Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə67/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   63   64   65   66   67   68   69   70   ...   229
İqlimi və hidroqrafiyası. Ölkənin iqlimi subtropik, Aralıq 
dənizi tiplidir. Qış ayları rütubətli, mülayim, yay isə quraq və isti 
keçir.  İyun ayının orta temperaturu müsbət 25
°, yanvarınkı isə 
müsbət 12
° C-dir. Adaya düşən yağıntıların orta illik miqdarı dü-
zənliklərdə 300-500 mm, dağlarda isə 800-1000 mm-dir. Ölkəyə çox 
nadir hallarda qar yağır. Yağıntılar  əsasən noyabrdan-aprelə  qədər 
düşür. Maydan oktyabra qədər yağıntı, demək olar ki, olmur. 
Aralıq dənizi hövzəsinin digər ölkələrində olduğu kimi Kiprin 
də yay ayları isti keçir, oktyabrdan başlayaraq isti havalar azalır. İsti 
iqlim və Aralıq dənizi iqlimi bütün il ərzində müxtəlif mədəni 
bitkilərin yetişdirilməsinə şərait yaradır. Kiprdə çimərlik mövsümü 7-
8 ay davam edir. Ümumiyyətlə, Kipr xarici turistlərin çox sevdiyi bir 
yerdir. Çünki burada ilin orta hesabla 280 günü aydın və günəşli 
keçir. Kipr hökuməti təbiətin bəxş etdiyi bu nemətdən maksimum 
səviyyədə istifadə edərək ölkədə beynəlxalq dərəcəli onlarca turizm 
obyektləri-çoxulduzlu mehmanxanalar, yaxşı  təchiz olunmuş iaşə 
müəssisələri və digər istirahət ocaqlarının tikintisinə icazə vermişdir. 
Dəniz sahillərinə  çıxışı olan digər ölkələrdən fərqli olaraq Kiprdə 
istirahət etmək bir qədər ucuzdur. 
Kiprdə daimi axara malik olan çaylar, demək olar ki yoxdur. 
Mənbələrini dağlardan götürən az sulu çaylar qışda və yaz yağışları 
hesabına bir müddət axırlar. Çayların əksəriyyəti qısadır, ən uzun çay 
50-70 km məsafədə axır. Qışda yağıntıların miqdarı çox olduğundan 
çaylar daşır və təsərrüfata ziyan dəyir. Yayda isə onların əksəriyyəti 
quruyur, qalanlarının isə suyu azalır. Kiprdə nisbətən  əhəmiyyətli 
çaylar Akaki və onun qolu Merikidir. Troodos dağlarından cənub 
istiqamətində qısa və astanalı dağ çayları axır. 
Adada qrunt suları bir qədər dərin qatlarda yerləşdiyi üçün çay-
ların sularından suvarma ilə yanaşı, məişətdə də istifadə olunur. Sahil 
düzənliklərində Larnaka körfəzi, eləcə  də Limasol şəhəri yax-
ınlığında dayaz, şirin və şor sulu göllər var. 
 
102
Kiprlilər suyun qiymətini yaxşı bilirlər. Çünki ölkədə faktiki 
olaraq daimi axara malik olan çaylar olmadığından, dağlara yağmış 
qarların əriməsindən sonra əmələ gələn axar suların «ömrü» bir neçə 
gün, hətta bir neçə saat olduğundan su problemi son yüzilliklərdə 
həmişə ən kəskin problemlərdən biri olmuşdur. Suyun çatışmamasına 
isə digər səbəb rütubət saxlayan meşələrin vəhşicəsinə  qırılması ol-
muşdur. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin