38. Rekombinasiya və plazmidilər
Rekombinasiya– Morfoloji cəhətdən oxşar, lakin fizioloji cəhətdən fərqli olan cinsi hüceyrələrin birləşməsidirki, bu hadisə bakteriya və faqlarda müşahidə olunur. Əmələ gələn rekombinatda resipientin tam, donorun isə müəyyən hissə gen yığımı iştirak edir. Bakteriya üçün səciyyəvi xüsusiyyət odur ki, onda hüceyrəyə tam xromosomun düşməsi vacib deyil, onun hissəsinin də daxil olması kifayətdir. Deməli, transformasiya zamanı tədqiqatçı DNT-ni ayırdıqda xromosomu qırır, transduksiyada bakteriofaq xromosomu parçalayır, lakin rekombinasiyada isə xromosom bir hüceyrədən digərinə köçürülən anda qırıla bilər. Buna baxmayaraq, yenə də irsi xüsusiyyətlər tamamilə keçə bilər. 1946-cı ildə C.Lederberq və E.Tatun bakteriyalarda genetik rekombinasiyanı müşahidə etmişlər. Müəyyən edilmişdir ki, irsi xüsusiyyətlərin keçirilməsində xromosom DNT sindən başqa, protoplazmada sərbəst tapılan DNT-lərin də böyük rolu vardır. Bunlar xromosomdan kənar irsi amillər və ya qısaca desək, plazmidilərdir. Onlar sitoplazmada yerləşirlər. Plazmidilər. Bir çox bakteriyalarda xromosomdan başqa gen daşıyıcısı olan əlavə xırda ölçülü, qapalı DNT halqası da müşahidə olunur. Belə əlavə halqalar plazmidilər adlanırlar. Bu termini də 1952-ci ildə C.Lederberq təklif etmişdir. Plazmidilər ümumi əlamətləri və xüsusiyyətləri ilə səciyyələnirlər: onlar tsiklik quruluşlu DNT hissələrindən ibarət olub, avtonom çoxalmaya, yoluxdurmağa, homoloci plazmidilərlə törəyən superinfeksiyalara qarşı immunitet əmələ gətirməyə malikdirlər. Plazmidilər bakteriyaların təkamülündə də müəyyən rol oynayırlar. Bunlar da öz növbəsində müxtəlif amillərin təsiri altında mutasiyaya uğrayıb bir çox yoluxucu xəstəlik törədicisi olan bakteriyaların atipik formaya keçməsinə səbəb olurlar. Bunlar bakteriyalara toksiklik, antibakterial preparatlara qarşı (davamlılıq) rezistenlik və s. verirlər
Dostları ilə paylaş: |