Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 56
A.Bandura və D.Dollardın sosial təlim nəzəriyyələri də şəxsiyyətin biheviorist
nəzəriyyələri içərisində özünəməxsus yer tutmuşdur.
7.6. Şəxsiyyət haqqında humanist nəzəriyyə Humanistnəzəriyyə də şəxsiyyət haqqında psixoloji nəzəriyyələr içərisində özünə
samballı yer tutmuşdur. Bunlardan K.Rocersin və A.Maslounun özünüaktuallaşdırma
nəzəriyyəsi və R.Meyyin ekzistensional psixologiyası xüsusi diqqət doğurur. Həmin
nəzəriyyə tərəfdarları şəxsiyyətə cəmiyyətdəki həyat və fəaliyyət prosesində yaranan
hər hansı bir psixoloji törəmə kimi, insan təcrübəsinin inkişafı, ictimai davranış
formalarının mənimsənilməsi məhsulu kimi baxırlar.
Həmin istiqamətin nümayəndələrinin əsərlərində tez-tez belə bir fikir irəli sürülür
ki, insanda əvvəlcədən humaniod, altrustik tələbatlar mövcud olur və məhz həmin
tələbatlar insan davranışının mənbəyini təşkil edir.