Microsoft Word Sosial Psixologiya docx


Karl Rocersin özünüaktuallaşdırma nəzəriyyəsi



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə113/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   109   110   111   112   113   114   115   116   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

1. Karl Rocersin özünüaktuallaşdırma nəzəriyyəsi
Humanist  psixologiya  məktəbinə  mənsub  olan  amerika  psixoloqu  Karl  Rocers
(1902-1987)  şəxsiyyətin  strukturunun  fundamental  komponenti  kimi  mən
konsepsiyasını  qəbul  etmişdir.  Onun  nəzəriyyəsi  özünüaktuallaşdırma  adı  ilə
məşhurdur. Onun fikrincə mən konsepsiya subyektlə ətraf mühit (birinci növbədə sosial
mühit)  arasındakı  qarşılıqlı  təsir  prosesində  formalaşır  və  onun  davranışının
özünütənziminin  inteqral  mexanizmini  təşkil  edir.  Mən  konsepsiya  və  ideal  mən
haqqındakı  təsəvvürlər  arasındakı  uyğunlaşma,  eləcə  də  bilavasitə  real  tərübə  və  real
“mən” arasındakı uyğunluğun pozulması özünüaktuallaşdırma cəhdi yaradır.
Karl Rocersə görə hətta ən ilkin tələbat və cəhd insana o şəraitdə təsir göstərə bilər
ki,  onlar  müvafiq  normalara  uyğun  olsun.  Onun  fikrincə  tələbat  müsbət
qiymətləndirildikdə şəxsiyyətin inkişafı ilə yanaşı həmin tələbatlar daha da əsaslı olmağa
başlayır və son nəticədə insan öz orqanizminin tələbatlarının ödənilməsindən daha çox,
başqa adamların onu bəyənməsinə və ona hörmət etməsinə ehtiyac duymağa başlayır.
Hörmət əsasında özünəhörmət baş verir ki, bu da fərdin mühüm tələbatlarından birinə
çevrilir.

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin