Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
38
Şəxsiyyət problemi istər sosiologiyada, istərsə də psixologiyada xüsusi yer tutur.
Sosiologiya - şəxsiyyəti cəmiyyətin makrostrukturu kontekstində araşdırır və onu
müəyyən sosial qrupun nümayəndəsi kimi öyrənir.
A.V.Petrovski və M.Q.Yaroşevskiyə görə, psixologiyada şəxsiyyət dedikdə, fərdin
əşyavi fəaliyyətdə və ünsiyyətdə mənimsədiyi sistemli (sosial) keyfiyyətlər nəzərdə
tutulur. Bu keyfiyyətlər fərddə ictimai münasibətlərin təmsil olunma səviyyəsini
səciyyələndirir.
K.K.Platonov
şəxsiyyətin
strukturunda
aşağıdakı
yarımstrukturları
fərqləndirirdi:
1. Bioloji cəhətdən şərtlənən yarımstruktur (temperament, cins, yaş
xüsusiyyətləri, bəzi hallarda psixikanın patoloji xassələri);
2. Şəxsiyyətin xassələrinə çevrilmiş ayrı-ayrı psixi proseslərin fərdi xassələri
(hafizə, emosiyalar, duyğular, təfəkkür, qavrayış, hisslər və iradə);
3. Sosial təcrübə yarımstrukturu (insanın mənimsədiyi biliklər, vərdişlər,
bacarıqlar və adətlər);
4. Şəxsiyyətin istiqaməti yarımstrukturu (həvəslər, arzular, maraqlar, meyllər,
ideallar, əqidə).
Psiхоаnаlitik Z.Frеyd qеyd еdir ki, şəхsiyyət bir sistеm kimi inkişаfının kоnkrеt
hərəkətvеrici mехаnizmlərinə mаlikdir. О, şəхsiyyətin strukturunu müəyyənləşdirib.
Frеydə görə şəxsiyyətin strukturunda 3 instаnsiyа əsаs yеr tutur: 1) Id (О), 2) Еqо
(Mən), 3) Supеr Еqо (Super Mən). Frеyd bеlə hеsаb еdirdi ki, şəхsiyyətin inkişаfının
Dostları ilə paylaş: |