Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə68/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   64   65   66   67   68   69   70   71   ...   229
Torpaq və bitki örtüyü. Kiprin bitki örtüyü bir qədər zən-
gindir. Keçmiş zamanlarda adanın hər tərəfi həmişəyaşıl hündür 
meşələrlə örtülü olub. Kiprdə  tədarük olunan oduncağa isə qonşu 
ölkələrdə  tələbat gündən-günə artırdı. Kipr oduncağı  əsas etibarilə 
Misirə göndərilirdi. Qədim finikiyalılar Kiprdən gətirilən ağaclardan 
gəmi hazırlayırdılar. Sonralar meşələr qırılır, ağaclardan tikinti mate-
rialları, eləcə də yanacaq kimi istifadə edilirdi. 
Hazırda ada ərazisinin cəmi 15-16 faizi meşələr ilə örtül-
müşdür. 500 metrə  qədər olan dağların yamacları  və düzənliklər 
həmişəyaşıl kolluqlarla, Kireniya və Karpas dağlarının cənub ya-
macları isə çöl bitkiləri ilə örtülmüşdür.  Ən  əhəmiyyətli meşələr 
Troodos dağlarının qərb hissəsində qalmışdır. Dağların yamacları 
hələb  şamı, vələs,  şabalıd, yunan qozu, püstə, sərv ağacları ilə 
örtülüdür. Düzənliklər və sahil bölgələri bağlar, üzümlüklər, sitrus 
meyvələri və zeytun ağacları ilə örtülüdür. 
 Kiprin  torpaqları  məhsuldar torpaqlar hesab olunur. Humusun 
miqdarı çox olan bu torpaqlarda istiliksevən və quraqlığadavamlı 
bitkilərlə yanaşı mülayim qurşağın bitkiləri də yaxşı yetişir. 
 Kipr öz təbiətinin qorunmasına biganə qalan ölkə deyil. Çünki 
ölkə iqtisadiyyatında təbii amillərin rolu böyukdur. Amma adanın iki 
hissəyə bölünməsi, burada gedən çəkişmələr təbiətin mühafizəsini bir 
qədər arxa plana keçirir. 
  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin