Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
85
Mövzu 6
Qruplararası münasibətlər
Plan:
1. Qruplararası münasibətlərin tədqiqi problemləri
2. Qruplararası favoritizm və diskriminasiya
3. Qruplararası qavrayış
4. Qruplararası differensasiya və inteqrasiya prosesləri
1. Qruplararası münasibətlərin tədqiqi problemləri
Qruplararası qarşılıqlı münasibətin tədqiqi probleminə nəzər saldıqda, bu sahədə bir çox
alimlərin apardığı araşdırmalar diqqəti xüsusi olaraq cəlb edir. Bu problem sosial
psixologiyada qrupdaxili münasibətlərə nisbətən yenidir. Qruplararası münasibətlərin
öyrənilməsi psixoloji və sosioloji tədqiqatlarla sıx əlaqədardır. Əvvəla, bu sahədə aparılan
tədqiqatlar ardıcıl surətdə nəzərdən keçirdildikdə məlum olur ki, bilavasitə qruplararası
münasibətlər psixologiyası ilə məşğul olmayan, lakin sosial psixologiyanın digər müxtəlif
sahələrini tədqiq edən alimlərin əsərlərində qruplararası münasibətlər probleminin müxtəlif
aspektləri də ayırd edilir:
1. Q.Lebonun (1896) - Qruplararası aqresiya
2. Mak Dauqollun (1916) - Sosial davranış instinkti nəzəriyyəsi - sosial konfliktlər
3. Z.Freydin (1925) - “Yadlara” olan düşmənçilik münasibətləri və qorxu
4. Dollardın (1939) Qruplararası aspektdə aqressiv davranış (frustrasiya və aqressiyanın
neobiheviorist nəzəryyəsində)
Bu işlər bilavasitə qruplararası münasibətlərin tədqiqinə həsr olunmasa da onlarda
qruplararası münasibətlərin bəzi məsələləri öz əksini tapmışdır.
Qruplararası münasibətlər psixologiyasının qanunauyğunluqlarına diqqət yetirən
alimlərdən biri
U.Samner olmuşdur. O, 1906-cı ildə nəşr olunan “
Xalq adətləri” əsərində
Dostları ilə paylaş: