Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
54
onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə uyğunlaşır.
4. Tənha tip (tərk dünya) - həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır,
situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.
3. Q.S.Sallivenın interpersonal nəzəriyyəsi
Şəxsiyyətin klinik nəzəriyyəsinin digər nümayəndəsi Amerika psixoloqu
Q.S.Salliven (1892- 1949) olmuşdur. O, əsasən K.Xorninin istiqamətini qəbul etmişdir.
Onun fikrincə psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, subyektlərin
birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət olmalıdır. Salliven şəxsiyyətin inkişafının
mexanizmini aşağıdakı şəkildə nəzərdə tutur:
1) incəliyə, əzizlənməyə tələbat, 2) həyəcandan qaçmaq cəhdi.
Sallivenin fikrincə təhlükəsizliyə olan tələbat, həyəcandan qaçmaq cəhdi sosial
xarakter daşıyır, lakin bu sosiallıq uşaq doğularkən onun üzvü tələbatına daxil olur.
Salliven belə hesab edir ki, uşaq doğularkən hər iki mexanizm mövcud olur və onlar
şəxsiyyətin inkişaf mexanizmini təşkil edirlər. Lakin insan yaşadığı xarici aləmdə daima
onu təmin etməyən və həyəcan doğuran hallarla rastlaşır. Məhz xarici aləmlə həmin
mübarizədə, başqa sözlə, narahatlıqla mübarizədə insan şəxsiyyəti formalaşır.
Salliven bunu «
mən- sistem» adlandırır. O göstərir ki, «
mən-sistem»
, daha
doğrusu, şəxsiyyət,
birincisi, şüursuzluq səviyyəsində narahatlıqla mübarizədə,
ikincisi,
həmin narahatlıqdan yaxa qurtarmaq üçün müxtəlif vasitələri tapma prosesində inkişaf
edir. «Mən-sistem» uşağı, yeniyetməni, sonradan isə yaşlı adamları əvvəlcə ananın, sonra
isə başqa adamların, məsələn, iş yerindəki həmkarlarının köməyinə qaçmağa məcbur
edir. Beləliklə də Sallivenə görə şəxsiyyətlərarası münasibətlər formalaşan şəxsiyyətin
mexanizmi kimi özünü göstərməyə başlayır.
Dostları ilə paylaş: