Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə176/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   172   173   174   175   176   177   178   179   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
88
“Eksperimental sosial psixologiya” V.Duaz və başqa müəlliflər (1978), “Sosial psixologiyaya 
giriş”  Q.Teşfel  və  K.Freyzerin  redaktorluğu  ilə  (1978),  “Sosial  dəyişiklik  və  sosial  təsir” 
S.Moskoviç (1976) və bir çox digər əsərlər də qeyd oluna bilər. 
Q.Teşfel  və  onun  həmkarları  M.Billiq,  J.Terner  bu  sahədə  laborator  eksperiment 
seriyaları  keçirmişlər  ki,  onlar  “Teşfelin  matrisası  (qəlibi)  ilə  olan  eksperimentlər”  və  ya 
“minimal qruplararası diskriminasiya eksperimentləri” adlanır. 
Q.Teşfel  və  J.Ternerin  sosial  identiklik  nəzəriyyəsi  qrupdaxili  favoritizm  və 
qruplararası  diskriminasiya  fenomenlərini  müxtəlif  qrupların  nümayəndələri  arasında  olan 
oxşarlıq və fərqin müəyyənləşməsi ilə bağlı olan koqnitiv proseslərin nəticəsi kimi izah edirlər. 
Teşfelin  fikrincə,  qrupdaxili  favoritizm  və  qruplararası  diskriminasiya  qruplararası 
münasibətlər psixologiyasının universal fenomenləridir. 
 Sosial  identiklik  nəzəriyyəsi  sosial-iqtisadi  dəyişiklik  şəraitində  yeni  sosial  qrupların 
yaranması ilə əlaqədar qruplararası differensasiya və qrupdaxili inteqrasiya probleminə daha 
konstruktiv  yanaşmağa  imkan  verir.  İlk  dəfə  Teşfelin  tədqiqatlarında  qruplararası 
münasibətlərin  tənzimlənməsi  sosial  psixologiyanın  predmeti  kimi  tədqiq  edilir.  Onun 
tədqiqatlarında qruplararası münasibətlərin tənzimlənməsini müəyyən edən bir sıra koqnitiv 
proseslər  öz  əksini  tapır.  Teşfelin  konsepsiyasnda  qruplararası  münasibətlər  psixologiyası 
sosial psixologiyanın müstəqil sahəsi və hətta sosial psixologiyanın əsas predmeti kimi qəbul 
olunub. 
Qərb  sosial  psixologiyasında  qruplararası  münasibətlər  problemi  əsasən  qruplararası 
ədavət  problemi  kimi  qəbul  olunur  və  həll  edilir.  Qərb  sosial  psixologiyasında  qruplararası 
münasibətlər  nəzəriyəsinin  qoyuluşu  və  işlənməsi  əsasən  cəmiyyətin  həyatının  reallıq  və 
problemlərinin mövcudluğuna əsaslanır: cəmiyyətin iqtisadi, siyasi və mədəni differensasiyası, 
sosial, etnik konfliktlər və s. Qərbdə geniş yayılmış qruplararası münasibətlər konsepsiyasında 
başqa  qrupun  nümayəndələrinə  münasibətdə  əsas  diqqət  qruplararası  differensasiya, 
dezinteqrasiya, ədavət və konfliktlərlə əlaqədar proseslərə verilir. Bu tədqiqatlarda qruplararası 
inteqrasiya proseslərinə isə daha az yer verilir. 
Qruplararası  münasibətlərin  sosial  psixologiyası  probleminə  Azərbaycanın  görkəmli 
psixoloqları  Ə.S.Bayramov,  Ə.Ə.Əlizadə  öz  tədqiqatlarında  geniş  yer  vermişlər. 
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə “Sosial psixologiya” dərsliyində qrupların bir çox sosial psixoloji 
məsələləri ilə yanaşı qruplararası münasibətlər, qrupların bir-birini qavraması probleminə də 
toxunmuşlar.  Ə.S.Bayramovun  “Etnik  psixologiya”  dərsliyində  isə  etnoslararası  davranış, 
qruplararası  qarşılıqlı  münasibət  probleminin  təhlilinə  geniş  yer  verilmişdir.  Həmin  məsələ 
vəsaitin “Etnoslararası münasibətlər” bölməsində ətraflı təhlil edilir. 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin