istifadəsi, digər tərəfdən isə komponcntlərin insan fəaliyyətinin zərərli təsirindən
mühafizə kimi büruzə verir. Odur ki, ekologiya hüququnun predmeti ətraf təbii
mühitin ayrı-ayrı komponentlərinin səmərəli istifadəsi və mühafızəsi zamanı
ni-zamlanan münasibətlərdir.
Hüququn ən yeni sahələrindən biri kimi ekologiya hüququ XX əsrin ikinci
yarısında təbii ehtiyatların istifadəsi və mü-hafizəsinin nizamlanması kimi həyata
keçirilməsindən irəli gəlmişdir. Belə ki, təbii ehtiyatların əsas hissələri dövlətə
məxsus olmaqla, digər subyektlərə istifadoyə verilir. Təbiətdən istifadə hüququ -
ekologiya hüququ institutunun tərkibi kimi özündə təbii ehtiyatların istifadəsinin
qaydaları və şərtlərini, təbiətdən istifadəçilərin hüquq və öhdəliklərini tənzimləyən
normativlərin sistemini əks etdirir.
Təbiətdən istifadə hüququ - təbii obyektlərin istifadə üçün ahnması ilə əlaqədar
subyektlər tərəfındən konkret hü-quq və öhdəliklərin əldə edilməsinin məcmusudur.
Ekologiya hüququ dedikdə, ekoloji-hüquqi ideyalara əsaslanan, təbii ehtiyatlar
üzərində mülkiyyət hüququ, təsərrüfat və digər fəaliyyətin gedişində təbii
ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin zərərli fıziki, kimyəvi və bioloji
təsirlərdən mühafizəsi ilə əlaqədar hüquqların, fıziki vo hüquqi şəxslərin qanuni
maraqlannın müdafıəsinə dair konkret ekoloji-ictimai münasibətləri tənzimləyən
normaların məcmusu başa düşülür.
Hər bir ölkənin hüquq sistemində müstəqil ekoloji hüquq sahəsinin yaranması və
təkmilləşdirilməsi üçün aşağıdakı şərtlərin olması vacibdir:
1)
həmin sahənin yaradılmasına dövlət marağının düzgün dərk
edilməsi;müstəqil tənzimləmənin predmetini təşkil edən ictimai münasibətlərin
spesifık xüsusiyyətlərinin dəqiq ifadə olunması;hüquqi tənzimləmənin xüsusi elmi
metodlann yaranması və onlardan səmərəli istifadə olunması;hüququn xüsusi
mənbələrinin mövcudluğu və ya həmin mənbələrə ehtiyacın olması.
Müxtəlif ədəbiyyat mənbələrində qeyd olunan şərtlərin öz müstəqilliyini yenicə
qazanmış respublikamızda da mövcud olması, onun hüquq sistemində yeni bir hüquq
sahəsinin əmələ gəlməsinə səbəb olmuşdur.
Müstəqil hüquq sahəsi olaraq, ekologiya hüququ - insanların maraqları naminə
cəmiyyətlə təbiət arasında harmonik münasibətlərə nail olmaq məqsədi ilə ekoloji
münasibətləri spesifik üsullarla tənzimləyən hüquq normalan sistemindən ibarətdir.
Hüquqi tənzimləmənin predmetinin dəqiq müəyyən edilməsi hüquq normalarını
düzgün tətbiq etmək üçün məcburi şərtdir. Belə ki, yalnız müəyyən əlamətlərə malik
ictimai münasibətlər hüquqi tənzimləmənin predmeti ola bilər.
Ə
Dostları ilə paylaş: