Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Səth quruluşu və faydalı qazıntıları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə66/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   62   63   64   65   66   67   68   69   ...   229
Səth quruluşu və faydalı qazıntıları.  Kipr füsunkar təbiətə 
malik ölkələrdən biridir. Bütün ilboyu ada üzərində açıq günəşli səma 
mövcud olur. Adanın sahilləri Aralıq dənizinin ilıq suları ilə yuyulur. 
Ada səthinin çox hissəsi alçaq dağlar və yaylalar ilə örtülmüşdür. 
Şimalda Kireniya ( hünd. 1000 m.) dağları uzanır. Bu dağlar çöküntü 
mənşəli suxurlardan, əhəng və qum daşlarından ibarətdir. Dağlar 
sahilə doğru maili və  sıldırımlıdır. Ancaq bəzi yerlərdə qumlu 
çimərliklərə  də rast gəlinir. Adanın cənub-qərb hissəsində Troodos 
adlanan daglar yerləşir. Adanın  ən hündür zirvəsi də elə burdadır 
(Olimp dağı 1950 m). Əsasən vulkanik suxurlardan ibarət Troodos 
dağlarının səthi cavan süxurlarla (əhəng və qum daşları, mergenlər) 
örtülmüşdür. Dağlar çox da yüksək olmadığı üçün hələ  qədim 
zamanlardan insanlar tərəfindən məskunlaşmışdır. Dağların hamar 
yamaclarında bağlar, üzümlükdər salınmış, mal-qara üçün otlaq kimi 
istifadə olunur. 
Dağlar arasında səthi dərə-təpəli Mesoariya düzənliyi yerləşir. 
Bu düzənlik ölkənin əsas kənd təsərrüfatı rayonu və Kiprin taxıl an-
barı sayılır. 
Troodos dağları bölgəsi Kiprin əsas faydalı qazıntılarının to-
plandığı  ərazidir. Burada ehtiyatı xeyli azalmış mis, dəmir, xrom 


 
101 
filizləri, asbest, gips və müxtəlif tikinti materiallarının olması 
məlumdur. Olimp dağı  ətrafında xrom filizi çıxarılır. Adanın 
cənubunda Limasol və Larnaka şəhərləri yaxınlığında duz mədənləri 
vardır. Kiprdə qədim zamanlardan umba (qiymətli gil növü) çıxarılır. 
Kirsniya və Troodos bölgələrində mərmər, qum və başqa tikinti ma-
terialları çıxarılır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin