Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə61/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   57   58   59   60   61   62   63   64   ...   229
 
 
96
4. İqtisadiyyatı 
 
İqtisadi cəhətdən  İsrail regionun ən inkişaf etmiş dövlətidir. 
İsıtehsal qüvvələrinin sosial-iqtisadi strukturuna və istehsalın 
xarakterinə görə  İsrail inkişaf emiş ölkələr qrupuna aid edilir. 
Ölkənin qısa müddət ərzində sürətli inkişaf etməsinin əsas səbəbləri 
iri imperialist dövlətlərin və beynəlxalq sionizm dairələrinin ölkəyə 
güclü maliyyə, iqtisadi, texniki və siyasi yardımı, immiqrantlar aras-
ında çox savadlı mütəxəssislərin olması idi. 
2005-ci il üçün İsrailin ümummilli məhsulun dəyərcə həcmi 110 
mlrd. ABŞ dollarını ötmüşdü. Adambaşına düşən gəlir isə 20 min dol-
lara yaxınlaşmışdır. 1995-2000-ci illərdə ölkədə iqtisadi inkişaf sürəti 
5-6, 2000-2005 ci illərdə isə 2-3 faizə bərabər olmuşdur. 
 Müstəqilliyin ilk 10 illiklərində iqtisadi siyasətdə 
nəhəngmiqyaslı dövlətə  və  həmkarlar ittifaqına məxsus mülkiyyətə 
çox fəal dövlət tənzimlənməsi müşahidə olunurdusa, ötən əsrin 90-cı 
illərinin  əvvəllərində hökumət yeni iqtisadi siyasət konsepsiyasını 
həyata keçirməyə başlamışdır. Bu konsepsiyada yenilik azad rəqabətə 
və qiymətlərin sərbəstliyinə yol açmış, dövlət şirkətlərin tənzimləyici 
fəaliyyətini minimuma endirmişdir. Dövlət həmkarlar ittifaqı 
mülkiyyətinə  məxsus zəif  şirkətləri özəlləşdirir, xarici investisiyalar 
üçün əlverişli şərait yaradırdı.  
İsrail elmə  və elmi tədqiqatlara xüsusi fikir verən ölkələrdən 
biridir. Ümumdaxili məhsulun illik dəyərinin təqribən 3 faizi elmi 
tədqiqatlara və eksperimental işlərə yönəldilir. Neqev səhrasında 
ABŞ-ın Silikon vadisinin analoqu yaradılmışdır. Bu sahənin inkişaf-
ına hər il 1,2 mlrd. dollar xarici investisiya yönəldilir. İsrail dünyada 
günəş enerjisindən istifadədə, kənd təsərrüfatında tətbiq edilən gene-
aloji mühəndislikdə, pilotsuz kəşfiyyatçı  təyyarələrin istehsalında 
liderliyini qoruyur. İsrail 1988-ci ildə ilk peykini kosmosa çıxar-
mışdır. Ölkənin milli istehsalı olan nüvə silahı və atom energetikası 
texnologiyası vardır.  
İnkişaf etmiş ölkələrin əksəriyyətində olduğu kimi İsraildə də 
işsizlik mövcuddur. İşsizlik səviyyəsi 2004-cü ildə 9-10 faiz həd-
dində olmuşdur.  İsrail zəhmətkeşlərinin mənafeyini Histadrut Həm-
karlar  İttifaqı birliyi müdafiə edir. Bu təşkilatda 1,5 mln nəfər işçi 
birləşir və o bir çox müəssisə və şirkətlərin sahibi və ya ortağıdır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin