Microsoft Word Yaxin ve orta serq olkeleri doc


 Əhali və şəhərlər. Paytaxtın qısa səciyyəsi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə71/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   67   68   69   70   71   72   73   74   ...   229
3. Əhali və şəhərlər. Paytaxtın qısa səciyyəsi 
 
Kiprdə  əhalinin sayı  həm təbii yolla, həm də miqrasiya he-
sabına artır. 1946-cı ildə Kiprdə yaşayanların sayı 442 min, 1990-da 
700 min, 2005-ci ildə  təqribən 900 min nəfər olmuşdur. Ölkə üçün 
illik artım təqribən 1 faiz həddindədir. Əsas etnik qruplara yunanlar 
(ümumi əhalinin 78 faizi) və türklər (18 faiz) aid edilir. Bu etnoslar 


 
107 
ayrı-ayrılıqda məskunlaşmışlar. Yunan icması ölkənin cənub 
qərbində  (ərazinin 60%-i), türk icması  şimal  şərqində (40 faiz) 
məskunlaşıb. Yunan provaslav kilsəsi dindarların 78 faizini əhatə 
edir.  İslam dininə etiqad edənlər 18 faizdir. Gözlənilən uzunömür-
lülük 78 ildir (kişilər üçün 74, qadınlar üçün 79 yaş). Hər 1000 nəfərə 
anadan olanların sayı 13, ölənlərin sayı 8 nəfərdir. Ölkənin hər km
2
-
də orta hesabla 80 nəfər adam yaşayır.  Əhalinin sıxlığı Mesoariya 
düzənliyində  və sahil bölgələrində nisbətən sıx, Karpas və Troodos 
dağlıq ərazilərində nisbətən zəifdir. 
Ən sıx  əhali paytaxt dairəsində yaşayır. Kiprdə  təhsilin sə-
viyyəsi region miqyasında yüksək hesab oluna bilər. Yaşlı  əhalinin 
97 faizi savadlıdır. Şəhər əhalisinin sayının sürətlə artmasına baxma-
yaraq Kiprin şəhərləri o qədər də böyük deyil. Bütün göstəricilərinə 
görə ölkənin  ən böyük şəhəri  Nikosiyadır.  Şəhər Mesoariya 
düzənliyində 150 m hündürlüklü Pedisos çayı sahilində yerləşmişdir. 
Kipr yunanlarının Nikosiya, Kipr türklərinin Levkoşa ad-
landırdıqları  şəhərdə 200 mindən bir qədər artıq adam yaşayır.  Əl-
verişli mövqeyi olan şəhər böyük nəqliyyat qovşağıdır. Dəmir və avto-
mobil yolları Nikosiyadan ölkənin hər tərəfinə çəkilmişdir. Şəhərin yax-
ınlığında beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir. 
Nikosiya Kiprin əsas iqtisadi, siyasi mədəni mərkəzidir. 
Şəhərdə metal emalı, dəri-ayaqqabı, toxuculuq, yeyinti, poliqrafiya 
sənaye müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrlə yanaşı 
Nikosiyada dulusçuluq xalq sənətkarlığı da inkişaf etdirilimişdir. 
Paytaxtın muzeyləri, tarixi memarlıq və arxitektura abidələri 
turistlərin çox xoşuna gəlir.  Şəhərin  əsası eramızdan  əvvəl təqribən 
VII  əsrdə qoyulmuşdur. Eramızdan  əvvəl 58-ci ildə Roma im-
periyasının sonralar Bizansın tərkibinə daxil edilib. Əvvəllər  şəhər 
Ledra adlanırdı. Nikosiya adı şəhərə XIII əsrdə verilmişdir. Nikosiya 
qədim yunanların qələbə allahı hesab edilən Nikinin şərəfinə ver-
ilmişdir. 
  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin