Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə84/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   80   81   82   83   84   85   86   87   ...   125
 


 
182 
ZİYALI SİNDROMU 
 
Bu kitabı mədəniyyətimizin patriarxlardan olan 
ədəbiyyatşünas alim Yaşar Qarayevin unudulmaz xatirəsinə 
həsr edirəm. Və çağımızın ədəbi mənzərələrinə nəzər qıldıqca 
Yaşar Qarayev Sözünə  sığınır, güvənirəm. 
 
“Hazır  ənənənin dalınca getmək qat-qat asan, sənəti yeni 
keçidə hazırlamaq qat-qat çətindir. Birinci halda məhz “bazar 
iqtisadiyyatı”ndan çıxış edirsən:  ən cari, kustar ehtiyac baxı-
mından müştəriyə hansı mal, mətah, ideya lazımdırsa piştax-
taya onu qoyursan. Sən “bazar”ın dalınca gedirsən və elə 
bilirsən zaman sənin dalınca gedir. İkinci halda – ədəbi, mütləq 
və sabit sənət və həqiqət mövqeyindən xalqa düz söz deyirsən, 
bəlkə  də acı olan, sərfəli olmayan, kütləyə “lazım olmayan” 
söz deyirsən, amma həqiqəti deyirsən”... (Yaşar Qarayev) 
Yəqin həmişə belə olub. Ədəbiyyat olan yerdə antiədəbiyyat 
nümunələri də yaranıb, peşəkarlıq olan yerdə kütlə psixolo-
giyasının tələbini ödəyən mətnlər də özünə yol tapıb. Bunların 
zəminində isə iki növ səviyyəni ehtiva edən ziyalı obrazları 
formalaşıb:  ədəbiyyat ölçülərini nəzərə almadan, müəyyən ma-
raqlara və  məqamlara xidmətin göstəricisi kimi meydana çıxan 
yanaşma nümayiş etdirənlər, yaxud əksinə,  əbədi sənət idealını 
əsas tutub öz həqiqət çevrəsini cızan, ədəbi dəyərlərə və meyarla-
ra münasibətdə güzəştə getmədən sırf yaradıcılıq faktı arayanlar... 
Zaman-zaman sinxron, müvazi şəkildə fəaliyyətdə olan hər 
iki qütbün təmsilçiləri bu gün də  ədəbi prosesimizdə görünür 
və  təəssüf doğuran odur ki, bu ənənəvi gedişdə mənfi-müsbət 
nisbəti hələ  də ikincinin xeyrinə  dəyişmir. Səbəbsə yalnız 
birincinin yalançı gücündə deyil, yox, daha dəqiqi, həqiqəti 
yeritməyə  və  dəstəkləməyə iqtidarı çatan ziyalı mövqeyinin 
yoxluğundadır. 
Bəli, bizdə ikinci səviyyənin meydanı daralıb, onu təmsil 
edən ziyalı və auditoriyanı tapmaq (oxu: toplamaq) müşkül işə 


183 
dönüb. Baş verən proseslərə varıb-görürsən ki, bizdə hələ belə 
söhbətlərə hazır auditoriya yetişməyib. 
Bəlkə bu gün ziyalının susması,  ən pis halda isə “bazar”ın 
dalınca getməsi məhz, bu amillə bağlıdır. Yəni kamil audito-
riya olmayan yerdə hansısa inqilabi görkəm alıb dönüş yarat-
maq niyyəti, periferiyadan mərkəzə – ədəbiyyat müstəvisinə 
çağırış, dəvət notları səsləndirməyin özü sonda müəllifini Yusif 
Sərrac kimi kor kütlənin həmləsinə  hədəf edə bilər. Axundov 
haqlı deyildimi xalqın, toplumun şüurunun oyaq olmadığı təq-
dirdə aparılan bütün islahat cəhdlərinin  əbəs olduğunu bildi-
rəndə?! Yoxsa “sözünü o kəslərə de ki, səni dinləmək istəmir” 
təskinliyini təqib qılıb üzünü “sözün sərf olmadığı” çoxluğa 
tutmaq və gözləmək ki, ədəbiyyatımızın yaradıcılıq problemlə-
rini bölüşməyə deyil, adını, tərifini eşitməyə, bir-birləri ilə gö-
rüşüb dərdləşməyə təşrif buyuran şəxslər sənə qulaq verəcək – 
hədəfə sərf olunan enerjidir. 
Amma əslində, ziyalıya həvalə olunan funksiya bu növ ste-
reotip normalar əleyhinə çevrilişdə üzə çıxır. Çünki onun ədəbi 
tərəqqi hərəkatında aparıcı rolu ötəri zaman və məkana uyğun-
laşmağın səviyyəsindən daha dərin və ucadır. 
“Ziyalının missiyası  və rolu məqama xidmət etmək deyil, 
məqamlar arasında vəhdətə xidmət etməkdir, nəsillərlə əsrlər, 
yaxınlar və uzaqlar arasında da əlaqə  və ahəng yaratmaqdır, 
işığı keçməyə, şamı sönməyə qoymamaqdır, ocaqdan-ocağa od 
daşımaqdır”.  
Bizdə ziyalı “mən”i o zaman diksinir ki, ya kimsə onun bos-
tanına daş atır, ya da ədəbiyyatımızı “kənar gözlə” seyr edən 
birisindən qəfil zərbə alır. 
Diqqət edək: Ötən həftələrin birində “Yazıçılar Birliyində 
atalar-oğullar deyil, nəvələr-babalar münasibəti hökm sürür” 
(“Ədalət”qəzeti, 21 fevral 2004) yazısı çap olunar-olunmaz ünva-
nına deyilən fikirlərlə barışmayan Dünya Gənc Türk Yazarlar 
Birliyi dərhal cavab reaksiyası verib “doğru olan”ı  mətbuat 
səhifəsinə çıxarmağa qərar verdi. (“Doğru olan”, “Ədalət” qəzeti, 


 
184 
28 fevral 2004). Yaxud bu kontekstdə daha operativ addımı bu 
günlərdə AMEA Nizami adına  Ədəbiyyat  İnstitutunun  əmək-
daşları Azərbaycan  ədəbiyyatının tarixini uydurma hesab edən 
E.Bişopa “Amerika aliminin qərəzli mövqeyi”nə qarşı atdı  və 
haqq da etdi (“Ədəbiyyat” qəzeti, 30 yanvar 2004). Amma 
buradaca başqa bir bəyanatda  əksini tapmış fikrə  şərik olub, bir 
balaca şamil olunma dairəsini genişləndirməklə sual edək: 
“... bəs Füzulidən Mirzə Cəliləcən Azərbaycanın klassik və 
çağdaş yazıçıları mətbuat səhifələrində ən ağır təhqirlərə məruz 
qalanda” niyə ziyalı sözünün kəsəri dərhal boy göstərmədi?” 
(“Hələ gec deyil”, “Ədəbiyyat” qəzeti, 27 fevral 2004). Bəlkə 
buna görə yazıçı Elçin son müsahibəsində ədəbi prosesin məhz 
ziyalı mövqeyindən, ziyalı yanaşmasından xali olduğunu vur-
ğulayıb onlardan bir qismini fəal müdaxiləyə çağırır: “Elə bir 
məqam çatıb ki, ədəbiyyatın taleyinə (keyfiyyət göstəricisinə!) 
biganə olmayan və  ədəbiyyat haqqında söz demək iqtidarında 
olan qələm sahiblərinin hamısı əl-ələ verib ədəbiyyatın təəssü-
bünü çəkməli, yəni ədəbiyyatı qeyri-ədəbiyyatdan, ədəbi maku-
laturadan müdafiə etməlidir! (“Yazıçıların qurultayı  ədəbiy-
yatımıza və ədəbi prosesə sahib çıxmalıdır”. “525-ci qəzet”, 11 
fevral 2004). 
Hələliksə, görünür, bu gün susmuş, zamanındasa ədəbi irsə 
sədaqət, ziyalı məramına riayət nümayiş etdirən o mətnlərə üz 
tutası olacağıq ki, orada “mütləq və sabit sənət mövqeyi”nin 
layiqli ifadəsi,  ədəbiyyat üçün ömür “nisar etməyin” bariz 
nümunəsi var. Axı “... qurtaran, yox olan ömürdə ölümdən son-
ra da nə isə qurtarmır, nə isə qalır və zamanın sonrakı axarına, 
sonrakı davamına daxil olur”. 
Biz bəlkə  də elə bir mühit içində yaşayırıq ki, ölümdən 
sonrakı  həyatın zamana qarışan sonsuzluğunda onun əbədi, 
fasiləsiz davam edən xidmətinin gücünü sezə bilmirik. Artıq bu 
zamanın yox, bizim günahımızdır. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin