37. Transformasiya və transduksiya
Transformasiya. Genetik materialın (DNT və ya RNT) bir mikrob hüceyrəsindən digərinə köçürülməsi ilə gedən dəyişkənliyə transformasiya adı verilmişdir. Bu hadisəni ilk dəfə 1928-ci ildə Triffits kəşf etmişdir. Məlum olmuşdur ki, bir növ bakteriyanı ona yaxın digər bir növlə eyni mühitdə becərdikdə birinci növ ikincidən bir və ya bir neçə irsi əlamətlər qazana bilər. Məsələn, pendirdən ayrılmış streptokokk skarlatina əmələ gətirən streptokokkla birlikdə becərildikdə birinci növ, ikinci kimi toksin əmələ gətirmə xüsusiyyəti qazanır. Bu dəyişkənlik bir ştammdan digərinə genlərin ötürülməsi nəticəsində meydana gəlir. Genetik materialın bu yolla ötürülməsi transformasiyadır. Transduksiya – bakteriofaq vasitəsilə bir bakteriya hüceyrəsindən genomun müəyyən hissəsinin digər bakteriya hüceyrəsinə köçürülməsinə deyilir. Bu genetik mexanizmi 1952-ci ildə N.Sinder və C.Lederberq aşkar etmişlər. Burada faq hansı yollasa DNT-ni bir bakteriyadan özünə ilişdirib, onu digərinin genomuna daxil edir. Əgər faqla əridilmiş kulturanın süzüntüsü normal kulturaya əlavə edilərsə, onda irsi xüsusiyyətlərin keçdiyi müşahidə edilir.
Dostları ilə paylaş: |