Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə87/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   83   84   85   86   87   88   89   90   ...   125
194 
E.A. - Bəkir Nəbiyevin həyatı müştərək zaman və “mən”in 
qütbündə  qərar tutub: iki əsrin müasirinə çevrilib, iki ziddiy-
yətli epoxanın iştirakçısı olub və ən əsası, zamanın bu iki fərqli 
mərhələsi sizin yaradıcılığınızda bir-biri ilə  təzada girməyib, 
həyat ritminizi pozmayıb. Bununla belə, B.Nəbiyev özünü 
hansı əsrin adamı kimi hiss edir? 
B.Nəbiyev - Bu baxımdan mən nə birinci, nə axırıncı, nə də 
yeganə ziyalıyam. Sadəcə, onların arasında mən elə bir zümrə-
nin təmsilçiləri sırasındayam ki, 1930-cu illərdən üzü bəri 
cəmiyyətdə baş verən, çox vaxt biri digərinə kökündən zidd olan 
hadisələr bizim taleyimizdə də çox düyümlənib, daşlaşıb. Uşaq-
lıq, ilk gənclik, tələbəlik çağlarım, ilk və yeganə  məhəbbətim, 
elm sahəsində ilk addımlarım, Yazıçılar Birliyi və onun mətbuat 
orqanları ilə əlaqələrim, nəşr olunan ilk kitabım, bir çox qadağa-
lara baxmayaraq, bəzi kapitalist ölkələrinə ilk səfərlərim keçən 
əsrdə, daha dəqiq deyilsə: sosializm çağlarında boy göstərib və 
əlbəttə, bunların heç biri unudulan deyil. Lakin mən indiki halda 
müstəqil Azərbaycan məmləkətində yaşayıram və bu mənada 
əlbəttə, XXI əsrin adamıyam; bununla da fəxr edirəm. 
E.A. - Milli müstəqilliyimizi qazandığımız 1990-cı illərdə 
ədəbiyyat-şünaslıq elmimizdə çox təbəddülatlar baş verdi: bədii-
estetik düşüncə  də, onun elmi-tənqidi dərkinin meyarları da 
əsaslı dəyişikliklərə məruz qaldı. Azərbaycan ədəbiyyatı tarixinə 
yeni konseptual baxış formalaşmağa, klassiklərimiz,  ədəbi irsi-
miz milli dəyərlər işığında, “türk təfəkkürü məcrasında”  tədqiq 
olunmağa başladı, mühacirət  ədəbiyyatına, sovet dövründə 
yaranan bədii dəyərlərə yanaşma me-yarları dəyişdi. Mənə görə, 
mürəkkəbliyi ilə seçilən 90-cı illərdə B.Nəbiyevi alim-ziyalı 
kimi səciyyələndirən başlıca amil sizin mühacirət ədəbiyyatının 
tədqiqinin yeni istiqamət kimi əsasını qoymağınız oldu. A.İl-
dırım, M.Ə.Rəsulzadə,  Ə.Cavad və bir sıra başqa “mü-hacirət 
dostları” haqqında sistemli araşdırma aparmağınız sizin üçün 
mənəvi təskinlik idi, yoxsa “itirilmiş intellekt və emosiya poten-
sialımızı” geri qaytararaq obyektiv ədəbi-elmi düşüncənin bərpa-
sına, reabilitəsinə nail olmaq məramı daşıyırdı? 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin