95
maz cilalanması, toxuculuq, əczaçılıq, poliqrafiya, yeyinti sənaye
müəssisələri, məişət texnikası istehsal edən iri müəssisə fəaliyyət
göstərir.
Şəhər haqqında ilk məlumat eramızdan əvvəl ikinci minilliyin
ortalarına təsadüf edir. Kənanilərin qalası olmuş Qüdsü eramızdan
əvvəl təqribən 1000-ci ildə yəhudi padşahı Davud işğal etmiş və
şəhər İsrail-Yəhudi padşahlığının sonradan isə Yəhudi padşahlığının
paytaxtı olmuşdur. Eramızın IV əsrində Yerusəlim xristianların
«müqəddəs» şəhərinə çevrildi. Eramızın 638-ci ilində şəhər ərəblər
tərəfindən işğal edilmiş və Məkkədən sonra müsəlmanların ikinci
«müqəddəs şəhəri» olmuşdur. 1099-cu ildə səlibçilər şəhəri işğal et-
miş, 1187-ci ildə Səlahəddin Əyyubi şəhəri geri ala bilmişdi. Son-
radan şəhər təqribən 400 il Oısmanlı imperiyasının tərkibində olmuş-
dur.
1917-ci ilin sonlarında İngiltərə qoşunları şəhəri tutdu və
özünün Fələstin mandatlı ərazisinin inzibati mərkəzi etdi. 1947-ci
ildə BMT Baş Məclisinin qərarı ilə Qüds şəhəri BMT-nin idarəsi
altında beynəlxalq xüsusi rejimli müstəqil inzibati vahid statusu aldı.
Lakin sonradan baş vermiş İsrail-Fələstin və İsrail-Ərəb müharibələri
nəticəsində Yerusəlim şəhəri iki hissəyə bölündü. Qərb (ərazicə
böyük hissə) İsrailə, şərq hissə isə Ürdünə verildi.
1950-ci ildə İsrail qeyri-qanuni olaraq şəhərin qərb hissəsini
özünün paytaxtı elan etdi. 1967-ci ildə İsrail qoşunları şəhərin şərq
hissəsini də zəbt edib öz ərazisinə qatdı. BMT-nin ilk növbədə, ərəb
ictimaiyyətinin bu məsələyə mənfi münasibətlərinə baxmayaraq İsrail
rəhbərliyi Qüds şəhərini öz paytaxtı kimi genişləndirib inkişaf etdirir.
Qüdsdə həm müsəlman, həm yəhudi, həm də xristian dini
abidələri vardır. Şəhərin şərq hissəsində qədim dövr abidələrinin
qalıqları, daha doğrusu xarabalıqları qalmaqdadır. Ömər və Əl-Əqsa
məscidləri, müqəddəs Anna, müqəddəs İakov kilsələri bir neçə dar-
vazası olan şəhər divarları (o cümlədən Dəməşq darvazası) Qüdsün
maraqlı memarlıq abidələrindəndir.
Şəhərin qərb hissəsi XIX əsrin ikinci yarısından tikilməyə ba-
şlamışdır. Burada çoxsaylı ictimai binalar, yeni Universitet kom-
pleksi, tibb mərkəzi, otellər, hökumət binaları, muzey və kitabxanalar
və s. inşa edilmişdir.
Dostları ilə paylaş: