185
USTAD DƏRSLƏRİ
186
“Ziyalının missiyası və rolu məqama xidmət
etmək deyil, məqamlar arasında vəhdətə xidmət
etməkdir, nəsillərlə əsrlər, yaxınlar və uzaqlar
arasında da əlaqə və ahəng yaratmaqdır, işığı
keçməyə, şamı sönməyə qoymamaqdır, ocaqdan-
ocağa od daşımaqdır”. (Y.Qarayev)
187
YADLAŞMAYAN İRSİN ÜNVANI –
KAMAL TALIBZADƏ
“Nəsillərin əlaqəsi qırılanda tarixin yükü ağırlaşır. Mənim
məramım elmin gücü, qəlbin və zəkanın enerjisi ilə milli vicda-
nı oyatmaq, milli şüurun təkamülünə yol açmaq, milli mən-
liyimizi amansız bir ehtirasla xalqı millətsizləşməyə sürükləyən
məhdud tayfa psixologiyasının və ucuz baqqal əxlaqının mən-
gənəsindən xilas etməkdir”.
Bu sözləri professor Nizaməddin Şəmsizadə 90-cı illərdə,
akademik Kamal Talıbzadəyə həsr etdiyi kitabında qələmə alıb.
O dönəmdə ki, əsrlər və nəsillər, irslər və varislər bölünmüş za-
manın o tay-bu tay hüdudlarında qalıb gen və qan, kök və
mənşə yaddaşına olan cavabdehlik və mənəvi məsuliyyət his-
sini eroziyaya uğradırdılar. Məhz növbəti yaddaşsızlıq və unut-
qanlıq xətasının baş verməməsi, “xalq və mən” şüurunun yeni-
dən (artıq neçənci dəfə!) təhlükə qarşısında qalması üçün
millətin aydınlarına heç bir mərhələdə olmayacaq qədər qədir-
şünaslıq etmək gərəkirdi. Keçmişi rekonstruksiya işi, dünəndən
bu günə, sələfdən xələfə, nəhayət, ziyalıdan xalqa gələn əlaqə-
lərin, üzvi və mənəvi bağlılığın orqanik tamlığına nail olmaq –
yeni epoxanın təlqin etdiyi vəzifələr belə idi və ona aparan
magistral yolda ən yaxşı (və dəfələrlə sınanmış) arsenal kimi
xalqın milli-mənəvi dəyərlərinə, əxlaqi meyarlarına, o cümlə-
dən düşüncə sahiblərinin irsinə iz tutulurdu. Belə ədəbi irsin
layiqli daşıyıcısı olmaq prioritetini nümayiş etdirən Kamal
Talıbzadənin yaradıcılığı yeni ovqat və statusda özünüifaya
çalışan ziyalı məramının realizəsi, subordinasiyası pozulmuş
cəmiyyətin əzəli harmoniyasının bərpası üçün ibrət nişanəsi idi.
Əks halda əvvəldə gətirdiyimiz sitatın layiqli ünvanı olmaz,
vəhdətə, bütövlüyə doğru getdiyimiz yolda karımıza gələn
mənəviyyat timsalına çevrilməzdi.
Azərbaycan humanitariasının ötən onilliklər ərzində qazan-
dığı uğurlar, əldə etdiyi nailiyyətlər sırasında Kamal Talıbza-
dənin yeri və rolu əlahiddə əhəmiyyət kəsb edir. Bu əlahiddəlik
188
yalnız sanballı elmi monoqrafiya və tədqiqat əsərlərinin səciy-
yəsi ilə qapanmır, eyni zamanda onların hər birinin düşüncə
sistemimizdə intəhasız iştirakı, fasiləsiz dövriyyəsi ilə tutum
qazanır. Altmış ilə yaxın bir dövrün məhsulu sayılan sənət
örnəklərinin effekti təsiri bir çox tendensiya və təmayüllərin,
bədii-estetik meyarların formalaşmasında münbit zəmin, ori-
yentir rolu oynayıb. Heç şübhəsiz, bu missiyanın bədii fikirdə
permanent və sürəkli iştirakı daima davamını tapacaq, çağdaş
və gələcək zamanın irəli sürdüyü problemlərin həlli və təhlili
tələbatı bu əsrlərə yenidən, ardıcıl istinad etməyi, onları milli
dəyərlər işığında “oxumağı” zəruri edəcəkdir.
Kamal Talıbzadənin həyatı müştərək zaman və “mən”in qüt-
bündə qərar tutub: iki əsrin müasirinə çevrilib, iki ziddiyyətli
epoxanın iştirakçısı olub və ən əsası, eyni taleyi yaşamış atası
Abdulla Şaiqin adını adında yaşamaqla iki ömrün nuruna sı-
ğınıb, onun məsuliyyət və səviyyə yükünü əzm və ləyaqətlə da-
şıyıb. Eyni sözləri alimin böyük tədqiqatlarla zəngin yaradıcılıq
yoluna da şamil etmək olar: Abbas Səhhət haqqında ilk məz-
munlu sözü ötən əsrin əvvəllərində Hüseyn Minasazovdan
oxuyuruq, fəqət ilk konseptual, monoqrafik tədqiqat kontek-
stində qiyməti isə Kamal Talıbzadə verib. Tənqid janrının milli
ədəbiyyata gətirilməsinin, onun klassik nümunələrinin “baniyə-
karı” Mirzə Fətəli Axundov olub. Eyni “baniyə-kar” rolunu
Kamal Talıbzadə onun sistemli tarixini yaradanda həyata ke-
çirib. Lakin yalnız “baniyə-kar” olaraq gördüyü xidmətlərin
miqyas və vüsəti deyil, hər bir əsərində spesifik çalar kəsb edən
mühüm məziyyətlər onlardan bəhs etməyə yetərincə əsas verir.
Kamal Talıbzadənin elmə ilk töhfəsi onun namizədlik dis-
sertasiyası kimi yazdığı “Abbas Səhhət” monoqrafiyasıdır. Bu
monoqrafiyanı “Romantizmin Abbas Səhhət yaddaşı”nın bər-
pası naminə atılan ilk addım hesab etmək olar. Tədqiqat
əsərinin fundamentallığı, pozitiv xarakteri və özəlliyi də məhz
bu cür yanaşma metodunun dominantlığı ilə şərtlənir. Abbas
Səhhətin həyat və yaradıcılıq yolunu, onun məram-məslək
çalışmalarını kompleks şəkildə tədqiqata cəlb edən müəllif bir
189
gerçəkliyi qətiyyətlə və birmənalı şəkildə bəyan edə bilib:
“...şairin yaradıcılıq metodu hər şeydən əvvəl romantizmin ide-
ya-bədii xüsusiyyətləri ilə səsləşir”. Bu o zaman idi ki, roman-
tizm haqqında baş alıb gedən mübahisələrdə “həqiqət” daha
çox yad ideologiyaya işləyir, şəxsiyyətlər və onların təmsil
olunduqları cərəyan və üslublar deformasiyaya məruz qalaraq
xalis, təbii naturasından məhrum formada təqdim olunurdu.
Kamal Talıbzadənin monoqrafiyası isə artıq ortodoks marksist
təlimlərinin davamı olmayıb, nisbətən sərbəst və həqiqi sənət
hadisəsi kimi təzahür etmişdir.
Ümumiyyətlə, Abbas Səhhət Kamal Talıbzadənin bütün
yaradıcılığında iştirak edir. “Qorki və Azərbaycan” monoqrafi-
yasında Qorki – Abbas Səhhət ədəbi təsir qarşılığı baxımından,
“XX əsr Azərbaycan tənqidi” monoqrafiyasında isə “yeni şeir”
konsepsiyasının ideoloqlarından biri kimi. Lakin bu “iş birliyi”
yalnız mətnlərlə məhdudlaşan müştərəklik olaraq qalmır,
başlıcası, ruhi, mənəvi tələbin, yaxınlığın əlaməti, eyni yaşam
məramının sintezi, dialektik vəhdəti kimi özünü göstərir. Bu
xüsusda ustad tənqidçi Yaşar Qarayevin söylədiyi fikir daha
ibrətli səslənir: “Mütəxəssis tədqiq etdiyi böyük sənətkarın
şəxsiyyəti, mənəviyyatı və əxlaq dərsləri ilə yoluxub zənginləş-
məli, daxilən də, mənən də onunla müştərək ovqata, amala qay-
nayıb qarışmalıdır. Əks halda elm ilə poeziya, çağdaş alim ilə
klassik irs arasında həqiqi təmas, əsl ünsiyyət baş verməz. İlahi
impulsların dövriyyəsi, ruhlarla beyinlər arasında məhrəmlik,
aşinalıq yox, adi mexaniki kontakt baş verər, vəssalam”. Müba-
liğəyə varmadan demək olar ki, Kamal Talıbzadənin uzun illik
yaradıcılıq fəaliyyəti onun tədqiqatçısı olduğu Abbas Səhhət
irsindən yalnız sxematik, səthi-liberal tərzdə bəhrələndiyini
deyil, ən əsası məslək, əqidə və bütövlük kimi ali xüsusiyyət-
ləri əxz elədiyini sübut edir. Eləcə də, dissertasiyanın ilk fəs-
linə Abbas Səhhətə məxsus “Məsləkim tərcümeyi-halımdır”
fikrinin seçilib sərlövhəyə çıxarılması, şairə göstərilən marağın
kökündə onun həyat idealına olan tədqiqatçı rəğbət və
ehtiramını duymağa imkan verir. Bu fikir eyni zamanda Kamal
190
Talıbzadənin öz ömrünün bəyanatı kimi simvolik çalar kəsb
edir. Alimin sonrakı fəaliyyəti də bu fikri, məramı təsdiqləməyə
yönəlmiş “praktiki kurs” səciyyəsi daşıyır. “Sənətkarın şəxsiy-
yəti” kitabı ilə şəxsiyyəti meyara çevrilir, “Ədəbi irs və varislər”
kitabı ilə irsə arxa, dayaq durmağın nümunəsini verir. Və bu
nümunə yalnız doğma sənətkarlarımızın yaradıcılığından bəhs
ediləndə yox, həmçinin digər ölkə ədiblərinə münasibət izhar
ediləndə belə milli əhval-ruhiyyəsini itirmir. “Qorki və Azər-
baycan” monoqrafiyası fikirlərimizə əyani sübutdur. Bütün
ümumsovet məkanının Qorki nüfuzu önündə təzim etdiyi bir
zamanda yazılan bu monoqrafiya müəllifinə hissə qapılıb yad
təsirdə əriməyə imkan vermir. Qorki təsirinin izlərini milli ədə-
biyyat özəlliklərini qoruyaraq axtarmağa çalışan tədqiqatçının
əsərində hər yazıçının orijinal, spesifik səciyyəsi öz dəyərini
saxlayır, zahirən bir-birinə çulğaşmış halda görünən yaradıcı
şəxslərin dəsti-xətti bütün tərkibi və parametrləri ilə görünə bilər.
Əlbəttə, Kamal Talıbzadənin irsi də dövrün yeritdiyi siya-
sətin təsirindən, sosializm doktrinasının diktə etdiyi varlıq və
etiketlərdən xali deyil. Onun tədqiqat əsərlərində vulqar ideo-
loji konsepsiyaların güdazına getmiş tarixi gerçəkliklər də var,
bir çox şəxsiyyətlərin mövqe və xidmətlərinin təhrif və əyinti
faktları da... Lakin diferensial yanaşdıqda bu əsərlərin ölçü və
çəkisi o dövrün tələb və istəklərindən, şablon və ehkamların-
dan, üzdəniraq marksizm-leninizm nəzəriyyələrindən ağır gəlir.
Bəlkə elə ona görə 90-cı illərdə, yeni epoxaya qədəm qoyanda
Kamal Talıbzadənin həyat ritmi pozulmadı, zamanın iki fərqli
mərhələsi onun yaradıcılığında bir-biri ilə ziddiyyətə girmədi.
Hər halda, bunun baş verməməsi üçün bircə səmimi etiraf kifa-
yət oldu: “Bir çox ədiblərin şəxsiyyətini biz həm az öyrənmiş,
az təbliğ etmiş, həm də bir çox hallarda obyektiv yanaşmamış,
birtərəfli münasibət bəsləyərək bir çox həqiqətləri deyə bilmə-
mişik. Bu gün biz keçmiş irsə yeni aspektdə yanaşmalı, həmin
ədiblərin mövqeyini düzgün müəyyənləşdirməyə çalışmalıyıq”.
Bu fikirlər Kamal Talıbzadənin yeni əsr və nəsil qarşısında
vicdan hesabatı kimi səsləndi və sonralar yazdığı bir neçə mə-
191
qalə ilə ədib əski səhvlərə təshih və düzəlişlər verdi. Təbii ki,
bu, zamanın Kamal Talıbzadəyə bəxş etdiyi imtiyaz və imkan-
lar idi. Fəqət, heç bu imtiyaz və imkanlar olmasaydı belə (necə
ki, bir çoxlarına bu qismət olmadı), Kamal Talıbzadə irsi ədə-
biyyatın yaddaş sirrində yaşayacaqdı. Heç olmasa Abdulla Şaiq
ocağının, Abbas Səhhət irsinin layiqli varisi olduğuna görə və
yenə də heç olmasa “Azərbaycan ədəbi tənqidinin tarixi” kimi
monumental tədqiqat əsərini yazdığına görə...
“XX əsr Azərbaycan tənqidi”, yaxud on səkkiz il sonra nəşr
olunan “Azərbaycan ədəbi tənqidi tarixi” kitabı elmə nə verdi?
Bu kitabın meydana gəlməsi ilk öncə böyük bir sahədəki
boşluğu aradan qaldırdı, Azərbaycanda estetik-nəzəri fikrin
yoxluğu, təməlsizliyi haqqında şüurlara yeridilən əsassız, cə-
fəng formulalara son qoydu və ən əsası, yeni bir məktəbin –
Tənqid məktəbinin əsasını yaratdı. Sonralar bu məktəbdə ərsə-
yə gələn tənqidçi simaları çağdaş ədəbi prosesə vəsiqəni məhz
Kamal Talıbzadənin yazdığı monoqrafiyanın içindən keçərək
aldılar. Çünki tənqidi fikrin inkişafı qanunauyğunluqlarını
öyrənmək müasir təmayülü və istiqamətləri dərk etməyə şərait
yaradırdı. “Bu elə bir iş idi ki, sonradan onu davam etdirmək
mümkün olacaqdır” – əsəri yazandan sonra Kamal Talıbzadə
bu fikri söyləmişdi və elə məhz bu sonralığın xatirinə ilk nəşr-
dən son nəşrə gedilən zaman intervalında geriyə boylanmağa,
daha dərin qatlara enməyə, nəzəri-estetik fikrin təkamül və in-
kişaf mərhələlərini qatbaqat çözməyə çalışmışdır. Kökdən,
ibtidadan agah olandan sonra isə onun üzərində qurulan hörgü-
nün sirlərini duymaq, mahiyyətini anlamaq çətin olmur. Odur
ki, “Azərbaycan ədəbi tənqidinin tarixi” monoqrafiyası Kamal
Talıbzadənin özünü də yalnız ədəbiyyat tarixçisi stixiyası ilə
məhdudlaşdırmadı, onun həm də bir tənqidçi kimi formalaşma-
sına stimul verdi. Hərçənd bu barədə söz düşəndə Kamal Ta-
lıbzadə “mən tənqidçi yox, tənqid tarixçisiyəm” deyə etirazını
bildirir. Lakin həm müxtəlif kitablarına səpələnmiş məqalələrin
elmi-nəzəri sanbalı, həm də ümumən ədəbi fakta, ədəbi prosesə
yanaşmada orbitr olan tənqidçi təfəkkürünün spesifikası bizi
192
ixtiyarlı edir ki, ədəbiyyatşünas alim Şamil Salmanovun bu
kontekstdə söylədiyi mülahizəyə haqq qazandıraq. “O, öz natu-
rası etibarilə müasir ədəbiyyatla bağlıdır, müasir ədəbiyyatla,
müasir ədəbi təfəkkürlə nəfəs alır, onunla yaşayır, buna görə də
o uzunömürlük ədəbi fəaliyyəti dövrlərində heç vaxt ədəbiyya-
tın köklü, aparıcı hadisələri və meylləri yanından sükutla keç-
məmişdir ki, bu bizə ondan həm də bir tənqidçi kimi da-
nışmağa kifayət qədər əsas verir”.
Kamal Talıbzadənin sırf ədəbi proseslə ilgili məqalələrinin
əsas predmeti yazıldığı dövrün ədəbi-bədii materialları olsa da,
ümumilikdə onlarda ədəbiyyatımızın koordinal problemlərinin
inikasını görə bilirik. Hətta çağdaş tənqidimizin kəsir və çatış-
mayan cəhətləri, zəiflik və inertlik hallarından bəhs edilərkən
belə adı çəkilən və sadalanan səbəblərin o dövr üçün də xarak-
terik olduğunu görürük: cəsarətsizlik, prinsipial tənqidçi möv-
qeyinin zəifliyi, tənqidçi-yazıçı münasibətlərində hökm sürən
disharmoniya, ədəbi prosesə azalan tənqidi marağı və s. və i.a.
Və əgər bütün bu səbəblər bu günümüzün tənqidi üçün də
xarakterik səslənirsə, deməli, Kamal Talıbzadə kifayət qədər
ciddi, narahat problemləri vaxtında duya bilmiş, onların diaq-
nozunu dəqiq müəyyənləşdirməyi bacarmışdır.
Bütün bunlar Kamal Talıbzadənin həyat və sənət qrammati-
kasında büllurlaşan və təsdiqini tapan düşüncə dünyasından
müəyyən etüd və ştrixlər idi ki, o, bunları əyaniləşdirməyə bir
ömür sərf etmişdir. Zamanınsa müəyyən etdiyi və bir çox də-
yərli sənətkarların şəxsində, simasında əyaniləşdirdiyi bir həqi-
qət var: o yaradıcılıq yaşayan və yadlaşmayan irsə dönür ki,
özündə mənsub olduğu xalqın ruhunu və potensiallıq dərəcə-
sini, ədəbiyyatın estetik və ideya-məfkurə məzmununu ehtiva
edə bilir. Kamal Talıbzadənin varislik haqqına tapınaraq yaz-
dığı əsərlər bu gün layiqli irs timsalında estafeti yeni nəslə
ötürür. Bu irsin sabaha boylanan üzü, gələcəyə yönələn istiqa-
məti onun zamanla yol yoldaşı olacağına, əsrlərlə yanaşı, müş-
tərək və müvazi gedişinə təminat verir.
Dostları ilə paylaş: |