Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Karbon qazının fiksə edilməsi və karbohidratların biosintezi



Yüklə 121,03 Kb.
səhifə31/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   27   28   29   30   31   32   33   34   ...   65
mikro imtahan sualları

31. Karbon qazının fiksə edilməsi və karbohidratların biosintezi

Canlı orqanizmdə karbohidratların parçalanması ilə yanaşı biosintezi də gedir. Sadə karbohidratlar əsasən bitkilərdə, xemosintez və fotosintezedici bakteriyalarda (avtotrof orqanizmlər) atmosferin karbon qazının, günəşin ultrabənövşəyi şüalarının və su molekullarının hesabına ilk üzvi maddələr sintez olunur. Heterotrof (insan və heyvan) orqanizmlərində sadə karbohidratların biosintezi, lipidlərin, zülalların və digər üzvi birləşmələrin parçalanmasından alınan məhsullar hesabına baş verir.  Orqanizmdə karbohidrat qrupuna mənsub olmayan üzvi maddələrdən qlükoza və qlükogenin sintez edilməsi qlükoneogenez adlanır. Bu proses əsasən qaraciyərdə və bəzi hallarda böyrəklərdə gedir. Qlükogen aminturşularından qliserindən habelə gövşəyən heyvanların mədə önlüklərində əmələ gələn süd, piroüzüm, propion turşularından və s. birləşmələrdən sintez oluna bilər. Qlikogenez orqanizm üçün çox əhəmiyyətlidir. Çünki əsasən beyin enerji məqsədilə yalnız qlükozadan istifadə edir. Bir gün ərzində 160 q-a yaxın qlükozanın 120 q-ı beyində istifadə edilir. Bədəndə olan qlikogenin ehtiyatı isə 190 q-dır. Uzun müddətli aclıq zamanı isə orqanizm öz həyat fəaliyyətini başqa üzvi maddələrdən sintez olunan qlükoza sayəsində mühafizə edir. Orqanizmin təlabatından asılı olaraq qlikoneogenez prosesi ya qlikogenin sintez olunduğu mərhələyə qədər davam edir, ya da bu prosesdə əmələ gələn qlükoza-6-fosfat hidrolitik yolla qlükozaya və fosfat turşusuna parçalanaraq qan vasitəsilə toxumalara daşınır. Bunlara qlikogen əmələ gətirən aminturşuları da deyilir. Çünki göstərilən aminturşuları orqanizmdə ketobirləşmələrin miqdarının azalmasına şərait yaradır. 




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin