Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə11/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   7   8   9   10   11   12   13   14   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Təbiətdən istifadə sahəsində idarəetmə 
Respublikamızda təbiətdən istifadə sahəsində idarəetmə işini artıq qeyd 
etdiyimiz kimi əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər səlahiyyətli 
orqanlar həyata keçirir. 
Xüsusi səlahiyyətli dövlət orqam kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 


Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 485 saylı Fərmanı 
ilə yaradılmışdır. 
Nazirlik Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin 
(gölünün) Azərbaycan Respublikasma mənsub olan bölməsində ətraf mühitin 
qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral-xammal 
ehtiyatlanndan və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların 
bərpası, hidrometreoloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində 
dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 
O öz fəaliyyətində Azərbaycan Respublikasınm Konstitusiyasını, qanunlarını və 
onun tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası 
Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin qərar və sərəncamlarını və öz Əsasnaməsini rəhbər tutaraq, fəaliyyətini 
bilavasitə və özünün yerli orqanlan, tabeliyində olan müəssisə, təşkilat və digər 
qurumları vasitəsi ilə həyata keçirir. 
Nazirlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli 
özünüidarəetmə orqanlan, habelə ictimai təşkilatiarla əlaqəii şəkiidə qurur. 
Fəaliyyətinin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunvericilikdə nəzərdə 
tutulan digər mənbələr hesabına həyata keçirən Nazirlik müstəqil balansa, operativ 
idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, üzərində dövlət gerbinin 
təsviri və öz adı əks oiunmuş möhürə, müvafiq ştamplara və blanklara, banklarda 
hesablara malik olub, əsas vəzifələri aşağıdakılardır: 
-
təbii sərvətlərin öyrənilməsi, onlardan istifadə edil-məsi, bərpası, mühafizəsi, 
bu sahədə ekoloji təhlükəsizliyin təmin edilməsi və bioloji müxtəlifliyin qorunub 
saxla-nılması üzrə dövlət siyasətini həyata keçirmək; 
-
daxili sularm və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına 
mənsub olan bölməsində suların bioloji ehtiyatlarından səmərəli istifadə edilməsi, 
onların qorunması və artırılması sahəsində dövlət siyasətini həyata keçirmək; 
-
Azərbaycan Respublikasmda yerin təkinin geoloji öyrənilməsi, mühafızəsi və 
mineral-xammal ehtiyatlarmdan səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətini 
həyata keçirmək; 


-
meşələrin istifadəsi, bərpası, yaradılması, mühafızəsi və meşə təsərrüfatı 
fəaliyyətinin aparılması sahəsində dövlət proqramlannı müvafiq qaydada hazırlamaq 
və həyata keçirmək; 
- ekologiya, təbiətdən istifadə, geologiya və faydalı qazıntılar üzrə müvafıq milli 
fəaliyyət proqramları hazırlamaq və həyata keçirmək; 
-
öz səlahiyyətləri daxilində su obyektlərinin istifadəsi və mühafızəsi üzrə 
dövlət proqramları hazırlamaq və həyata keçirmək; 
-
Azərbaycan Respublikasmda əhalinin sağlam ekoloji mühitdə yaşamaq 
hüququnu təmin etmək üçün ətraf mühitin mühafızəsi və təbii sərvətlərdən istifadə 
edilməsi sahəsində dövlət idarəçiliyini həyata keçirmək; 
-
hidrometeorologiya xidmətini təşkil etmək, hidrometeoroloji müşahidələrin 
aparılmasını, proqnozlar hazırlanmasmı və məlumatların yayılmasını təmin etmək; 
-
təbii ehtiyatların, faydah qazmtılarm, bitki örtüyü, flora (o cümlədən meşə), 
fauna (o cümlədən balıq), su və enerji mənbələrinin istifadə olunması prosesində 
ekoloji təhlükəsizliyin gözlənilməsi, ekoloji baxımdan torpağm bərpası və 
mühafızəsi, habelə atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini həyata 
keçirmək; 
-
öz səlahiyyətləri daxilində müvafıq beynəlxalq öhdəliklərin həyata 
keçirilməsini təmin etmək və bu sahədə digər orqanlann fəaliyyətini əlaqələndirmək; 
-
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nazirliyə həvalə edilmiş 
digər vəzifələri həyata keçirmək. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz vəzifə və funksiyalarmı həyata 
keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 
-
səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, 
bələdiyyə orqanlarından, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada 
arayış və təlimatlar tələb etmək; 
-
mədən vergisi ödəyicilərindən hesabat ili üçün ildə bir dəfə müəyyən edilmiş 
qaydada faydah qazmtıların hasil edilmiş həcmi haqqında hesabat balansı almaq; 
-
mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisələrdən 
və təşkilatlardan yerin təkindən istifadə haqqmda müəyyən edilmiş hesabat formaları 


üzrə məlumatlar almaq; 
-
qanunvericiliklə müəyyən edilmiş qaydada hiiquqi şəxs statuslu idarə və 
təşkilatlar yaratmaq və ləğv etmək; 
-
zəruri hallarda Azərbaycan Respublikasının digər icra hakimiyyəti orqanları 
ilə birgə tədbirlər həyata keçirmək; 
-
kəşf edilmiş faydalı qazıntı yataqlarının təsdiq edilməsi və uçom üçün 
Azərbaycan Respublikasmın Faydah Qazmtı Ehtiyatları üzrə Komissiyasını 
yaratmaq; 
-
təbiəti mühafızə, təbii ehtiyatlardan səmərəli istifadə tədbirlərinin yerinə 
yetirilməsi məsələləri barəsində nazirliklər, dövlət komitələri, baş idarələr, dövlət və 
qeyri-dövlət nüəssisələri, idarələri və təşkilatları tərəfındən yol verilmiş pozuntulara 
görə tədbirlər görülməsi üçün qanunvericiliyə uyğun olaraq müvafıq təşkilatlar 
qarşısmda məsələ qaldırmaq; 
-
Azərbaycan Respublikasının ərazisində mülkiyyət və təşkilati-hüquqi 
formasından asılı olmayaraq geoloji kəşfıyyat işlərini və yer təkinin öyrənilməsi və 
ondan istifadə ilə əlaqədar jlər həyata keçirən bütün müəssisə və təşkilatlar, geoloji 
proses-jr ilə əlaqədar isə həmçinin yerli icra hakimiyyəti və özünüidarə orqanlan üçün 
öz səlahiyyətləri hüdudlannda icrası məcburi olan əmrlər, qərarlar, təlimatiar və 
göstərişlər vermək; 
- nazirlik əməkdaşlannm nəzarət funksiyalarmm icrası ımanı ölkə ərazisində 
mülkiyyət və təşkilati-hüquqi formasmın asılı olmayaraq müəssisələrə, təşkilatlara, 
idarələrə, eks-disiyalara, bazalara, zəmilərə, anbarlara və digər obyektlərə, o mlədən 
Azərbaycan Respubilkası Müdafıə Nazirliyinin, Azərbaycan Respublikası Milli 
Təhlükəsizlik Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 
obyektlərinə maneəsiz (xidməti vəsiqələrini təqdim etməklə) daxil olmaq, öz xidməti 
vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən təhlillərin 
nəticələri ilə pulsuz tanış olmaq; 
-
nazirliyin əməkdaşları tərəfmdən qanunvericiliklə müəyyən olunmuş 
qaydada öz vəzifə borclarını həyata keçirmək üçün xidməti silah gəzdirmək; 
-
ətraf mühitin mühafızəsi sahəsində müəssisə (istehsalat) nəzarəti 


qaydalarının və normalarının gözlənilməsi; 
-
ətraf mühitin mühafızəsi sahəsində qanunvericiliyin pozulmasının aradan 
qaldırılmasma dair fıziki və hüquqi şəxslərə qarşı tələblər irəli sürmək; 
-
ətraf mühitin mühafızəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalan 
ə
leyhinə olan inzibati xətalar haqqında işlərə baxmaq və təqsirkarların inzibati və ya 
cinayət məsuliyyətinə cəlb edılməsi barədə materialları müvafıq orqanlara 
göndərmək; 
-
təbiəti mühafızə sahəsində qanunvericiliyin pozulmasında istifadə olunan 
əş
ya, alət, ləvazimatları və digər vəsaitləri, qanunsuz əldə edilmiş məhsulları 
qanunvericiliyə uyğun olaraq götürmək və inzibati qanunvericilikdə müəyyən edilmiş 
digər hərəkətləri həyata keçirmək; 
-
ətraf mühitin mühafızəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində 
vurulmuş zərərin həcmlərini müəyyən etmək və bunun əsasında təqsirkar olan 
şə
xslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları 
məhkəməyə təqdim etmək; 
-
təbiəti mühafızə qanunvericiliyinin pozulmasma səbəb olan sənaye 
obyektlərinin və başqa obyektlərin layihələşdirilməsini, tikilməsini, yenidən 
qurulmasını və ya genişləndirilməsini qadağan etmək; 
-
ətraf mühiti mühafızə normalarmı və qaydalarmı pozan sənaye 
müəssisələrinə və təşkilatlarına qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada 
müvafıq tədbirlər görmək; 
-
ov üçün xüsusi icazə və ovçuluq biletləri vermək, habelə ovçuluq fəaliyyəti 
üçün ov yerləri ayırmaq; 
-
sayı tənzimlənən vəhşi heyvan növləri barədə müvafıq tədbirlərin keçirilməsi 
qaydalarını elmi təşkilatlann və əlaqədar dövlət orqanlarmm rəyi nəzərə alınmaqla 
müəyyən etmək; 
-
heyvanların təbii mühitdən götürülməsi yolu ilə fıziki və hüquqi şəxslər 
tərəfındən zooloji kolleksiyalarm yaradılmasına və bunların zənginləşdirilməsinə 
icazə vermək; 
-
öz səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş hallarda 


təbii ehtiyatlardan istifadə müqabilində və ətraf mühitin çirkləndirilməsinə görə 
müəyyən edilmiş ödənişlərin vaxtmda dövlət fonduna köçürülməsinə nəzarət etmək; 
-
ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə 
həyata keçirilən işlərin məhdudlaşdırılması və müvəqqəti dayandırılması, o cümlədən 
maliyyələşdirilməsinin dayandırılması, onların istismara verilməsinin qadağan 
edilməsi, təsərrüfat və başqa fəaliyyətin məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam 
verilməsi haqqında vəsatət qaldırmaq; 
-
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan 
bölməsində hərəkət edərək ətraf mühiti çirkləndirən yerli və xarici gəmiləri saxlamaq, 
çirklənmənin sə-bəblərini araşdırmaq və qanunvericiliyə uyğun müvafıq tədbirlər 
görmək; 
-
xüsusi mühafızə olunan təbiət ərazilərinin və obyektlərinin pasportunu 
qeydiyyata almaq; 
-
yerli əhəmiyyətli xüsusi mühafızə olunan təbiət ərazilərinin yaradlılmasına 
və ləğv edilməsinə rəy vermək; 
-
təbiət parklarınm, dövlət təbiət yasaqlıqlarımn əsasnamələrini təsdiq etmək; 
-
dövlet təbiət yasaqlıqlannın yaradılması barədə təqdimatlar vermək; 
-
mineral-xammal ehtiyatlarmdan istifadəyə dair tövsiyələr hazırlamaq, 
geologiya elminin və təcrübəsinin ən yeni nailiyyətlərini tətbiq etmək üçün 
Azərbaycan Respublikasınm yüksək ixtisaslı mütəxəssislerini, habelə elmi-texniki 
cəmiyyətlərin əməkdaşlarını cəlb etməklə elmi-texniki şura yaratmaq; 
-
müstəqil surətdə və ya digər dövlət orqanları, ictimai təşkilatlar və təsərrüfat 
subyektləri ilə birgə mükafatlar, prizlər, adlı təqaüdlər və başqa təltiflər təsis etmək, 
həmçinin fəxri ad və digər dövlət təltiflərinin verilməsi barədə müvafiq qaydada 
təkliflər vermək; 
-
qanunvericilikdə müəyyən edilmiş qaydada dövri mətbuat orqanları təsis 
etmək, ekologiya və təbii sərvətlərə, onların mühafizəsinə və istifadəsinə dair 
jumallar, toplular, xüsusi informasiya bülletenləri və digər nəşrlər buraxmaq; 
- ekologiya və təbii sərvətlərin mühafızəsi sahəsində fəaliyyət göstərən ictimai 
təşkilatlarla birlikdə təbiətdən və təbii sərvətlərdən səmərəli istifadə haqqında 


bilikləri təbliğ et-mək, bu sahədə müsabiqələr, sərgilər, konfranslar və başqa tədbirlər 
keçirmək; 
-
təbiəti mühafızə, təbiətdən və təbii sərvətlərdən isti-fadə sahəsində xarici və 
beynəlxalq təşkilatlarla əməkdaşlığa dair təkliflər hazırlamaq, ətraf mühit 
problemlərinin həlli ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan 
Respublikasının maraqlannı müvafiq beynəlxalq təşkilatlarda təmsil etmək; 
-
öz səlahiyyətləri daxilində beynəlxalq, məhəlli, milli və yerli səviyyədə 
proqramlar, layihələr və başqa sənədlər hazırlamaq, aidiyyəti üzrə təqdim etmək və 
ya həyata keçirmək; 
-
mineral-xammal bazasmın bərpası üzrə dövlət fondu, ətraf mühitin 
mühafızəsi üzrə dövlət fondu və meşələrin qorunub saxlanması və təkrar istehsalı 
fondunun vəsaitlərinə sərəncam vermək; 
-
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 
 
МЮВЗУ 4. 
ЕКОЛОЭИЙА ЩЦГУГУ ТЯБИЯТДЯН ИСТИФАДЯНИН ЩЦГУГИ 
ТЯНЗИМЯЛНМЯСИНИНИ ЯСАСЫ КИМИ. 
PLAN: 
1. Тябиятдян сямяряли истифадядя вя онун мцщафизясиндя еколоэийа 
щцгугунун ролу вя ящямиййяти.
2. Еколоэийа щцгугунун мязмуну вя мащиййяти. 
3. Щцгуг системиндя еколоэийа щцгугунун йери вя ролу.
4. Еколоэийа щцгугу тябиятдян истифадянин щцгуги тянзимлянмясинин мцщцм 
методу кими. 
5. Еколоэийа щцгугунун предмети, принсипляри, методлары, функсийалары вя 
вязифяляри.
6. Еколоэийа щцгугунун мянбяляри вя онларын формалашмасы хцсусиййятляри. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin