Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə247/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   243   244   245   246   247   248   249   250   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
129
göstərmək  üçün  təkcə  onu  qeyd  etmək  kifayətdir  ki,  təlqin prosesi nə  qədər  verbal 
xarakter daşısa da, bu zaman sözlə təsir prosesində paralinqvistik (səsin keyfiyyəti, 
diapazonu, tonallığı və s.) və ekstralinqvistik (pauza, öskürmək, ağlamaq, gülmək, 
nitqin tempi və s.) vasitələr mühüm rol oynayır. İnformasiya mübadiləsinin emosional 
çalarları  da  mimika,  pantomimika  və  jestikulyasiya  ilə  yanaşı  paralinqvistik  və 
ekstralinqvistik vasitələrlə də ifadə olunur. Suqgerandın (təlqin olunanın) informasiya 
mənbəyinə  qeyd-şərtsiz  inanması,  etimad  bəsləməsi,  hər  şeydən  öncə  bu  cəhətlə 
bağlıdır. Bundan başqa, təlqin şəraitində suqgestorun (təlqin edənin) nüfuzu mühüm 
təsir  vasitəsi  kimi  özünü  göstərir.  Emosional  təsir  vasitələri  ilə  yanaşı  suqgestorun 
şəxsiyyəti  və  onun  təmsil  etdiyi  qrupun  nüfuzu  təlqin  şəraitində  “inam  effektinin” 
yaranmasında həlledici rol oynayır. 
Təlqin  prosesində  informasiyanın  qeyri-tənqidi  qavranılması,  şüurlu  nəzarətin 
zəifləməsi  də,  ilk  növbədə  inam  effekti  ilə  izah  olunmalıdır.  Əgər  informasiyanın 
verilməsi  prosesində  inam  effekti  yaranmırsa,  adamlar  başqalarının  onlara 
göstərdikləri  təlqinedici  təsirlərə  müxtəlif  yollarla  müqavimət  göstərirlər.  Buna 
psixologiyada əkssunqestiya deyilir. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin