Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə173/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   169   170   171   172   173   174   175   176   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
86
etnosu  çərçivəsində  qrupdaxili  birliyi  saxlamaqda  zəruri  şərt  kimi  qiymətləndirərək 
etnosentrizmə etnik qrupların qarşılıqlı əlaqəsinin universal mexanizmi kimi baxır.  
Ziqmund  Freydin  qruplararası  münasibətlər  aspektində  iki  tezisini  qeyd  etmək  olar: 
autqrup ədavətin qaçılmazlığı, qrupun stabilliyinin və identifikasiyasının saxlanması vasitəsi 
kimi autqrup ədavətinin funksiyasının müəyyən olunması. Freyd autqrup düşmənçiliyinin - 
mexanizmini erkən ailə münasibətlərinin emosional ambivalentliyində görürdü. Freydə görə 
rəqiblik və aqressiyanın obyekti olan bu münasibətlər eyni zamanda təqlid edilən, yamsılanan 
sevgi  və  nifrətlə  də  xarakterizə  oluna  bilər.  Erkən  uşaqlığın  emosional  münasibətlərinin 
ambivaletliyi qrupa keçir: ataya olan sevgi qrup liderinə transformasiya edilir, düşmənçilik və 
aqresiya  autqrupa  yönəlir.  Lakin  sonrakı  tədqiqatların  əksəriyyətində  Freydin  qruplararası 
münasibətlər  konsepsiyası  qəbul  olunmasa  da,  bütövlükdə  digər  qruplara  münasibətdə 
qruplararası münasibətlərin tədqiqinə ədavət, aqressivlik məsələləri ana xətti təşkil edirdi.  
Z.Freydin ideyaları T.Adornonun (1950) “Avtoritar şəxsiyyət” tədqiqatlarına birbaşa 
təsir  etmişdir.  Adornonun  fikrincə,  tipik,  “avtoritar  şəxsiyyət”  həddindən  artıq  ciddi  ailə 
tərbiyəsi  ilə  nəticələnən  sosial  yönəlişliyin  sərt  sistemi  ilə  xarakterizə  olunur.  Bu  prosesdə 
valideynlərə münasibətdə bütün aqressiv hisslər və incikliklər artır. “Avtoritar şəxsiyyətdə” öz 
valideynlərini ideallaşdırmaq tendensiyası ilə yanaşı şüuraltı ədavətə keçən sarsıntı hissi də 
saxlanılır.  Adorno  avtoritarlıq  və  ya  eqosentrizmi  sadəcə  olaraq  şəxsiyyətin 
keyfiyyətlərindən biri kimi deyil, onun davranışının qruplararası situasiyaları müəyyən edən 
baza  kimi  xarakterizə  edir.  Beləliklə,  T.Adornonun  qruplararası  determinasiya  anlayşı 
prinsipcə Z.Freydin yanaşmasından o qədər də fərqlənmir.  
Qruplararası ədavət və aqressivlik şəxsiyyətlərarası konfliktlərin həll edilməsi üsulu kimi 
bir  sıra  tədqiqatlarda  öz  əksini  tapmışdır:  şəxsiyyətə  frustrativ  təsir  göstərən  aqressiyaların 
ümumiləşdirilməsi (L.Berkovits-1972); müxtəlif etnosların nümayəndələrinin münasibətlərini 
tənzim edən etnik stereotiplərin rolu (Q.Ollport-1954, T.Pettiqryu-1958).  
Berkovits öz tədqiqatlarında aqresiyanın ümumiləşdirilməsi fenomenini təhlil etmişdir. 
Alimin  fikrincə  qruplararası  münasibətlər  sonda  fərdin  psixoloji  probleminə  çevrilir. 
Müharibəyə getməyi fərdlər müəyyən edir; döyüşdə fərdlər vuruşur; sülh müqaviləsini fərdlər 
bağlayır... Lakin praktik olaraq, proseslər belə getsə də müharəbəyə getməyin, vuruşmağın tək 
fərdin fikri olduğunu düşünmək sadəlövhlük olardı. 
Ollportun fikrincə qruplararası münasibətlər sosial persepsiya səviyyəsində əsasən iki 
qrupun nümayəndələri arasında (interindividual) fərddaxili münasibər kimi öyrənilir. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin