Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə13/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   9   10   11   12   13   14   15   16   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

vvəla, bu münasibətlər iradəvi xarakter daşımahdır, yəni onların yaranması, 
dəyişdirilməsi və xitam olunması insanların iradəsindən asıhdır. 
İ
kincisi, bu münasibətlər müxtəlif ekoloji sistemləri (mahiyyətcə ətraf təbii 
mühiti) təşkil edən təbiət obyektləri ilə, habelə daxili və xarici iqtisadi əlaqələrlə bağh 


yaranmalıdır. 
Üçüncüsü, bu münasibətlər insanm yaşadığı, onun həyat fəaliyyətini və 
sağlamhğını təmin edən ətraf mühiti təşkil edən, obyektlərin məcmusunun 
tənzimlənməsinə yönəlməlidir. 
Ə
gər ictimai münasibətlər təbiət obyektlərinə aid olmayan əmlak xarakterli 
obyektlərdən istifadə ilə bağh yaranırsa, həmin münasibətlər ekologiya hüququnun 
predmeti olmaya da bilər. Məsələn, meliorasiya işləri ilə bağlı yaranan ictimai 
münasibətlər ekologiya hüququnun predmetidir, meliorasiya sistemlərinin (su 
nasoslarının, meliorasiya maşınlan şəbəkəsinin, mexanizmlərinin və hissələrinin) 
bilavasitə istismarını isə ekologiya hüququnun predmetinə aid etmək olmaz, çünki 
bunlar ekoloji xarakterli yox, əmlak xarakterli münasibətlərdir. 
Azərbaycan Respublikasının Konstitusiyası (12 noyabr 1995-ci il) qəbul 
edildikdən sonra ekologiya hüququnun tənzimlədiyi ictimai münasibətlərin əhatə 
dairəsi xeyli genişlənmişdir. İndi bu hüquq münasibətlərinin obyekti bütövlükdə 
ə
t-raf mühitdir. 
Öz təbiətinə görə yeni olan ekoloji-ictimai münasibətlər ekologiya hüququnun 
predmetini təşkil edir və onların xarakteri aşağıdakılarla ifadə olunur: 
1.
 Bu ictimai münasibətlər konkret tarixi inkişaf dövrünün xüsusiyyətlərindən 
törədiyindən tarixi xarakter daşıyır. 
Müasir dövrdə ekoloji münasibətlərin xüsusiyyətləri və onların tarixi xarakteri 
aşağıdakılarla şərtlənir: 
a)
 təbiətdən uzun müddət səmərəli şəkildə, qənaətcilliklə istifadə edilməməsi 
nəticəsində yaranan şərait, xüsusilə təbii ehtiyatlardan istifadəyə ehtiyac yaradır; 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin