğuları yerləşdirməsi,
Ukrayna və Gürcüstanın NATO-ya girmək istəyi Rusiyada çox
böyük narahatlığa səbəb olmuşdu. 2008-ci ilin avqustunda RF
ilə Gürcüstan arasında «beşgünlük müharibə» kimi tarixə daxil
olan müharibə oldu.Rusiya hazırda dünya siyasətində aparıcı
rol oynayan dövlətlərdən biridir.
III. ALMANİYA
Almaniya Ikinci dünya müharibəsindən sonrakı ilk
dövrdə. AFR və ADR-in təşkili. Almaniya Ikinci dünya
müharibəsində də məğlub oldu. Birinci dünya müharibəsində
Almaniyanın öz ərazisi o qədər də dağıntıya məruz
qalmamışdı. Lakin İkinci dünya müharibəsi dövründə
Almayniyanın şərqi və mərkəzi sovet silahları qüvvələri, qərbi
isə ingilis-fransız qoşunları tərəfindən bir xarabazara
çevrilmişdi. Müharibə nəticəsində Almaniya 13,5 milyon adam
itirmişdi ki, bunlardan 6,9 milyonu sovet cəbhəsindən geri
qayıtmamışdı. Krım və Potsdam konfranslarının qərarlarına
əsasən Almaniya Oder və Neyse çaylarının qərb sahillərini
Polşaya, Kalininqrad vilayətini isə SSRİ-yə verməli oldu.
Həmin ərazilərdə yaşayan 9 milyon alman qaçqın vəziyyətində
Almaniyaya qayıtmış, mənzilsiz və ərzaqsız qalmışdı.
Almaniyada sənaye istehsalı müharibə dövründə 30% azalmış
və əhalinin həyat səviyyəsi müharibədən əvvəlkinə nisbətən
30% aşağı düşmüşdü. Maddi itkilər həm də böyük maliyyə
böhranına səbəb olmuşdur. Dövlət borcları 1938-ci ilin
sonundakı 27,2 milyard markadan 1945-ci ilin mayına kimi
377,3 milyard markaya qalxmışdı. İnflyasiya müharibədən
əvvəlki dövrlə müqayisədə 600% təşkil edirdi. İş günü 16 saata
93
qədər uzanmışdı, əmək haqqı isə 1940-cı il səviyyəsində
qalırdı. Ən dəhşətlisi əhalidə çox böyük ruh düşükünlüyünün
olması idi.
İkinci dünya müharibəsinin Almaniya üçün ən faciəli
nəticələrindən biri də onun vahid dövlət kimi varlığını itirməsi
idi. Almaniyanın taleyi məsələsi antihitler koalisiyasına daxil
olan əsas dövlət başçılarının müharibədən sonrakı dünyanın
tənzimlənməsində müzakirə etdikləri ən başlıca məsələ idi.
1944-cü ilin sentyabrında ABŞ-ın maliyyə naziri Henri
Morqantaunun Almaniya barəsində işləyib hazırladığı plan
müttəfiqlərin Kvebekdəki konfransında bəyənildi. Bu plan
Almaniyanın ərazisinin müttəfiqlər arasında bölünməsi, onun
sənaye potensialının və kənd təsərrüfatının stimullaşdırılması
üzərində ciddi beynəlxalq nəzarət qoyulmasını tələb edirdi. Bu
plan müttəfiqlərin Yalta konfransında da bəyənildi. 1945-ci ilin
iyul ayının 17-si ilə avqust ayının 2-si arasında olan Potsdam
konfransında Almaniyanın ərazisi dörd - şərqi-sovet, şimal-
şərqi-ingilis, qərbi-fransız, cənubu isə ABŞ-ın işğal zonasına
bölündü. Həmin işğal zonalarında bu dövlətlərin qoşunları
saxlanılırdı. Sovet işğal zonası Almaniya ərazisinin 40%-ni,
əhalisinin 30%-ni, istehsal potensialının isə 33%-ni əhatə
edirdi. SSRİ Almaniyadan Qərb dövlətlərinin xeyrinə olaraq
qızıl almaqdan imtina etdi, lakin qərb işğal zonasından sənaye
avadanlığının 10%-ni almaq hüququnu özündə saxladı.
Almaniyanın donanması SSRİ, ABŞ və Böyük Britaniya
arasında bölüşdürülmüşdü. Almaniyaya aid ümumi məsələlər
isə həmin dövlətlər tərəfindən təyin edilmiş nəzarət şurası
tərəfindən yekdillik prinsipi əsasında həll edilirdi. Sovet işğal
zonasına Jukov, ingilis işğal zonasına Manthomeri, fransız
işğal zonasına Latr de Tassini, ABŞ işğal zonasına isə ikinci
cəbhənin komandanı olmuş Eyzenhauer başçılıq edirdi.
Nəzarət şurası Almaniyada «D» planını həyata keçirməli idi.
Həmin plana əsasən Almaniya tamamilə silahsızlaşdırılmalı,
faşizmin kökü kəsilməli, o, demokratik dövlətə çevrilməli idi.
94
1945-ci ilin noyabrından 1946-cı ilin oktyabrına qədər
Nürnberqdə Beynəlxalq tribunal hərbi və nasist canilərinin
işinə baxdı. Cinayətin dərəcəsinə görə ittiham olunanlar beş
qrupa bölünürdü. Ən şiddətli cəzaya əsas günahkarlar məruz
qaldılar. İttiham olunanların, demək olar ki, 95%-i bəraət aldı.
1946-cı ilin iyunun 30-dan dörd işğal zonası rəhbərlərinin
razılaşması nəticəsində sovet və qərb işğal zonaları arasında
insanların və malların hərəkəti üzərində ciddi nəzarət rejimi
həyata keçirilməyə başladı. Bu rejim yalnız dörd işğal zonasına
bölünmüş. Berlinə aid edilmədi. Bu da onun dəfələrlə
mübahisə mənbəyi olmasına gətirib çıxartdı. Lakin
müharibənin son dövründə müttəfiqlər arasında yaranan fikir
ayrılıqları və qarşıdurma Almaniyanın vahid dövlətdə birləş-
məsinə mane oldu, onun parçalanmasını labüd etdi.
SSRİ Almaniyanı bitərəf dövlət kimi görmək istəyirdi,
qərb dövlətləri isə onun kapitalizm quruluşunda qalmasını
istəyirdilər.
Müharibənin qurtarması Qərbi Almaniyanın müxtəlif
təbəqələrinin siyasi fəallığını canlandırdı. İlk dövrlərdə qərb
zonasında antifaşist təşkilatları fəallıq göstərirdi. Dövlət Krup,
Flik, Rexlinq, «İQ-Farbenindustri» firmasının müəssisələrini,
həmçinin Rur metallurgiya müəssisələrini müsadirə etdi və
milliləşdirdi. Lakin tezliklə qərb işğal zonasında, yəni ingilis,
fransız və amerikan zonasında müharibədən sonra dərhal SSRİ-
yə qarşı dura biləcək qüdrətli Almaniyanı bərpa etmək məsələsi
ön plana keçdi. Artıq müttəfiqlər bu zonada Almaniyanı
zəiflətmək planından əl çəkərək təzminatı dayandırdılar.
Həmçinin ona avadanlıq və ərzaqla kömək etməyə başladılar.
1945-1946-cı illərdə Qərb zonada yerli özünüidarə orqanları
təşkil edildi. Nasist partiyasının keçmiş üzvləri həbsdən azad
edilərək ölkənin siyasi və təsərrüfat həyatında fəal iştirak
etməyə başladılar. Eyni zamanda antifaşist təşkilatlar
sıxışdırılmağa başladı. 1946-cı ilin dekabrında ingilis və
amerikan işğal zonaları birləşərək Bizoniya təşkil etdilər.
95
1948-ci ilin fevralında isə Fransa işğal zonası da buna
qoşularaq Trizoniya təşkil edildi. 1948-ci ilin iyunun 20-də
qərb zonasında inflyasiya hökm sürdüyünə görə şərq zonası
nəzərə alınmadan seperat pul islahatı keçirildi. Qiymətdən
düşmüş reyx-marka alman markası ilə, yəni doyçmarka ilə
əvəz edildi. Pulun dəyəri birə on qat artırıldı. Belə ki, əhaliyə
40 marka əvəzinə 40 doyçmarka verilirdi. Qalan pullar isə 6,5-
in 100-ə nisbətində ödənilirdi. Qalan 65% pullar ləğv edildi.
Təqaüdüdlər, əmək haqları, müavinatlar 1:1 nisbətində yenidən
hesablanılırdı. Bütün keçmiş dövlət öhdəliklərinin hamısı ləğv
edildi. Bu hadisə SSRİ tərəfindən qəti etiraza səbəb oldu.
Nəticədə SSRİ 1948-ci ilin iyunun 24-də qərbi Berlini
mühasirəyə aldı. Bu zaman müttəfiq dövlətlər «Berlinin
havaya qalxması» əməliyyatı həyata keçirərək oradakı əhalini
aviasiya vasitəsi ilə ərzaqla təchiz etdilər. Yeni dünya
müharibəsinin başlanacağından qorxuya düşən Stalin Berlinin
mühasirəsindən əl çəkmək barədə əmr verdi. 1948-ci ilin
avqustun 30-da aparılan dövrdtərəfli danışıqlar nəticəsində
Berlində qərb markası götürüldü. Xüsusi statusa Malik Qərbi
Berlin təşkil edildi. Almaniyada əvvəl pul çoxluğu, mal qıtlığı
var idisə, pul islahatından sonra isə mal çoxluğu, pul qıtlığı
başladı. Ölkə iqtisadiyyatı canlandı. Ən çox neftçıxarma,
maşınqayırma, elektrotexnika, avtomobil və digər sahələr
inkişaf etməyə başladı. 1948-ci ilin iyunun 24-də Sovet işğal
zonasında da köhnə markalar xüsusi kuponlarla əvəz edildi.
İkinci Dünya müharibəsindən sonra Almaniyanın qərb
işğal zonasında sinfi qüvvələrin yenidən qruplaşması baş verdi.
Faşizm dövründə fəaliyyəti qadağan edilmiş sosial-demokrat
və kommunist partiyaları açıq fəaliyyətə başladılar. Onlar
birləşmək istədilər. Lakin sosial-demokratların sağ qanadının
başçısı Kurt Şumaxer Hannoverdə «büro» təşkil etdi və
birləşməyə qarşı çıxdı. 1945-ci ilin oktyabr ayının 5-6-da
sosial-demokratlar öz konfranslarını çağırıb özlərini bütün
Qərbi Almaniyada yeganə sosial-demokrat partiyası elan
96
etdilər. Almaniya sosial-demokrat partiyası o zaman Almaniya-
da ən çox saylı partiyalardan biri idi. 1948-ci ildə onun
üzvlərinin sayı 711 min nəfəri ötmüşdü. Almaniya kommunist
Dostları ilə paylaş: |