Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
1. B.F.Skinnerin nəzəriyyəsi Bu sahədə B.F.Skinnerin (1904-1990) nəzəriyyəsi xüsusilə diqqəti cəlb edir.
B.Skinner müasir Amerika biheviorist psixologiya məktəbinin nümayəndəsi olmuşdur. O,
neobiheviorizmin əleyhinə çıxmış, psixologiya yalnız stimul, reaksiya və həmin
reaksiyaların möhkəmləndirilməsinin zahiri müşahidə olunan qanunauyğunluqlarını
qeyd etməklə kifayətlənmişdir. B.Skinner “Operant” (operasiya, əməliyyat sözündən) öyrənmə konsepsiyasını irəli sürmüşdür. Bu konsepsiyaya görə orqanizm məhz ona görə
yeni reaksiya verir ki, özü onu möhkəmləndirir və yalnız bundan sonra xarici stimul
reaksiya yaradır. İlk növbədə Skinner operant davranışı bir sıra orijinal metodika və
cihazları tətbiq etməklə öyrənmişdir. O, proqramlaşdırılmış təlimin əsasını qoymuşdur.