103
Arxeoloqların adada aşkar etdikləri qədim tapıntılar eramızdan əvvəl
üçüncü minilliyin ortalarına təsadüf edir. Bu qazıntılara XİX əsrin
axırında alman və ingilis arxeoloqları tərəfindən başlanılmışdır.
Kipr tarixi krit-miken, yunan və türk sivilizasiyalarının bir
hissəsidir. Eramızdan əvvəl ikinci minillikdə Kipr yunan tayfaları
tərəfindən zəbt edilir. Bu hadisə adada yunan mədəniyyəti və yunan
dilinin yayılmasına səbəb olur.
Arxeoloqlar Kiprdə Afroditanın
**
çoxlu heykəl təsvirini tapır-
lar. Adanın qərb hissəsində Afrodita məbədinin qalıqları da qal-
maqdadır. Sonralar Kipr misirlilərin, assuriyalıların, farsların, roma-
lıların, bizanslıların təsiri altında idarə olunub
1489-1570-ci illərdə Kipr Venesiya Respublikasının tərkibinə
daxil edilmişdir. Öz gəmilərini Kiprin dəniz quldurlarının basqının-
dan müdafiə etmək üçün Osmanlı sultanlığı 1570-ci ildə Venesiya
Respublikasına qarşı müharibəyə başladı və bir il ərzində Kipri tam
zəbt etdi. Adanı tutmuş təqribən 30 min türk əsgərinə tutduqları
ərazidə torpaqlar bəxşiş verilirdi. Türk sərkərdələrinin bəziləri yerli
feodal mülkədarlara çevrilirdilər. Kiçik Asiyadan Kiprə türk miqrasi-
yası sonrakı illərdə müşahidə olundu. Adada turk əhalisinin for-
malaşması prosesi belə başlanmışdı.
1878-ci ildə adanın coğrafi və hərbi-strateji mövqeyinin
üstünlüklərindən öz xeyrinə istifadə etməyə çalışan İngiltərə Kipri
işğal etdi. 1925-ci ildə isə ona rəsmən ingilis müstəmləkəsi statusu
verilir və ada Boyük Britaniyanın xammal bazasına çevrilir. İkinci
dünya müharibəsindən sonra güclənən milli azadlıq hərəkatı Böyük
Britaniyanı Kipri müstəqil dövlət kimi tanımağa məcbur edir. Lakin
Kiprin Dekeliya və Akrotiri rayonlarında Böyük Britaniya hərbi ba-
zaları (sahəsi 99 kv mil
*
) saxlanıldı.
1960-cı il avqustun 16-da Kipr rəsmi şəkildə Böyük Britani-
yadan istiqlaliyyət almışdı. Həmin ilin sentyarında o Birləşmiş
Millətlər Təşkilatının üzvü seçilir. Eyni zamanda Böyük Britaniyanın
rəhbərlik etdiyi «Birlik» təşkilatına daxil edildi. Az keçməmiş
heyvandarlığa keçid başlamışdır.
**
Afrodita – qədim yunan mifalogiyasında məhəbbət, gözəllik ilahəsi,
yunan allahlarından Zevsin qızı. Romalılarda Venera ilə eyniləşdirilir.
*
Mil – uzunluq vahidi. 1 quru mili təqribən 1,6 km-ə, 1 dəniz mili 1,8
km-ə bərabərdir.
104
adadakı etnik qruplaşmalar arasında başlanan ziddiyyətlər yunan və
türk mənşəli kiprlilər arasında silahlı toqquşmalara gətirib çıxardı.
Son nəticədə 1974-cü ildə adanın şimal-şərq hissəsi qalan
ərazidən təcrid olunmuş (Yunanıstan meylli mülki qvardiya
tərəfindən törədilən hərbi çevrilişdən sonra adanın şimal hissəsinə
Türkiyə qoşunları yeridilməsi nəticəsində) və nəhayət, 1983-cü il
noyabrın 15-də Şimali Kipr Türk Respublikası elan edilmişdir.
Uğurlu hərbi əməliyyatlar nəticəsində türk qoşunları ada ərazisinin
təqribən 40 faizini tutdular.
Kiprdə yaranmış vəziyyətlə əlaqədar BMT-nin Təhlükəsizlik
Surası 1974-cü il qətnaməsinə əsasən bütün xarici qoşunları Kiprdən
çıxarmağa çağırırdı. Şimali Kipr respublikasını ansaq Türkiyə Re-
spublikası tanımışdır.
Zaman keçdikcə kiprli yunan və türk icmaları bir-birindən
təcrid olunur və bir-birinə düşmən münasibəti bəsləyirdilər. Yeni
hərbi toqquşmaların baş verməsinin qarşısını almaq üçün BMT sülh
məramlı qoşun kontingentini adaya göndərməyi qərara alır. Bu gün
adanın hər iki hissəsində BMT qüvvələrinin koməyilə ayırıcı xətt
müəyyənləşdirilmişdir. Yaşıl xətt adanın bu xətt ada ərazisinin 4 faiz-
ini təşkil edən ensiz bufer zonası şəklindədir. Adanın yunanlar
yaşayan hissəsində Böyük Britaniyanın iki hərbi bazası qorunub sax-
lanılır. Bu hissədə, həmçinin Yunanıstanın hərbi kontingenti də
yerləşir. Türklər yaşayan hissədə isə Türkiyəyə məxsus hərbi kontin-
gent vardır. Adanın yunanlar yaşayan hissəsi 2004-cü ildə birtərəfli
qaydada Avropa İttifaqına qəbul edilmişdir. Bu hadisə türk icması
tərəfindən çox pis qarşılandı.
Dostları ilə paylaş: