Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə174/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   170   171   172   173   174   175   176   177   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

M.Şerif tədqiqatları. M.Şerif qruplararası konflikt problemini başqa istiqamətdə tədqiq 
etmişdir. O, qruplararası ədavətin kökünü müxtəlif qrupların məqsəd və maraqlarında, yəni bu 


Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
87
qrupların  nümayəndələrinin  rəqiblik  münasibətində  görür.  M.Şerif  eksperimentlərini  50-ci 
illərin ortalarında Amerikanın Robers Keyve vilayətində keçirmişdir. Eksperimentlər bir neçə 
il ərzində yeniyetmələrin yerləşdiyi yay düşərgəsində aparılmışdır. Tədqiqatın əsas məqsədi 
qruplararası qarşılıqlı əlaqənin xarakterinin (rəqib, yoldaşlıq, kollektiv, kooperasiya) qruplar 
arasında  və  kollektiv  daxilində  təşəkkül  tapmış  qarşılıqlı  münasibətin  xarakterinə  təsirini 
öyrənmək  olmuşdur.  Bu  məqsədlə  düşərgənin  administrasiyası  yeniyetmə  qruplar  arasında 
qarşılıqlı əlaqəni elə təşkil etmışdir ki, o, sırf yarış xarakteri daşısın və bu yarışda yalnız bir 
qrup  qalib  gələ  bilsin.  Müşahidə  və  sorğuların  nəticəsinə  uyğun  olaraq  tədqiqatçılar 
qruplararasında  əmələ  gələn  ədavətin  (digər  qrupun  nümayəndələrinə  aqressiv,  neqativ 
münasibət, stereotip qavrayışın) və eyni zamanda qrupdaxili həmrəyliyin möhkəmlənməsinə 
şahid olmuşlar. 
Eksperimentin  müxtəlif  mərhələlərində  qrupların  təşəkkülü  müxtəlif  cür  baş  verdi. 
Eksperimentin əvvəlində yeniyetmələr düşərgənin təmizliyi ilə birlikdə məşğul olurdular və 
tədqiqatşılar  yeniyetmələr  arasnda  baş  verən  təbii  proseslərə,  yəni  tanışlıq  və  qarşılıqlı 
münasibətlərin formalaşmasına müdaxilə etmirdilər. Lakin sonrakı mərhələdə, yəni yarışdan 
sonra yeniyetmələr iki qrupa bölünərək tanışlıq zamanı əmələ gələn dostluq münasibətərini 
pozmağa başladlar. 
 Rəqabətdən  qabaq  isə  qrupların  nümayəndəliyi  arasında  ədavət  olmamışdır. 
Tədqiqatçılar sonra eksperimentdə dəyişiklik edirlər: əvvəlcə rəqib olan qruplar həlli güclərinin 
birləşməsini tələb edən problemli situasiyaya salınırlar. Bu mərhələdə tədqiqatçılar ədavətin 
azaldığını, lakin tam aradan qalxmadığını müşahidə etmişlər. Bu eksperiment əsasında M.Şerif 
belə  bir  nəticəyə  gəlir  ki,  qruplararası  konfliktin  əsas  səbəbi  qruplar  arasındakı  qarşılıqlı 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin