Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə82/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   78   79   80   81   82   83   84   85   ...   125
 
 


175 
PROLOQDAN ÖNCƏ 
 
Biz özümüzü üçüncü minilliyin proloqunda hesab etsək də, 
əslində, bir mərhələ kimi 90-cı illərdən tam üzülüşməmişik. 
Mütəmadi olaraq bu dövrə qayıtmada, onun şüurumuzda yarat-
dığı  təbəddülatın kontekstindən çıxış etmədəyik. Hələ 90-cı 
illərdə qaldırılmış  məsələlərin bu gün rakursunun tapılmasına 
cəhdlər edilməsi və bu zaman müəlliflərin çox vaxt elə dövrün 
öz ritminə  əsaslanmaları XX əsrin son onilliyinə ötüb getmiş 
gedişat, yaxud boşluq mərhələsi kimi yanaşmaq səylərini heçə 
endirib, onun məhz bu günlə bütöv, mütəşəkkil görünən pano-
ramını yaratmağı zəruri edir.  
Müstəqillik kimi tarixi nailiyyətimiz və bir-birinin ardınca 
baş verən gərginlik, kataklik proseslər – 90-cı illəri ilkin olaraq 
səciyyələndirən bu iki amildir. Elə bu gün ədəbi prosesin dirili-
yini və dinamikasını təmin edən strategiyanı hazırlayan da sıra-
ladığım bu iki faktdır. O mövzuları ki, ədəbiyyat gecikmiş də 
olsa yazıya alır və gecikmədən mükafatlandırılır, onları 90-cı 
illərin məlum hadisələri  şərtləndirir. O prizmadan ki, hazırda 
ədəbiyyata yanaşırıq və ədəbi məhsula qiymət veririk, ilk növ-
bədə müstəqil mövqe nümayiş etdirib milli dəyər arayırıq, 
ondan bu günümüz üçün faydalı olan pozitiv müdaxilə  tələb 
edirik. Çünki dərk etməli oluruq ki, ən böyük milli dəyər milli 
yaddaş özüdür və yaddaşını qoruyub hifz edən, bütün tarixi 
epoxalardan onu bütöv və salamat çıxarmağa qadir olan xalq 
öz sabahının sabitliyinə təminat vermiş olur. 
Mədəniyyətin milli koloriti və orijinal xüsusiyyətləri də o 
zaman qorunub saxlana bilir ki, xalq varisi olduğu  ədəbi irsi, 
milli-mənəvi sərvətləri, zamanın sərt sınaqlarından, fəci və dra-
matik olaylarından uğurla çıxara bilir. Əgər çıxara bilmirsə, 
dövlətin bütövlüyünü də, millətin taleyini, “xalq və mən” şüu-
runun mövcudluğunu da şübhə altına alır. Biz bir millət, bir 
xalq kimi bu təhlükənin acı  nəticələrini  şəxsi taleyimizdə ya-


 
176 
şadıq. Tarix sübut etdi ki, o nəinki “müəllim olmaqdan qalır” 
(A.Kamyu), əksinə, ondan dərs götürməyənlərə bu dərsi dəfə-
lərlə təkrar etmiş olur. Hər halda XX əsrin əvvəli və sonu ara-
sındakı harmoniya, hadisə  və proseslərin adekvat səslənişi və 
oxşar təzahürü görk etdi ki, tarixdən heç bir dərs götürməmək 
faciəsi bizi yaşamışları bir də yaşamağa, görülmüşləri bir də 
görməyə vadar edəcək. Və yenə də bir halda ki, “tarixin dərs-
lərindən ibrət götürməyəndə günahkar zaman deyil, şüur olur” 
o zaman şüuru naqis stixyadan, yad düşüncədən və sönük tə-
fəkkürdən təmizləmək lazımdır. Ötən həftə  mətbuatda gedən 
iki yazıda – E.Səlcuqun “Tənhalığın tənhasızlaşdırılması” və 
B.Əlbəylinin “Bədii siyasətnamə, yaxud milli nigarançılığın 
proyeksiyası” (“525-ci qəzet”, 3 yanvar, 2004) adlı  məqalələ-
rində  həmin missiyanın layiqli daşıyıcısı olmaq prioritetini 
nümayiş etdirən iki əsərə, K.Abdullanın “Sirr içində dastan və 
yaxud Gizli Dədə-Qorqud -2” və Anarın “Ağ qoç qara qoç” 
əsərlərinə yönələn diqqətin başlıca hədəfi də elə bunları nişan 
alır, bu əsərlərin milli şüura və yaddaşa və dərəcədə bədii-estetik 
dəyər qatmasını izləməyə çalışır. Hərçənd burada dəyər elə 
predmetin öz predmet seçimində artıq müəyyənləşib və onda 
meyara çevrilib ki, üzünü yaddaşa çevrilən tarixə – özündə xal-
qın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə tutub. 
“Kitabi-Dədə-Qorqud” körpüdür. Mifdən yazıya, “eposdan 
kitaba” və nəhayət, dünəndən bu günə uzanan elə bir körpü ki, 
onunla çağdaş dövrün təmasını, rabitəsini yaratmaq bizə zama-
nın bütövlüyünü bərpa etmək üçün lazım idi. Hər halda 90-cı 
illərin geriyə  fırlanan çarxında və  təbii, bir çox şəxsiyyətlərin 
yaradıcı milli dühasında yaradılacaq bu bütövlüyə ilk nümu-
nəni “Dədə Qorqud” abidəsi verdi. Həm də təkcə “böyük sintez 
işi” üçün yox... K.Abdullanın tədqiqatı göstərdi ki, çox şeyə. 
“Sirr içində dastan və yaxud gizli Dədə Qorqud – 2” əsəri ilk 
növbədə müxtəlif mifoloji abidələr arasında  əlaqəni izləməklə 
ədəbiyyatşünaslıqda çox maraqlı elmi tendensiyalardan birini 


177 
əsaslandırmış oldu. Dünya mədəniyyətinin vahid struktura 
malik olmasını isbatlamaqla bərabər, həm də göstərdi ki, var 
olana yanaşmada həmişə yeni baxış ifadə etmək, yeni ədəbi-
estetik münasibət izharlamaq mümkündür. 
Eyni çağdaş münasibəti Anarın “Ağ qoç, qara qoç” povesti 
də ehtiva edir. Nağıl mətninin simvolikasına sığınmaqla icti-
mai-siyasi ab-havaya adaptasiya olunmaq məramının nəticəsi 
olaraq yaranan bu əsər həm ideya-bədii keyfiyyət nöqteyi-nəzə-
rindən, həm də dövrün, baş verən proseslərin intuitiv dərki, 
peşəkarlıqla mənalandırılması  cəhətdən uğurludur. Bu uğurun 
gələcək üçün əhəmiyyəti isə yəqin ki, cəmiyyətin dolaşıq mə-
qamlarının durulması, onun xaosunun harmoniya ilə  əvəzlən-
məsi yolunda göstərdiyi xidmətdə görünəcək. Hər halda özü 
haqqında “əsər təkrarlana biləcək yaxın keçmişin səksəkəsi – 
qorxunun proyeksiyasıdır” (B.Əlibəyli) təəssüratını doğura bi-
libsə, yaddaşın ayıq qalmasında da qarant yolu oynaya biləcək.  
Əslində, keçmişin təkrarlanmaması üçün yaddaşın diriliyinə, 
dəyərin mühafizəkarlığına kiçik yazılar belə xidmətini əsirgəmir. 
Təsadüfidirmi ki, bu gün yazılan məqalələrdə predmetin şərhinə, 
yozumuna keçməzdən öncə onun antitezası yaradılır. Nəyinsə 
dəyərini açmaq üçün ilkin olaraq nəyinsə dəyərsizliyini göstərmək 
lazım gəlir. Məxrəcə milli dəyəri, milli düşüncəni qoyub onu 
üstələmək cəhdində bulunan hər hansı  əcnəbi təsirlərin, söhbət 
konkret poeziyadan gedirsə, burada özünə yol açan “izm”lərin 
gücsüzlüyü isbatlanır (məsələn, “Xalq cəbhəsi” qəzetində Nərgi-
zin “Postmodernist aşıq “Şərif Ağayar” məqaləsində olduğu kimi 
– 6 yanvar, 2004), “hazırda yaşanan poeziya bumu”nda dəyərli 
olanın da dəyərsizliyə qarışıb yox olacağından narahatlanırmış 
kimi işığına üz tutduğu yaradıcılığa daha çox bir örnək qismində 
yanaşıldığı bəyan edilir (məsələn, “525-ci qəzet”də M.Məmməd-
linin F.Sadiq poeziyasından bəhs edən “Müdrikliyin zirvəsi” 
məqaləsində olduğu kimi, 6 yanvar, 2004), yaxud eləcə milli 
düşüncəyə qida verən  şerlərin xətti ilə bu məram güdülür (mə-


 
178 
sələn, “Kredo” qəzetində Varat Vüsalın – 27 dekabr, 2003, “525-
ci qəzet”də Zəlimxan Yaqubun – 3 yanvar 2004 – çap olunan şer-
lərində olduğu kimi). 
Baxmayaraq ki, narahatlığa və nəyinsə isbatına lüzum yoxdur. 
Bir halda ki, “Yaddaşım mənim yox, yaddaşlarındır” (Z.Yaqub) 
fikrindən doğan inam hissi özünü tükətməyib və hər şeyin zamana 
qarışmasında onun yaddaşla bağlılığı göstərici olaraq qalır, dəyər 
seçimində yanlışlığa uğramağımızı güman etmək hələ tezdir. Biz 
bu məqamı çox zaman lazımınca dərk etməsək də, o öz həqiqətini 
diktə etməklə hakimi-mütləq olduğunu təsdiqləmədə... 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin